Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun müalicəsini öz üzərinə götürüb. Boyukmillet.com xəbər verir ki, R.Dadaşov “Bona Dea International Hospitalı”na yerləşdirilib və hazırda müalicəsi orada davam etdirilir. Xalq artisti sosial şəbəkədə açıqlama yayaraq artıq səhhətində müsbət dəyişikliklərin olduğunu bildirib. O, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla …
Read More »İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi
Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib. “Əziz həmvətənlər! Hörmətli soydaşlar! Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz …
Read More »Sabir Rüstəmxanlı bu dairədən namizəd olacaq – Sənədləri təqdim olundu
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasınım (VHP) sədri Sabir Rüstəmxanlı növbədənkənar parlament seçkilərinə qatılıb. Boyukmillet.com xəbər verir ki, Sabir Rüstəmxanlının sənədləri bu gün 61 saylı Neftçala Seçki Dairəsinə təqdim olunub. Qeyd edək ki, 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis edən və iki il bu mətbu nəşrin baş redaktoru olan Sabir Rüstəmxanlı ölkəmizin müstəqil olmasında imzası olan istiqlalçı …
Read More »MDB məkanında ən böyük hərbi xəstəxana Naxçıvanda tikilir
Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordu üçün Mərkəzi Hərbi Xəstəxana inşa olunur. İstifadəyə verildikdən sonra bu MDB məkanında ən böyük mərkəzi hərbi xəstəxanalardan biri olacaq. Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıb.
Read More »Naxçıvanda büdcə daxilolmaları artırılıb – 30 milyona yaxın
Bu barədə Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini – Maliyyə naziri Səbuhi Məmmədov müsahibəsi zamanı deyib. Səbuhi Məmmədov deyib ki, Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 113 milyon 200 min manat proqnozlaşdırılır ki, bu, 2019-cu ilin büdcəsi ilə müqayisədə 29 milyon 860 min manat və ya 35,8 faiz çoxdur. Dövlət büdcəsi üzrə gəlirlərin 85 milyon 620 min …
Read More »Bakı mağazalarındakı kolbasalar – yeyək, yeməyək?
Bu məhsulların əsas hissəsini soya, heyvan dərisi və sellüloz təşkil edir, ispan alim isə insan qanından kolbasa icad edib; Eyyub Hüseynov: “Keyfiyyətə nəzarət yoxdur” Bakı mağazalarının vitrinlərini ən müxtəlif adlarda kolbasa-sosiskalar bürüyüb. Onların kilosu 5-6 manat civarında satılır. Belə məhsulların keyfiyyəti barədə birmənalı fikirlər yoxdur. Tərkibinə fərqli qatqılar əlavə olunduğu söylənir. Kolbasa məhsullarının ucuz olması da sual doğurur. Ətin kilosu …
Read More »Rusiya və Türkiyə Liviyada qarşı-qarşıya gəlir?
Xəbər verildiyi kimi, Suriyanın şimal-şərqindəki terror qurulmasına böyük zərbə vurmaqla yanaşı bölgədə maraqları olan bəzi ölkələrin də planlarını pozan Türkiyə noyabrın sonlarında Liviyada Faiz Sərracın rəhbərlik etdiyi Milli Birlik Hökuməti ilə hərbi sahədə əməkdaşlıq və Aralıq dənizindəki sərhədlərlə bağlı qarşılıqlı anlaşmaya dair saziş imzalayıb. Baki-xeber.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan razılığı Liviyanın Tripolidə qərargahlanan və Fayiz Sarracın …
Read More »Prezident deputat üçün daha bir kriteriya müəyyənləşdirdi – hazırkı deputatların hansı hissəsi buna uyğun işləyib…
Azər Həsrət: “Ölkənin hardasa 70 faizində vətəndaşlar öz deputatlarını tanımır” “Bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır”. Bunu Prezident İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib. Ölkə başçısının fikrincə, parlament seçkiləri çox önəmli hadisədir və önəmli prosesdir: “Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, …
Read More »Prezident ailəsi ilə Ağ Şəhərdə
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 24-də Bakı Ağ Şəhərdə mərkəzi bulvar küçəsinin açılışında iştirak edib və Park Kvartalı ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »İSBAM tədbir keçirəcək
İlin yekunlarına və həmrəylik günü münasibətilə İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tədbir keçirəcək bu haqda məlumatı boyukmillet.com-a İSBAM sədrinin müşaviri Samir Şahverdiyev bildirib. O, açıqlamasında 2019-cu ilin yekunlarıyla bağlı Mərkəzin idarə heyyətinin toplantısı keçiriləcəyini və eyni zamanda İSBAM tərəfindən bayram tədbirinin də təşkil ediləcəyini qeyd edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar