Slovakiya Prezidenti Zuzana Çaputova Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında protokolu ratifikasiya edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TA3” telekanalı Prezidentin mətbuat katibi Martin Strijinetsə istinadən məlumat verib. “Hər iki Skandinaviya ölkəsi Alyansa qoşulmaqla, həmçinin müdafiə imkanları ilə müttəfiqliyi daha da gücləndirəcək və bununla da ümumi təhlükəsizliyimizi artıracaq. Yeni müttəfiqlərimizin olmasına şadam”, – Prezident bildirib. Xatırladaq ki, Slovakiyanın …
Read More »Belçika Ukrayna Ordusunun hazırlanması üzrə missiyada iştirak edəcək
Belçika Ukrayna hərbçilərinin hazırlanması üzrə Ümum-Avropa missiyasında iştirak etməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ludivine Dedonder ölkə parlamentinin Müdafiə komitəsində çıxışı zamanı bildirib. Nazir əlavə edib ki, Belçika quruda və dənizdə minalardan təmizləmə, logistika, mühəndislik üzrə təlimləri öz üzərinə götürəcək. “Dedonder”in məlumatına görə, Belçikanın Ukraynaya hərbi yardımının məbləği artıq 51 milyon avro təşkil edir. Daha …
Read More »Kaliforniyada məktəbdə atışma olub, yaralananlar var
ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində məktəbdə atışma nəticəsində azı 5 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli KTVU televiziyası məlumat yayıb. Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı məktəb əhatəyə alınıb, uşaqlar və əməkdaşlar hazırda təxliyə edilir. Məlumata görə, atışmanı 3 nəfər törədib. Polis şübhəliləri axtarır.
Read More »Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
Suriyada vəba vibrionunun yaratdığı kəskin bağırsaq infeksiyasına 426 yoluxma halı aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ən çox yoluxma halı ölkənin şimalında – Hələbdə qeydə alınıb – 260. Orada 28 vətəndaş vəbadan ölüb. Ümumilikdə ölkədə 33 ölüm qeydə alınıb. Xatırladaq ki, BMT-nin Suriya üzrə humanitar koordinatoru İmran Rza daha əvvəl bildirmişdi ki, …
Read More »KİV: “Cənubi Kiprdə ölkə tarixində ilk dəfə krematori tikiləcək”
Cənubi Kipr tarixində ilk krematori 2024-cü ildə tikiləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Cyprus Mail” qəzeti öz saytında məlumat yayıb. Nəşrin mənbələri bildiriblər ki, ölkənin Ətraf Mühitin Mühafizəsi Departamenti “Crematorium Cyprus” şirkəti tərəfindən obyektin tikintisi üçün müraciəti təsdiqləyib. İcra müddəti 18 ilə 24 ay arasında müəyyən edilib və onun təxmini dəyəri 2,2 milyon avro təşkil edir. Məlumata görə, 70-ə …
Read More »Latviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb
Latviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb. “Beynəlxalq vəziyyətin gərginləşməsini nəzərə alaraq, ölkə vətəndaşlarının Rusiyaya getməsinə, hazırda Rusiyada olanların isə mümkün qədər ölkəni tez tərk etməsinə çağırırıq”, – paylaşımda qeyd edilir. Bundan əvvəl ABŞ-ın Rusiyadakı Səfirliyi də analoji müraciətlə öz vətəndaşlarına müraciət edib.
Read More »Ukrayna ordusu daha iki yaşayış məntəqəsini azad edib
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Koroviy Yar və Xarkov vilayətinin Kupyansk-Vuzlovı kəndlərini Rusiya qoşunlarından azad edib. “Koroviy Yar bizimdir”, – Ukrayna Silahlı Qüvvələrinin zabiti Sergey Neşadım tviter hesabında yazıb. Eyni zamanda, zabit qeyd edib ki, Koroviy Yarın azad edilməsi ilə bağlırəsmi məlumat açıqlana bilər. O, ukraynalı hərbçilərin Koroviy Yar ərazisinə daxil olmasının, qəsəbənin adı yazılmış lövhənin yanından keçdiyini əks etdirən …
Read More »KİV: “Putin taktiki nüvə silahından istifadə edə bilər”
“Rusiya Prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edə bilər”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu-York times” nəşrinin məqaləsində qeyd edilib. “Düzdü, Rusiya dövlət başçısının hələ ki, belə bir zərbə hazırladığına dair heç bir sübut yoxdur. Buna baxmayaraq, sözügedən addım istisna edilməyib”, – məqalədə bildirilib. Ekspertlərin qənaətinə görə, Rusiya Prezidenti Vladimir Putin Çin və Hindistan kimi müttəfiqlərinin reaksiyanı …
Read More »ABŞ Avropanı qurbana çevirir: Rusiyanın nüvə zərbəsi endirəcəyi əsas hədəflər məlum oldu
ABŞ Rusiya ilə nüvə savaşından yayınmaq üçün Avropa ölkələrinin viran qoyulmasına birbaşa müdaxilə etməyəcək… Bu baxımdan, Avropa ölkələrinin ABŞ-ın geopolitik oyunlarında alətə çevrilməsi, müəyyən mənada, “könüllü intihar” effekti yaratmış olacaq… Ukrayna savaşı ətrafında yeni situasiya yaranmağa başlayıb. Prezident Vladimir Putinin Rusiyada qismən səfərbərlik elan etməsi beynəlxalq hərbi-siyasi dairələrdə müəyyən narahatlıq doğurub. Və indi bu məsələ ciddi şəkildə müzakirə mövzusuna çevrilib. …
Read More »KİV: “Qərb Ukraynaya nüvə zərbəsi endirilməsi halında fövqəladə planlar hazırlayır”
Avropa və ABŞ siyasətçiləri Rusiyanın Ukrayna ərazisinə nüvə zərbəsi endirəcəyi təqdirdə fövqəladə vəziyyət planları hazırlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb. “Biz Kremlə birbaşa, çox yüksək səviyyədə dedik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün fəlakətli olacaq. ABŞ və müttəfiqlərimiz buna sərt cavab verəcəklər və bunun nə ilə nəticələnəcəyini aydın və konkret şəkildə bəyan etmişik”, – …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar