Ermənistanın səhiyyə naziri Arsen Torosyan istefa ərizəsi yazıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Baqramyan 26” teleqram kanalı yayıb. Baş nazir Nikol Paşinyanın ərizəni hələ ki imzalamadığı vurğulanıb.
Read More »Alimlər koronavirusun ilk dəfə yayıldığı Uhana getdilər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri cümə axşamı Çinin mərkəzi Xubey əyalətinin inzibati mərkəzi olan Uhana gediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə CGTN telekanalının tvitter sosial şəbəkəsində səhifəsində yerləşdirilmiş xəbərdə bildirilir. “Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu koronavirusun yaranması səbəblərinin müəyyənləşdirilməsi Mərkəzi Çinin Uhan şəhərinə gəldi. Mütəxəssislər işə başlamazdan əvvəl karantinə yerləşdiriləcək”, – xəbərdə bildirilir. Daha əvvəl bildirilirdi ki, Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının …
Read More »Tramp Baydenə xəbərdarlıq etdi
ABŞ prezidentini ölkə Konstitusiyasının 25-ci düzəlişin müddəalarından istifadə etməklə hakimiyyətdən kənarlaşdırılması ehtimalını müzakirə etmək Cozef Baydenə baha başa gələ bilər. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. “25-ci düzəliş mənim üçün riskli deyil. Amma Cozef Bayden və onun rəhbərliyinə qayıdacaq. Arzularınıza qarşı diqqətli olun ”, – deyə Donald Tramp vurğulayıb. ABŞ-ın vitse-prezident Mayk Pens Konstitusiyanın 25-ci …
Read More »Dağıstanda 50-dən çox uşaq zəhərlənib
Dağıstanda uşaqlar arasında kütləvi zəhərlənmə olub. Bu barədə Boyukmillet.com “TASS”a istinadən xəbər verir. Hadisə Buynak şəhərində qeydə alınıb. Zəhərlənmə nəticəsində 50-dən çox uşaq xəstəxanaya yerləşdirilib. Dağıstan Səhiyyə Naziri vəzifəsini icra edən Tatyana Belyaeva bildirib ki, uşaqların qidadan zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciəti hələ ötən gündən başlayıb. O, uşaqlara lazımi tibbi yardım göstərildiyini və zəhərlənməyə səbəb olan mənbə aşkarlanana qədər şəhər sakinlərinə …
Read More »Almaniya erməni siyasətçinin qaçqın statusunu ləğv etdi
2015-ci ildən Almaniyada qaçqın statusu ilə yaşayan erməni siyasətçi Kevork Almassiyan vətəndaşı olduğu Suriyaya deportasiya ediləcək. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) əldə etdiyi məlumatda deyilir ki, erməni siyasətçinin ölkəni könüllü olaraq tərk etməsi üçün bir ay vaxt verilib. Buna səbəb isə, onun Suriyadakı Bəşər Əsəd rejimini müdafiə etməsi, eyni zamanda ölkənin irqçi siyasəti ilə seçilən Almaniya üçün Alternativ …
Read More »Roma Papası koronavirus əleyhinə peyvənd olunacaq
Roma Papası Fransisk gələn həftə koronavirus əleyhinə peyvənd ediləcək. Bu barədə Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir. Məlumata görə, Papa peyvənd edilməyin zəruriliyini bildirib. O, qeyd edib ki, bu, etik nöqteyi-nəzərdən lazımdır. Çünki belə insan yalnız özünü müdafiə etmir, həm də başqasını qoruyur. “Gələn həftə biz burada – Vatikanda vaksinləməyə başlayacağıq və mən yer saxladım. Belə etmək belə lazımdır”, – pontifik …
Read More »Bu gün Qırğızıstanda prezident seçkiləri keçiriləcək
Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarə üsulu məsələsi ilə əlaqədar referendum keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a respublikanın seçkilərin və referendumun keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasında bildiriblər. “Növbədənkənar seçkilər istənilən seçici iştirakı ilə, amma referendum 30 faizdən yuxarı vətəndaş fəallığı ilə baş tutmuş sayılacaq”, – MSK üzvü Gülnarə Jurabayeva bildirib. Onun sözlərinə görə, birinci turda məntəqələrə …
Read More »Donald Tramp məsuliyyətə cəlb edilə bilər
Kolumbiya dairəsinin baş prokuroru vəzifəsini icra edən Maykl Şervin ABŞ Konqresində baş verən iğtişaşlarla əlaqədar hazırkı Prezident Donald Trampa qarşı ittiham irəli sürülə biləcəyini istisna etməyib. Boyukmillet.com-un məlumatına görə, bu barədə “CNBC” xəbər yayıb. “Prezidentin zorakılığa təhrik etdiyi üçün məsuliyyətə cəlb olunma ehtimalı nəzərdən keçirilirmi” sualına cavabında Şervin deyib: “Bəli, bütün iştirakçılar barədə – təkcə binaya daxil olanlar deyil, buna …
Read More »Konqresə hücum – ABŞ demokratiyası iflas həddində
ABŞ SSRİ dağılandan sonra təkqütblü dünyaya başçılıq eləməyə başladı. Bu ölkə güclü ordusu, iqtisadiyyatı və dollarına görə qüdrətli sayılmırdı, həm də demokratiyasına, güclü vətəndaş cəmiyyətinə görə bu etimadı qazanmışdı. Sovetlərdən sonra sosializm düşərgəsinin üzvləri, yeni müstəqil olan dövlətlər və öz dövlətçiliyini bərpa edən ölkələr üçün ABŞ demokratiya və ədalət rəmzi oldu. Onun nüfuzu və təsir imkanları hələ də güclüdür. ABŞ-ın …
Read More »Rusiya XİN Vaşinqtondakı qarşıdurmalara münasibət bildirib
“Vaşinqtondakı hadisələr ABŞ-ın daxili işidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ paytaxtında baş verən hadisələrlə bağlı bəyanatında bildirilib. “Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-dakı seçki sistemi arxaikdir, çağdaş standartlara cavab vermir, pozuntular üçün şərait yaradır. Dost Amerika xalqına öz tarixlərinin bu dramatik mərhələsindən layiqincə çıxmağı diləyirik”, – XİN-nin bəyanatında vurğulanıb. Qeyd edək ki, 2020-ci ilin noyabr ayının …
Read More »