Cümə axşamı , 19 Fevral 2026

Digər ölkələr

BMT-nin İqlim Konfransı öz işinə başlayıb

Misirin Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransının rəsmi açılış mərasimi başlayıb. Boyukmillet.com xəbər verir ki, iclas zamanı BMT Konfransına sədrlik əvvəlki sammitin (COP-26) prezidenti britaniyalı Alok Şarma tərəfindən hazırkı beynəlxalq foruma ev sahibliyi edən Misirə təhvil veriləcək. Sessiyanın sədri kimi Misirin xarici işlər naziri Sameh Şükri çıxış edəcək. Tədbir noyabrın 18-dək davam edəcək. …

Read More »

NATO Baş katibi Rusiyaya xəbərdarlıq edib

“Rusiya bilməlidir ki, nüvə müharibəsinin qalibi olmayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, Ukraynadakı savaşı Rusiya Prezidenti Vladimir Putin başladıb: “Bu onun seçimi idi. Əgər istəsə, müharibəyə sabah son qoya bilər”.

Read More »

Ərdoğan: “Putinlə kasıb ölkələrə pulsuz taxıl göndərilməsi barədə razılaşmışıq”

“Dünən BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığımda Rusiya ilə Ukrayna arasında davam edən müharibə nəticəsində yaranan ərzaq böhranını müzakirə etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O söyləyib ki, kasıb ölkələrə dəstək davam etməlidir: “Rusiya Prezidenti Vladimir Putin təklif edib ki, Rusiya taxılı ödənişsiz olaraq kasıb ölkələrə göndərilsin. Bununla bağlı onunla razılaşdıq. Etməli olduğumuz budur”. …

Read More »

Şimali Koreya ballistik raket buraxıb, Yaponiyada həyəcan siqnalı verilib

Şimali Koreya Yapon dənizinə doğru naməlum ballistik raket atıb. Boyukmillrt.com xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi cənubi koreyalı hərbçilərə istinadən məlumat yayıb. “Şimali Koreya Şərq dənizi istiqamətinə müəyyənləşdirilməyən ballistik raket atıb”, – məlumatda qeyd olunub. Eyni zamanda Yaponiya KİV bildirib ki, Şimali Koreyanın raketi Sakit okean istiqamətinə Yaponiya üzərindən keçib. Hadisə ilə bağlı adanın həmin ərazisində hava həyəcanı siqnalı …

Read More »

ABŞ noyabrın əvvəlində Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

ABŞ NASAMS zenit-raket komplekslərini noyabrın əvvəlində Ukraynaya təhvil verməyi, eyni zamanda ukraynalı hərbçilərə bu silahlardan döyüşdə istifadə qaydalarını öyrətməyə başlamağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin keçirdiyi mətbuat konfransında bildirib. Onun fikrincə, hazırda Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. ABŞ raket hücumlarından və pilotsuz uçuş aparatlarından qorunmaq üçün onu öz ehtiyatlarından “Hawk” sistemləri ilə …

Read More »

ABŞ nüvə arsenalını artırmaq fikrində deyil

ABŞ Prezidenti Cozef Baydenin rəhbərlik etdiyi Amerika administrasiyası Rusiya və Çinlə silahlanma yarışını istəmir və ABŞ-ın nüvə arsenalını artırmaq fikrində deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib. “Deyərdim ki, daha çox silah istehsal etmək həll yolu deyil”- deyə, o bildirib. Cenkins xatırladıb ki, Vaşinqton və Moskva artıq silahlanma …

Read More »

NATO Rusiya və İrana xəbərdarlıq edib

“Rusiya Ukraynanı öz ərazisində “çirkli bomba” istifadə etməkdə günahlandırır. Bu yalandır”. Boyukmillet.com NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.O, NATO-nun bu cür saxta ittihamları rədd etdiyini bildirib: “Rusiya tez-tez başqalarını günahlandırır. Biz Suriyadan tutmuş Ukraynayadək bu tendensiyanın şahidi oluruq. Rəsmi Moskva durumu daha da gərginləşdirməmək üçün belə bəhanələrdən əl çəkməlidir”.Y.Stoltenberq vurğulayıb ki, dünya …

Read More »

Fransa Senatının ermənipərəst qətnaməsinə qarşı petisiya üçün imza toplanır

Fransada yaşayan azərbaycanlılar baxılması üçün bu ölkənin parlamentinin yuxarı palatasına təklif edilmiş anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatına və xalqına petisiya üçün imza toplayır. İndi 32,5 mindən çox imza toplanıb ki, bu isə lazımi sayın yarısından çoxu deməkdir. “Boyukmillet.com” xəbər verir ki, Senatın 6 üzvünün təklif etdiyi qətnamə özündə Azərbaycana qarşı ittihamları əks etdirir, həmçinin Fransa və digər Aİ ölkələrini …

Read More »