Şənbə , 18 Yanvar 2025

Digər ölkələr

Argentinada son sutkada 20 mindən çox insanda COVID-19 aşkar edildi

Argentinada son sutkada daha 20 023 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib. Boyukmilllet.com  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi öz Twitter hesabında məlumat yayıb. Bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 4 682 960-a çatıb. Bildirilib ki, yeni növ koronavirus infeksiyasına yoluxan 99 640 pasiyent dünyasını dəyişib.

Read More »

Kubadakı toqquşmalarda 1 nəfər öldü

Kubadakı iğtişaşlar nəticəsində ən azı bir nəfər ölüb. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki bu barədə Kuba Xəbər Agentliyi məlumat verib. Bazar ertəsi günü Arroyo-Naranxo bölgəsindəki Havanada polislə toqquşmalarda 36 yaşlı Kuba vətəndaşı, ölümcül xəsarət aldığı qeyd edilib. Agentlik qeyd edib ki, Daxili İşlər Nazirliyi vətəndaşın vəfatı ilə əlaqədar başsağlığı verib.

Read More »

İraqda koronavirus xəstəxanasında baş verən yanğında ölənlərin sayı artır

İraqda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 124 nəfərə yüksəlib. Boyukmillet.com  “TASS”a istinadən xəbər verir ki, bu barədə Al-Hadath televiziyası məlumat yayıb. Bundan əvvəl faciənin 92 qurbanı haqqında məlumat verilmişdi. Qeyd olunur ki, hazırda, cəsədlərin tanınması prosesi davam edir. Hadisə qurbanlarının cəsədləri hələ demək olar ki, tamamilə yanmış binada qaldığı ehtimal edilir.

Read More »

Əfqanıstanın 13 əyalətində döyüşlər davam edir, 267 silahlı ölüb, 119-u yaralanıb

Əfqanıstanın 13 əyalətində ordu ilə “Taliban” silahlı qruplaşması arasında döyüşlər davam edir. Boyukmillet.com-un məlumatına görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, iyulun 13-də gecə döyüşləri nəticəsində qruplaşmanın 267 silahlısı öldürülüb, 119-u yaralanıb, 4-ü həbs edilib. Məlumata görə, “Taliban”ın çoxlu sayda silah-sursatı məhv edilib. Açıqlamada vurğulanıb ki, qruplaşma üzvləri Nanqarhar, Laqman, Qəndahar, Herat, Bəlx, Fəryab, Cauzcan, Hilmənd, Bədəxşan, …

Read More »

İraqda xəstəxanada yanğında ölənlərin sayı 77-yə çatıb, ölkədə matəm elan olunacaq – YENİLƏNİB

İraqın cənubunda yerləşən Di-kap əyalətinin Nəsiriyyə şəhərində koronavirusa yoluxan pasiyentlər üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, məlumatı yerli “Al-Hadath” telekanalı yayıb. Hadisə ilə əlaqədar əyalətin səhiyyə naziri Səddam ət-Tavil istefa verib. İraqın Baş naziri Mustafa əl-Kazımi ölənlərin xatirəsinin yad edilməsi üçün matəm elan olunması və yanğının araşdırılması …

Read More »

Əfqanıstanın Tacikistanla sərhəddəki rayonları “Taliban”dan geri alınıb

Əfqanıstan Silahlı Qüvvələri və yerli özünümüdafiə dəstələri “Taliban” qruplaşmasının silahlılarını ölkənin Taciksitanla sərhəddə yerləşən Bədəxşan əyalətinin rayonlarından çıxarıblar. Boyukmillet.com “Sputnik Əfqanıstan”a istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, döyüşlər nəticəsində “Taliban”ın 32 silahlısı ölüb, 14-ü yaralanıb. Məlumata görə, aviasiyanın dəstəyi ilə keçirilən əməliyyat nəticəsində qruplaşmanın 4 avtomobili, silah və sursat məhv edilib.

Read More »

Ceki Çan Çin Kommunist Partiyasına üzv olmaq istəyir

Məşhur aktyor Ceki Çan bu yaxınlarda Pekində keçirilən forumda çıxışı zamanı Çin Kommunist Partiyasına (ÇKP) üzv olmaq istədiyini bildirib. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Global Times” xəbər verib. “Mən partiyanın əzəmətini görürəm, o dediklərini və vəd etdiklərini 100 ildən az müddətdə, bir neçə onillikdə yerinə yetirəcəkdir”, – deyə aktyor vurğulayıb. Aktyor partiyanın qurulmasının yüz illiyinə həsr olunmuş teatrlaşdırılmış tamaşada iştirak …

Read More »

Fransada peyvənd olunmayan həkimlər işdən çıxarılacaq

Fransada yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmayan səhiyyə işçiləri 15 sentyabrdan etibarən işdən kənarlaşdırılacaq və onlara məvacib verilməyəcək. Boyukmillet.com xəbər verir ki, bunu Fransanın səhiyyə naziri Olivye Veran bəyan edib. Fransa prezidenti Emmanuel Makron televiziya ilə xalqa müraciətində bildirib ki, həkimlər və xəstəxanalarda çalışanların hamısı məcburi vaksinasiya olunmalıdır. Onun sözlərinə görə, 15 sentyabrdan etibarən yoxlamalar aparılacaq və koronavirusa qarşı peyvənd …

Read More »

Cənubi Afrikada iğtişaşlar davam edir, ölənlər var

Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın həbsə alınmasına qarşı etiraz nümayişləri zamanı azı 6 nəfər ölüb. Boyukmillet.com  ENCA-ya istinadən xəbər verir ki, bu barədə polisdən məlumat veriblər. Belə ki, iyulun 9-dan etibarən sabiq dövlət başçısıınn tərəfdarları KvaZulu-Natal (KZN) əyalətində əsas yolları bağlamağa başlayaraq əhalini onlara qoşulmağa çağırıblar. Etiraz nümayişləri tez-tez iğtişaşlara çevrilir, aksiya iştirakçıları yollarda maşınları yandırır, dükanları qarət …

Read More »

Avropa Komissiyası mətbuat mərkəzinin fəaliyyətini bərpa edir

Avropa Komissiyası pandemiya başlayandan indiyədək ilk dəfə olaraq iyulun 14-dən etibarən mətbuat mərkəzini açır. Akkreditə olunmuş jurnalistlərin mərkəzə girişi ilkin qeydiyyat əsasında həyata keçiriləcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Erik Mamer onlayn brifinq zamanı məlumat verib. Avropa Komissiyasının mətbuat mərkəzinin mərhələli şəkildə açılması Aİ institutlarının tədricən normal iş rejiminə qayıtmasını şərtləndirməlidir.

Read More »