Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Zelenski tviter hesabında yazıb. O, qeyd edib ki, fransalı həmkarı ilə Ukrayna məsələsini müzakirə edib. “Prezident Emmanuel Makronla təcili danışıq apardıq. Gərginliyin dərhal azaldılması və siyasi-diplomatik nizamlamanın zəruriliyi və mümkün yolları müzakirə olundu”, – Zelenski tviter hesabında yazıb. Bu, son bir neçə …
Read More »Britaniya XİN rəhbəri: “Ukrayna ətrafında vəziyyət gələn həftə daha da pisləşə bilər”
“Qərb ölkələri gələn həftə Ukrayna ətrafında vəziyyətin kəskin pisləşməsinə hazır olmalıdır”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. “XX əsrin əvvəllərindən bugünədək Avropanın təhlükəsizliyi üçün ən təhlükəli anlardan birini yaşayırıq. Biz görünməmiş birlik nümayiş etdirməliyik. Hesab edirəm ki, gələn həftə reallaşa biləcək ən pis ssenari üçün hazırlaşmaq …
Read More »Braziliyada daşqın qurbanlarının sayı 152-yə çatıb, 165 nəfər itkin düşüb
Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 152 nəfərə çatıb. Onlardan 27-si azyaşlıdır. Boyukmillet.com “Globo”ya istinadən xəbər verir ki, təbii fəlakət zamanı 165 nəfər itkin düşüb. Xilasedicilər dağıntılar altından sağ qalan 24 nəfəri çıxara bilib. İtkin düşənlərin axtarışlarına 500 xilasedici, 200 polis, o cümlədən hərbçilər və könüllülər cəlb olunub. Onların hesablamalarına …
Read More »Braziliyada daşqın qurbanlarının sayı 111-ə çatıb, 116 nəfər itkin düşüb
Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 111 nəfərə çatıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə G1 məlumat yayıb. Məlumata görə, təbii fəlakət zamanı 116 nəfər itkin düşüb. Bölgədə güclü yağışların başlaması ilə əhaliyə xəbərdarlıq məqsədilə sirenalar səslənib, əlverişsiz hava şəraiti və sürüşmə riski səbəbindən qrupların təhlükəsizliyi …
Read More »İtaliyada Ukraynaya dəstək aksiyası keçirilib
İtaliyanın paytaxtı Romada bir neçə yüz insan Ukraynada sülhə dəstək aksiyasına toplaşıb. Boyukmillet.com “Rai News 24” telekanalına istinadən xəbər verir ki, Roma şəhərinin mərkəzində yerləşən Müqəddəs Həvarilər Meydanındakı yeni aksiyanı katolik icması təşkil edib. Telekanalın məlumatına görə, nümayişdə Roma meri Roberto Qualtyeri, müxtəlif həmkarlar ittifaqı və siyasi partiyaların nümayəndələri iştirak ediblər. İcmada qeyd edilib ki, aksiya “Avropada münaqişə təhlükəsinə qətiyyətlə …
Read More »Bayden bu gün NATO liderləri ilə Ukrayna barədə danışıqlar aparacaq
ABŞ Prezidenti Cozef Bayden cümə günü Ukraynadakı vəziyyətlə bağlı bir sıra ölkələrin liderləri ilə telefon danışığı aparmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat qrupunun yaydığı məlumatda deyilir. “Sabah (bu gün-red) günortadan sonra Prezident transatlantik liderlərlə Rusiyanın Ukrayna sərhədində hərbi qüvvələr toplaması, təmkinliliyimiz və diplomatik səylərimiz barədə telefon danışığı aparacaq”, – Ağ Evdən bildiriblər. Xəbərdə telefon danışığı …
Read More »ABŞ-da ümum-Amerika Qarabağ mitinqi keçiriləcək
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar ümum-Amerika Qarabağ mitinqi keçiriləcək. Bu barədə məlumatı “Report”un yerli bürosuna Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli verib. E.Yerdərənli bildirib ki, Kapitol binası qarşısında keçirilməsi nəzərdə tutulan mitinqdə ABŞ-ın bütün ştat və şəhərlərində yaşayan həmvətənlərimizin iştirakı planlaşdırılır: “Bunun üçün paytaxt Vaşinqtona müxtəlif maşrutlar üzrə avtobuslar təşkil olunub. İcazəli, dinc mitinqi keçirməkdə məqsəd …
Read More »ABŞ və Rusiya təyyarələri Aralıq dənizi üzərində təhlükəli məsafədə uçub
ABŞ və Rusiya təyyarələri Aralıq dənizində ötən həftə bir neçə dəfə təhlükəli şəkildə bir-birinə yaxın uçublar. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb. İnsidentlər fevralın 11 və 12-də beynəlxalq hava məkanında baş verib. Nəşr iddia edir ki, Rusiyanın üç Su-35 qırıcısı Amerikanın üç P-8A kəşfiyyat təyyarəsinin uçuş yolunu keçib. Bir …
Read More »Şolts və Bayden: “Rusiyanın Ukraynaya qarşı növbəti təcavüz riski qalır”
Almaniya kansleri Olaf Şolts və ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü telefon danışığında Ukrayna ətrafında vəziyyətin ciddi olaraq qaldığını, Rusiya qoşunlarının Ukrayna sərhədlərindən əhəmiyyətli dərəcədə çıxarılmadığını qeyd ediblər. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi jurnalistlərə bildirib. “Federal kansler Olaf Şolts bu axşam ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığında Ukrayna və ətrafındakı vəziyyətlə bağlı …
Read More »Britaniya XİN-in binası Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb
Böyük Britaniya Xarici İşlər Nazirliyinin binası Ukrayna ilə həmrəylik əlaməti olaraq bu ölkənin bayrağının rənglərində işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki, həmrəylik mesajı və fotoşəkillər Britaniya Xarici İşlər Nazirliyinin tviter səhifəsində “Ukrayna ilə birlikdə ol” heşteqi ilə yayımlanıb. “Xarici İşlər Nazirliyinin binası Ukrayna xalqı ilə həmrəylik əlaməti olaraq Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb”, – paylaşımda deyilir.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
