Elşən Həsənov: “Naxçıvan Azərbaycanın dünyaya açılan çıxış qapısıdır” Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən MR-in təhlükəsizliyi ilə bağlı vəziyyətlə ətraflı maraqlanıb. Dövlət başçısı Naxçıvanda təhlükəsizlik tədbirlərinin diqqət mərkəzində saxlandığını, son illər ərzində bu istiqamətdə böyük işlər görüldüyünü, ordu quruculuğu sahəsində böyük inkişaf olduğunu bildirib. “Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, …
Read More »Bəxtiyar Məmmədov: “Hacıbala Abutalıbovun Orxan adlı oğlu məni pis vəziyyətə salıb, 43 min manat borcunu vermək istəmir”
“Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu Orxan Abutalıbov mənə olan 43 min manata yaxın borcunu vermir”. Bu sözləri Boyukmillet.com-a açıqlamasında sabiq merin oğlu Orxan Abutalıbova məxsus olan “Spektr” MMC-nin direktoru işləmiş Məmmədov Bəxtiyar Vəli oğlu deyib. Şikayətçinin sözlərinə görə, o, 2006-cı ildən sabiq merin ailəsinə məxsus olan şirkətdə işləyib: “Mənim Hacıbala müəllimdən heç bir narazılığım olmayıb. Sonra mənim gördüyüm …
Read More »Vilayət Eyvazovdan QƏRAR – “102”yə məlumat verən şəxs…
“Törədilmiş və hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilib. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb. Qərarla təlimata 3.2-2-ci bənd əlavə olunub. Yeni bənddə göstərilib ki, cinayət barədə “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verən şəxsin ilkin ərizəsinin alınması üçün ərazi polis qurumuna dəvət edilməsi qadağandır. Lakin hadisə yerinə baxışın keçirilməsinə, müraciət edən və digər şəxslərdən dərhal izahatların alınmasına zərurət olmadığı hallar istisna …
Read More »Ermənilərin Qarakənd səmasında “Mİ-8” vertolyotunu vurmasından 28 il ötür -HƏLAK OLAN 22 NƏFƏRİN SİYAHISI
Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 28 il ötür. APA-nın məlumatına görə, “Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub. Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, …
Read More »Prezidentə yaxınlaşıb banka olan borcunun silinməsini xahiş etdi
Bu gün Prezident İlham Əliyev “28 May” metrostansiyasının qarşısında paytaxt sakinləri ilə görüşüb, onların şikayətlərini dinləyib. Bu zaman Bakı sakini olan Məmmədova Səmayə İbrahim qızı dövlət başçısına yaxınlaşaraq banka olan borcunun silinməsini xahiş edib. Yaşlı qadın Prezidentə qəzaya düşdüyü üçün krediti ödəməkdə çətinlik çəkdiyini bildirib. Dövlət başçısı dərhal qadının probleminin həlli üçün müvafiq göstəriş verib.
Read More »Mahir Məmmədov: “Bu il SOCAR-ın Gürcüstan büdcəsinə 150 mln dollar vergi ödəyəcəyi proqnozlaşdırılır”
Bu il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi – “SOCAR Energy Georgia” şirkətinin Gürcüstanın dövlət büdcəsinə ödəyəcəyi verginin məbləğinin 150 mln ABŞ dolları olacağı proqnozlaşdırılır. Bunu Boyukmillet.com-a eksklüziv açıqlamasında “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib. Onun sözlərinə görə, bu, 2018-ci ildə dövlət büdcəsinə həyata keçirilən ödəniş ilə müqayisədə 6 milyon dollar və ya 4,17% çoxdur: “2018-ci ildə “SOCAR Energy Georgia” …
Read More »Almaniyada sığınacaq almaq xatirinə öz üstünə hətta erməni adı götürən üzdəniraq azərbaycanlılar – rüsvayçı fakt…
İsmayıl Ağayev: “Bu, bir tayfanın, nəslin adına xələl gətirmək deməkdir” Almaniya Polisi tərəfindən aparılan əməliyyatlar nəticəsində Azərbaycan əsilli vətəndaşların saxta mühacir biznesinə görə saxlanması bu mövzunu daha da aktual edib. Hazırda Almaniyada mühacir həyatı yaşayan jurnalist Fərahim İlqaroğlu Azərbaycandan mühacir axını ilə bağlı olduqca ciddi faktlar açıqlayıb. O bildirib ki, hətta elə soydaşlarımız var ki, özünü erməni adlandıraraq status almaq …
Read More »Emin Həsənli Kıbrısda Cümhuriyyətin ildönümü tədbirlərinə qatılıb
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gənclər Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) səfərdədir.Boyukmillet.com-un məlumatına görə, E.Həsənli səfər çərçivəsində ŞKTC-nin Baş naziri Ersin Tatarla görüşüb. Şura üzvü bildirib ki, görüşdə Ersin Tatar Azərbaycan-Türkiyə əlaqələrini yüksək qiymətləndirib və ölkələrimizin Türk Şurasında birgə fəaliyyəti barədə danışıb. “Baş nazir Şimali Kiprin …
Read More »Ankarada Azərbaycan mədəniyyətinin təbliği məqsədi ilə qurulan rəqs və sənət klubunda növbəti tədris ilinin açılışı olub.
Qardaş ölkə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan mədəniyyətinin təbliği məqsədi ilə yaradılan Anka Azərbaycan Rəqs və Sənət klubunda yeni tədris ilinin açılışı ilə əlaqədar təntənəli mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri Derya Akdemir bildirib ki, çox önəmli bir tarixdə – 17 noyabr Milli Dirçəliş günü açılışını etdikləri rəqs və sənət klubu artıq …
Read More »SON DƏQİQƏ: İran yenidən qarışdı – Polislər öldürülür – VİDEO
İranın paytaxtı Tehranda benzinin bahalaşmasından sonra baş qaldıran aksiyalarda İslam İnqilabı Keşikçiləri Korpusu və milis qüvvələrinə mənsub 3 nəfər ölüb. “Fars” xəbər agentliyi polislərin Mələrd rayonunda aksiyaçılarla aralarında baş verən insidentdə öldüyünü bildirib. Bundan başqa, Şirazda cümə günündən etibarən baş qaldıran iğtişaşlar zamanı 75 bank şöbəsi yandırılıb. Başda Tehran olmaqla, Təbriz, Məşhəd, Əhvaz, İsfahan, Şiraz, Yəzd, Kirman və Kərəç şəhərlərində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar