Pakistanın Azad Cammu və Kəşmir muxtar əyalətində əsgərləri daşıyan hərbi yük maşını dərəyə aşıb. Hadisə nəticəsində azı 9 əsgər həlak olub, daha 4-ü yaralanıb. Yük maşınının Baqx rayonunda Manq-Bacriyə doğru gedən hərbi karvanın bir hissəsi olduğu qeyd edilir. Yük maşını təyinat yerinə çatmağa 12 kilometr qalmış uçuruma düşüb. Yerli polisin məlumatına görə, yük maşını 150 metr hündürlükdən aşıb. Nəqliyyat vasitəsində …
Read More »Zelenski: “Ərdoğanla Quterreş Rusiyanın Ukraynaya hazırladığı təhlükədən xəbərdardır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreş Rusiyanın Ukraynanın Müstəqillik Gününə hazırladığı təhdiddən xəbərdardır. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” Volodimir Zelenskinin videomüraciətinə istinadən xəbər verib. Zelenski qeyd edib ki, Fransa Prezidenti Makronla da Rusiyanın Ukraynanın Müstəqillik Gününə hazırladığı təhdidləri müzakirə edib. Ukraynanın bütün tərəfdaşlarına Rusiyanın bu həftə nə hazırlaya biləcəyi barədə məlumat verilib. Prezident …
Read More »İraqda İŞİD-in bir neçə üzvü məhv edilib
İraqın təhlükəsizlik qüvvələrinin Kərkük şəhərinin cənubunda İŞİD terror təşkilatına qarşı keçirdiyi əməliyyat zamanı 6 terrorçu zərərsizləşdirilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Security Media Network” məlumat yayıb. Qeyd edilir ki, Kərkükün qərbindəki Xemrin dağlarında İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Ölkənin Hərbi Hava Qüvvələrinin dəstəyi ilə həyata keçirilən əməliyyat zamanı Əbu Məryəm əl-Qahtani də daxil olmaqla 6 terrorçu məhv edilib. Əməliyyat nəticəsində …
Read More »İtaliyada azyaşlı azərbaycanlı miqrant xilas edilib
İtaliyada azyaşlı azərbaycanlı miqrant xilas edilib. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə Salento kommunası sahillərində baş verib. Qeyd edilir ki, gecə saatlarında Santa-Mariya-di-Leuka limanında 59 miqrantın olduğu kiçik gəmi aşkarlanıb. Onların xilas edilməsi ilə üçün yerli sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən əməliyyat başlayıb. Miqrantlar arasında 44 kişi və 8 qadın, o cümlədən Azərbaycan, Suriya, Fələstin, İran …
Read More »ABŞ Ukraynaya daha 800 milyon dollar hərbi yardım ayıracaq
ABŞ Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır və bu paket avqustun 19-u cümə günü elan edilə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ Prezidenti Cozef Baydenin səlahiyyətləri yardım ayırmaq üçün istifadə olunacaq və ona Amerika arsenalından silah ötürməyə imkan verəcək. Eyni zamanda, mənbələrdən biri yardım elanının gələn həftəyə qədər …
Read More »Antoniu Quttereş Əfqanıstandakı partlayışlardan narahatlığını bildirib
BMT-nin Baş katibi Antoniu Quterreş Əfqanıstanda bu ay 250-dən çox insanın ölümü və ya yaralanması ilə nəticələnən silsilə partlayışlardan narahatlığını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ümumdünya təşkilatının baş katibinin mətbuat katibinin müavini Fərhan Xaq bəyanatında bildirib. “BMT-nin Baş katibi bu ay Əfqanıstanda 250-dən çox insanın, o cümlədən uşaqların ölümünə və yaralanmasına səbəb olan silsilə partlayışlardan dərin narahatlığını ifadə edir”, …
Read More »Putin və Si Szinpin G20 sammitində iştirak edəcəklər
Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpin noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bunu İndoneziya prezidenti Coko Vidodo deyib. Vidodonun sözlərinə görə, hər iki lider ona müvafiq planların olduğunu təsdiqləyib. “Si Szinpin gələcək. Prezident Putin də mənə gələcəyini dedi”, – Vidodo deyib. Agentlik qeyd edib ki, İndoneziya lideri ilk dəfə Rusiya və Çin …
Read More »Kubada neft anbarında yanğında ölənlərin sayı 16 nəfərə çatıb
Kubanın Matanzas əyalətində neft anbarında bir neçə gün əvvəl baş verən güclü yanğın nəticəsində azı 16 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məlumatları ölkənin Səhiyyə Nazirliyi yayıb. “Avqustun 18-nə olan məlumata görə, 146 nəfər xəsarət alıb, onlardan 18-i xəstəxanalardadır, 16 nəfər ölüb, 112 xəstə evə buraxılıb”, – nazirliyin saytında bildirilir. Daha əvvəl 6 nəfərin öldüyü, 10-dan çox insanın …
Read More »Dövlət Departamenti: “Çinin addımları Tayvan ətrafındakı status-kvonu sarsıdıb”
Pekinin hazırkı addımları Tayvan ətrafındakı status-kvonu sarsıdır və həmçinin regionda sülh və sabitliyi təhdid edir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays bildirib. “Bir az əvvəl qeyd etdiyim hərəkətlər əlavə risklər daşımaqla yanaşı, Tayvan boğazında sülh və sabitliyin təməli olan status-kvonu sarsıtdı. Hal-hazırda gördüklərimiz bu səylərin intensivləşdirilməsinin yalnız ilkin mərhələləri kimi görünür” , …
Read More »Əlcəzairdə baş verən yanğınlar 20-dən çox insanın həyatına son qoyub
Əlcəzairin şərq əyalətlərini bürümüş güclü yanğınlar nəticəsində 20-dən çox adam həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kamal Beljud bildirib. Onun sözlərinə görə, ölkənin şərqindəki bir neçə əyalətdə baş verən yanğınlar nəticəsində 26 nəfər ölüb: “Yanğınların söndürülməsinə mülki müdafiə qüvvələrinin 700-dən çox əməkdaşı və helikopterlər cəlb olunub. Artıq 350-dən çox ailə təbii fəlakət bölgələrindən təxliyə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
