Baş nazir Əli Əsədov Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb. Boyukmillet.com məlumatına görə, sərəncamda deyilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin razılaşdırılmış təklifləri nəzərə alınaraq Laçın rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Laçın Hava Limanına beynəlxalq status verilsin. Xarici İşlər Nazirliyi bununla bağlı müvafiq beynəlxalq …
Read More »Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv edir
Yekun qərarın bu gün qəbul olunacağı gözlənilir Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları qismən ləğv edəcək. Bununla bağlı qərarın mətni mayın 19-u axşam saatlarında təşkilata üzv ölkələrin səfirləri tərəfindən ilkin olaraq razılaşdırılıb. Yekun qərarın isə bu gün, mayın 20-də Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasında qəbul olunacağı gözlənilir. Aİ sanksiyaların əsasən Bəşər Əsəd rejiminə qarşı tətbiq edildiyini vurğulayıb. Diplomatik mənbələr bildiriblər …
Read More »Əvəz Zeynallının səhhəti qəfildən pisləşdi – VİDEO
Həbsdən azad olunduqdan sonra müalicə üçün Türkiyə paytaxtına yollanan tanınmış jurnalist Əvəz Zeynallının səhhəti kəskin pisləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkə hesabında paylaşım edib. Həyat yoldaşının sözlərinə görə, qan analizi götürülən zaman əvəz Zeynallının halı qəfildən pisləşib. Xatırladaq ki, həbsdə olan zaman jurnalistdə onkoloji xəstəlik aşkarlanıb. Görüntüləri təqdim edirik:
Read More »Ərdoğan Azərbaycanla əməkdaşlığa dair üç saziş təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla əməkdaşlığa dair üç sazişi təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Rəsmi qəzet”də məlumat dərc olunub. Bildirilib ki, sözgedən sazişlər turizm, su ehtiyatları və baytarlıq sahələri ilə bağlıdır. Təsdiqlənən sahələr 15 noyabr 2024-cü ildə Bakı, 8 may 2024-cü ildə Ankara və 19 fevral 2024-cü ildə yenə də Ankara şəhərlərində imzalanmış əməkdaşlıq haqqında sazişlərə əsaslanır.
Read More »Türkiyə səfiri Mətbuat Şurasında olub
Türkiyənin Azərbaycandakı föqəladə və səlahiyyətli səfiri Birol Akgün Mətbuat Şurasında olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir məlumat verib. “Bu gün hörmətli səfirimizlə Mətbuat Şurasında olduq. Azərbaycan mətbuatının 150 illiyini qeyd etdik. Türkiyə-Azərbaycan Media Platformasının səmərəli fəaliyyəti üçün məhsuldar məsləhətləşmələr apardıq. Azərbaycanda bir ili tamamladım. Sizin dəstəyinizlə çox uğurlu layihələr həyata keçirəcək, Türkiyə-Azərbaycan …
Read More »Pezeşkianın Bakı səfərinə az qaldı: Dünya aydınlıq və reallıq tələb edir
“İran da öz siyasətini, qonşularla münasibəti, Ermənistanla əlaqələri redaktə etməlidir” Pezeşkianın Azərbaycana gəlişindən sonra bir sıra məsələlərdə ciddi formada reformalar gözlənilir. İran rejiminin Azərbaycana münasibəti dəyişə bilər” “Aprelin son günlərində Prezident Pezeşkian Azərbaycana səfər edəcək, bu, mühüm səfərdir və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlib”. Bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib. O bildirib ki, bu səfər ölkələr arasında müxtəlif …
Read More »Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub
Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Read More »Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub
Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında yaxalanıb, habelə axtarışda olan 8 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, hesabat dövrü ərzində Baş İdarə tərəfindən 290 şəxs barəsində 203 cinayət işinin ibtidai istintaqı tamamlanıb, …
Read More »Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb
Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatında bildirilib. Məlumat verilib ki, itkin düşən şəxslərdən 3 209-u hərbçi, 774-ü mülki şəxsdir. Onların 3 698-i kişi, 285-i qadındır. 3977 nəfər Birinci Qarabağ müharibəsində, 6 …
Read More »Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi
“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən şəxsiyyətlərdən biri olub”. Bunu xalq şairi Sabir Rüstəmxanlı Ankarada AZƏRTAC-la müsahibəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) xətti ilə “Bəxtiyar Vahabzadənin Anım ili”nin başlanmasını şərh edərkən söyləyib. Onun sözlərinə görə, Azərbaycanın görkəmli nümayəndəsinin bu il 100 illik yubileyinin qeyd olunması …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar