Şənbə , 10 Yanvar 2026

Digər ölkələr

ABŞ-da azərbaycanlılara və türklərə hücum edən erməniləri 15 il həbs gözləyir

ABŞ-da həbsdə olan ermənilərə – 23 yaşlı Uilyam Stepanyan və 23 yaşlı Harutyun Harri Çalikyana qarşı 6 maddə üzrə ittiham irəli sürülüb. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. İttiham aktına görə, Uilyam Stepanyan ötən il noyabrın 4-də mobil telefonla göndərdiyi mesajda Los-Anceles şəhərində “türkləri ovlamağı” planlaşdırdığını bildirib və həmin gün Harutyun Harri Çalikyan ilə görüşüb. Restorana basqın edən cinayətkarlardan biri …

Read More »

İsraildə aktiv koronavirus xəstələrinin sayı 1 810 nəfərə düşüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 79 nəfər yoluxub. Trend-in “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 837 971 nəfərə, ölənlərin sayı isə 6 350 nəfərə çatıb. Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 829 811 nəfəri sağalıb, aktiv koronavirus xəstələrinin sayı 1 810 nəfərə düşüb.

Read More »

Vitse-spiker: “ABŞ-ın tarixə əsassız qiymət vermək hüququ yoxdur”

“Amerika Birləşmiş Ştatlarının tarixə əsassız qiymət vermək hüququ yoxdur”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev deyib. Onun sözlərinə görə, ABŞ ən azından məhv etdiyi milyonlarla hinduların, asteklərin, inklərin cavabını verməlidir: “Vyetnamda, Əfqanıstanda, İraqda milyonlarla insanların tökülmüş qanlarında əllərinin olmasını deyəsən unudurlar”.

Read More »

ABŞ terrorizmlə mübarizə üçün Əfqanıstana qoşun göndərməyəcək

ABŞ qoşunlarını Əfqanıstandan çıxardıqdan sonra Birləşmiş Ştatlar hərbi qüvvələrini terrorizmlə mübarizə aparmaq üçün yenidən bu ölkəyə göndərməyi planlaşdırmır. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib. “Amerika hərbi qulluqçularının (Əfqanıstana-red) təkrar göndərilməsi ilə bağlı heç bir plan yoxdur”, – Kirbi bununla bağlı suala cavab verərək deyib. Aprelin 14-də ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatların …

Read More »

Donbasda toqquşmalar gedir – Ukrayna ordusu itki verdi

Ukraynanın Donbas bölgəsində ordu ilə separatçılar arasında baş verən toqquşma nəticəsində daha 1 hərbçi həlak olub. Boyukmillet.com  xəbər verir ki, bu barədə Baş Qərargah açıqlama yayıb. Bununla da, son 1 həftə ərzində Donbasda həlak olan ukraynalı hərbçilərin sayı 4-ə çatıb. 

Read More »

ABŞ-ın bu yeni təyyarəsi Çin üçün təhdid olacaq

ABŞ-ın yeni B-21 Raider strateji bombardmançısı Çin üçün real təhdid kəsb edə və Sakit okeanda qüvvələr balansını dəyişdirə bilər. Boyukmillet.com  xəbər verir ki, bu iddia ilə amerikalı hərbi ekspert Aleks Xollinqs çıxış edib. Onun sözlərinə görə, Vaşinqton indiyə qədər Pekinə Cənubi Çin dənizində effektiv müqavimət göstərə bilmir. O, bunun Çinin DF-17 hipersionik raketləriylə əlaqəli olduğunu bildirib. Xollinqs Çinlə müharibə yaşanacağı …

Read More »

Fransada məscid yandırılıb

Fransanın Nant şəhərində naməlum şəxslər Arrahma məscidini yandırıblar. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə yerli KİV bildirib. Qeyd edilir ki, hadisə zamanı məscidə maddi ziyan vurulub, giriş qapısı tamamilə yanıb. Məscidin ətrafında içində benzin olan kanistrlər tapılıb. Fakt üzrə araşdırmalara başlanılıb. Hazırda müstəntiqlər hadisənin səbəbini və yanğının mənbəyini müəyyənləşdirmək üçün videomüşahidə kameralarındakı qeydləri araşdırırlar. Fransanın Müsəlman Məzhəbi Şurası (CFCM) …

Read More »

Almaniya hökuməti peyvənd olunmuş vətəndaşlar üçün COVID-19 testlərini ləğv edir

Almaniya hökuməti COVID-19 əleyhinə peyvənd olunmuş vətəndaşlardan səyahət zamanı və ümumiyyətlə gündəlik həyatda test götürməyi ləğv etmək barədə qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, qəbul edilmiş qərara əsasən, artıq tam peyvənd olunmuş vətəndaşlara test nəticələri mənfi çıxanlardan fərqli yanaşılacaq. Bu qərar, Federal Səhiyyə Nazirliyinin ölkə hökumətinə müvafiq təqdimatından sonra qəbul edilib.

Read More »

Almaniyada koronavirusla bağlı vəziyyət kəskinləşib

Almaniyada son 24 saat ərzində COVID-19 virusuna 9 677 nəfər yoluxub, həmin xəstəliyə yoluxanlardan 298 nəfər ölüb. Boyukmillet.com  xəbər verir ki, bunu Berlindəki Robert Kox İnstitutu (RKI) bildirib. Halbuki əvvəlki gün ölkədə 6 885 nəfər yoluxmuş, 90 nəfər də ölmüşdü. Qeyd edək ki, dekabr – yanvar aylarında Almaniyada gündəlik yoluxma sayı bir ara 25-30 minə çatıb. Son vaxtlar ölkədə koronavirusun üçüncü dalğasına dair fikirlər səsləndirilir, karantin məhdudiyyətləri də …

Read More »

İndoneziyada torpaq sürüşmələri və daşqınlar zamanı onlarla insan həlak olub

İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində torpaq sürüşmələri və daşqınlar nəticəsində azı iyirmi insan həlak olub, daha doqquz nəfər xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin nəticələri üzrə Milli İdarəsinə istinadən “Sinxua” agentliyi məlumat yayıb. Zərərçəkənlər xəstəxanalara çatdırılıb. Agentliyin məlumatına görə, fəlakət nəticəsində onlarla ev dağıdılıb.

Read More »