Çərşənbə , 8 May 2024
Drone Cameras

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket buraxılışı ilə bağlı iclas keçirəcək

Bu gün BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın son raket buraxılışlarına dair iclası keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a beynəlxalq təşkilatdakı mənbə bildirib.

Onun sözlərinə görə, görüş saat 15:00-a (Bakı vaxtı ilə 21 fevral, saat 00:00) təyin edilib. Bundan əvvəl Yaponiyanın Baş naziri Fumio Kisida bildirib ki, rəsmi Pekin Şimali Koreyanın raket buraxılışları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir.

Yaponiya Müdafiə Nazirliyi daha əvvəl bildirib ki, Şimali Koreya bazar ertəsi səhər özünün qərb sahili ərazisindən iki ballistik raket atıb. Raketlər müvafiq olaraq 50 və 100 km maksimum uçuş hündürlüyündə 350 və 400 km uçub.

Check Also

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bu …