Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib

Ukrayna hakimiyyəti Donetsk və Luqansk “Xalq respublikaları”nın Rusiyaya hərbi yardımla bağlı müraciəti ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tvitterdə yazıb.

“Ukrayna Donetsk və Luqansk işğalçı administrasiyalarının Rusiyaya hərbi dəstək tələbi ilə müraciəti ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu, təhlükəsizlik vəziyyətinin daha da gərginləşməsidir”, Kuleba tvitterdə bildirib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …