Şənbə , 20 Aprel 2024
Drone Cameras

Belçika Ukrayna Ordusunun hazırlanması üzrə missiyada iştirak edəcək

Belçika Ukrayna hərbçilərinin hazırlanması üzrə Ümum-Avropa missiyasında iştirak etməyə hazırdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ludivine Dedonder ölkə parlamentinin Müdafiə komitəsində çıxışı zamanı bildirib.

Nazir əlavə edib ki, Belçika quruda və dənizdə minalardan təmizləmə, logistika, mühəndislik üzrə təlimləri öz üzərinə götürəcək.

“Dedonder”in məlumatına görə, Belçikanın Ukraynaya hərbi yardımının məbləği artıq 51 milyon avro təşkil edir. Daha 12 milyon avro əlavə avadanlıqlar üçün ayrılıb ki, bu da yaxın vaxtlarda Polşa vasitəsilə Ukraynaya çatdırılacaq.

Check Also

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, …