Rusiyanın Samara vilayətindən azərbaycanlı miqrantlar deportasiya olunub. Citytraffic.ru-nun xəbərinə görə, bir həftə ərzində ərazidən çıxarılanlar arasında azərbaycanlılarla yanaşı, Özbəkistan, Qırğızıstan və Moldova vətəndaşları da olub. Məlumata görə, cari il ərzində bölgədə qanunsuz yaşayan 708 əcnəbinin 338 nəfəri öz hesabına ölkələrinə qayıdıblar. Miqrant qanunvericiliyini pozan bu şəxslər beş ildən tez Rusiyaya qayıda bilməzlər.
Read More »“Gələcək bu gün bizim necə öyrətdiyimiz və necə öyrəndiyimizlə formalaşır” – PA rəsmisi
Qlobal informasiya mühitində insan kapitalı iqtisadi tərəqqi və inkişafın əsas hərəkətverici qüvvəsidir. Bu gün insan kapitalına investisiya dövlətin ən gəlirli investisiyası hesab olunur. Belə ki, uzunmüddətli perspektivdə insan kapitalı sosial kapitala çevrilir, bu isə, öz növbəsində iqtisadi inkişafa gətirib çıxarır. Bu gün insan kapitalının formalaşmasında əsas rolu təhsil və bilik oynayır. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və …
Read More »Bakıda TÜRKPA Şurasının iclası keçirilir
Dekabrın 18-də Bakıda Milli Məclisin təşkilatçılığı ilə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının 9-cu iclası işə başlayıb. Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop türk xalqlarının ortaq tarixi paylaşdığını bildirib. Azərbaycan torpaqlarının bir hissəsinin hələ də işğal altında qalmasını təəssüflə xatırladan Mustafa Şentop bu məsələdə Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib. Milli Məclisin Sədri Oqtay Əsədov TÜRKPA-ya …
Read More »Elvin İsayevə ittiham elan edilib – RƏSMİ
Azərbaycan Respublikası Baş Prokurorluğu Elvin İsayevin həbsi ilə bağlı rəsmi açıqlama yayıb. Baş prokurorluğun Mətbuat Xidmətindən daxil olan açıqlamada deyilir: “Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının vətəndaşı İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi …
Read More »Nazir: “Bakı Dövlət Sirkinin bağlanmasını istəmirəm”
“Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı Dövlət Sirki ilə bağlı müəyyən haqlı iradlar irəli sürülüb”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib: “Çünki şəhərdə mütləq belə bir müəssisə olmalıdır. Sirk 40 ilə yaxındır ki, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, müvəqqəti olsa da, təhlükəsizliklə bağlı olan ölçüləri götürməliyik. Artıq bunların yarısını etmişik”. “Ümidvaram …
Read More »Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrini qəbul edib
Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopu qəbul edib.
Read More »Naxçıvanda bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə olunub
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən seçki dairələrinin veb-kameralar quraşdırılmış seçki məntəqələrinin və seçkilərə 5 gün qalmış yaradılması nəzərdə tutulan qapalı seçki məntəqələrinin məntəqə seçki komissiyalarının sədr və katibləri üçün seminar-treninq keçirilib. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından bildirilib ki, seminarda çıxış edən komissiyanın sədri Məhərrəm Qasımov 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülən işlərdən danışıb. Sonra …
Read More »Pakistan ordusu Müşərrəfin edam edilməsinə qarşı çıxıb
Pakistan Silahlı Qüvvələri xüsusi məhkəmənin ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında qəbul etdiyi edam hökmü barədə qərarına etiraz edib. “Report” xəbər verir ki, ordunun mətbuat xidməti bununla bağlı bəyanat yayıb. “General Pərviz Müşərrəfin işində xüsusi məhkəmənin qərarı ağrı və təəssüf hissi doğurur. Ordu qərargahının keçmiş komandiri, Baş Qərargah Rəisləri Komandanlığının sədri və 40 ildir ölkəsinə xidmət etmiş, dövləti uğrunda döyüşlərdə …
Read More »Azərbaycan otellərində bir Yeni il gecəsinin qiyməti – Dubayı, Türkiyəni az qala 3-5 dəfə üstələyir
2020-ci ilin gəlməsinə sayılı günlər qalıb. Artıq şəhərdə, mağazalarda Yeni il ab-havası hiss edilməyə başlayıb. Eyni zamanda, şou-biznes nümayəndələrinin də bayram gecəsi hansı restoranda, oteldə çıxış edəcəyi bəlli olub. Ölkədə fəaliyyət göstərən dəbdəbəli otellər arasında araşdırma apardıq. Araşdırma nəticəsində məlum oldu ki, bayramqabağı otellərin qiyməti birə-beş artıb. Hər il olduğu kimi, yenə də turizm sektorunda qiymətlər Yeni il ərəfəsində “od …
Read More »Ukraynanın birinci xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olub-FOTO
Ukraynanın birinci xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olub-FOTO Dün, 16:45Azərbaycanda səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya dekabrın 17-də Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar