Şənbə , 10 Yanvar 2026

Digər ölkələr

Bolqarıstanda sərnişin avtobusu qəzaya uğrayıb, 46 nəfər yanaraq ölüb

Bolqarıstanın Struma şosesində Şimali Makedoniyadan gələn turistlərin olduğu avtobus qəzaya uğrayaraq yanıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə BGNES agentliyi hadisə yerindən məlumat yayıb. Məlumata görə, insident yerli vaxtla təxminən saat 03:00 (Bakı vaxtı ilə saat 04:00-da) radələrində baş verib. Qeyd edilir ki, hadisə yerində 45 nəfər, o cümlədən 12 uşaq həlak olub. Qəza zamanı avtobusda 52 nəfər olub. NOVA telekanalı isə …

Read More »

Əfqanıstanda Talibana hücum: Öldürülənlər var

Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində naməlum silahlılar “talib”lərə hücum ediblər. İki silahlı şəxsin “Taliban”a məxsus “Corolla” markalı avtomobilə hücumu zamanı hərəkatın 5 üzvü öldürülüb. Hücumun Cəlalabadda Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin yaxınlığında baş verdiyi bildirilir. (“RİA Novosti”)

Read More »

ABŞ-da hava limanında atışma olub, xəsarət alanlar var

ABŞ-ın Atlanta şəhərində hava limanında baş verən odlu silahla insident nəticəsində bir neçə nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) məlumat yayıb. İnsident nəticəsində 3 nəfərin yaralandığı qeyd edilir. Hadisə müvəqqəti olaraq təyyarələrin uçuşunun dayandırılmasına səbəb olub. Bundan əvvəl bildirilib ki, Xartsfild-Cekson Beynəlxalq Hava Limanında odlu silahdan təsadüfən açılan atəş insanları qorxudub.

Read More »

ABŞ on milyonlarla dolları ələ keçirən erməni qruplaşmasının üzvlərini axtarır

ABŞ-ın Kaliforniya ştatında erməni mənşəli cütlük COVID-19 xəstələrinə yardım fondundan qanunsuz olaraq 20 milyon dollardan çox pul vəsaitini mənimsədiyinə görə həbs cəzasına məhkum edilib, lakin hüquq-mühafizə orqanları onları tuta bilməyib. Bu barədə Boyukmillet.com ABŞ-ın Ədliyyə Nazirliyinə istinadən xəbər verir. Nazirliyin məlumatına görə, 43 yaşlı Riçard Ayvazyan 17 il, həyat yoldaşı 37 yaşlı Marietta Terabelyan isə sui-qəsd, bank fırıldaqları və çirkli pulların yuyulmasında ittiham …

Read More »

Belarusda Azərbaycanın ilk hərbi təyyarəçisinə abidə ucaldılıb

Belarusun Qrodnenski vilayətinin Borunı qəsəbəsində həmyerlimiz, Birinci Dünya müharibəsinin qəhrəmanı, “İlya Muromets-16” bombardmançı təyyarəsinin artilleriya zabiti Fərrux Ağa Qayıbovun büstünün açılışı olub. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev, hərbi attaşe Elşən Rəhimov, Fərrux Ağa Qayıbovun qardaşı nəvəsi Həmidə Qayıbova, Belarusun Müdafiə Nazirliyinin təmsilçiləri, hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər. Poruçik Fərrux ağa Qayıbov tarixə təkcə …

Read More »

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə telefon danışığı aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanasından məlumat verilib. Məlumata görə, danışıqlar zamanı ikitərəfli əlaqələr diqqət mərkəzində olub. “Danışıqlar zamanı regional mövzular və Türkiyə-Ukrayna münasibətlərini yaxşılaşdıracaq məsələlər müzakirə olunub”, – administrasiyada qeyd edilib.

Read More »

Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin (KTN), İsrailin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin, İxrac İnstitutunun təşkilatçılığı ilə Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib. Bu barədə KTN-dən bildirilib. Məlumata görə, tədbirdə hər iki ölkədən aidiyyəti qurumların nümayənədləri, kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərin rəhbərləri iştirak ediblər. Biznes forumun açılış mərasimində çıxış edən azərbaycanlı nazir İnam Kərimov bildirib ki, keçirilən yüksək səviyyəli tədbir …

Read More »

Aİ ölkələrinin XİN başçıları Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə edəcəklər

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Polşa və Belarus arasında miqrasiya böhranı ilə bağlı müzakirə aparacaqlar. Boyukmillet.com-un məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell tvitterdəki səhifəsində xəbər verib. Borrell bildirib ki, o, Polşa və Litvanın xarici işlər nazirləri – Zbiqnev Rau və Qabrielyus Landsberqislə Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı danışıqlar aparıb. …

Read More »

Azərbaycan məhsulları Çin Beynəlxalq İdxal Sərgisində maraqla qarşılanıb

Çinin Şanxay şəhərində keçirilmiş 4-cü Beynəlxalq İdxal Sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar vahid ölkə stendi ilə Azərbaycan pavilyonunda nümayiş olunub. Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, pavilyonda təqdim olunan nar şirəsi, şərab və digər spirtli içkilər, mineral sular, …

Read More »

Kolumbiya Senatı Azərbaycanın Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib

Kolumbiya Senatının Xarici əlaqələr daimi Komissiyası və yuxarı palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30 illiyi və Vətən müharibəsindəki qələbəmizin ilk ildönümü ilə əlaqədar bəyanat qəbul edilib. Azərbaycanın Meksikadakı Səfirliyindən  verilən məlumata görə, sənəddə əlamətdar günlərlə əlaqədar qardaş Azərbaycan xalqına təbriklər çatdılır, ölkəmizin bundan sonra da çiçəklənmə yolu ilə irəliləyəcəyi və Kolumbiyanın xalqlarımızın …

Read More »