Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, İsmayıl Vəliyev hazırda Neftçala rayonunun icra başçısıdır. Oktyabrın 31-də onun 60 yaşı tamam olur.
Read More »Prezident daha 4 sərəncam imzaladı
Prezident İlham Əliyev Kənd təsərrüfatı işçilərinə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com sərəncamın mətnini təqdim edir: Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilsin: Əzimov İlham Müqbil oğlu Hacıyev Rahət Tofiq oğlu Quliyev Babakişi Orucəli oğlu. *** İlham Əliyev M.M.Hüseynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda …
Read More »Filippində güclü zəlzələ BAŞ VERDİ
Filippinin Mindanao adasında rixter cədvəli üzrə 6,5 bal gücündə zəlzələ baş verib. Boyukmillet.com Anadolu agentliyinə istinadən xəbər verir ki, zəlzələnin episentri Kotabato şəhərində, yerin 2 kilometr dərinliyində yerləşib. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Read More »Metroda inanılmaz SƏRNİŞİN SIXLIĞI: “İki xəttin eyni stansiyada kəsişməsi….”
“Sərnişin sıxlığının aradan qaldırılması üçün yeni stansiyaların inşa edilməsi zəruridir’’ Bu fikirləri Boyukmillet.com-a açıqlamasında metroda sərnişin sıxlığının səbəblərinə aydınlıq gətirən Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Metropoliten rəsmisinin sözlərinə görə, mövcud şəraitdə qatarların hərəkət intervalını 2 dəqiqədən aşağı salmaq texniki imkansızlıq səbəbindən hələlik mümkün deyil.
Read More »Qatarda 62 nəfərin diri-diri yandığı qəzanın VİDEOSU yayıldı
https://twitter.com/dwivedi344/status/1189755620519370752 Pakistanda sərnişin qatarında baş verən yanğın nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, daha öncə yerli xilasetmə xidmətinin rəhbəri jurnalistlərə açıqlamasında 10 nəfərin öldüyünü, lakin ölü sayının artacağını istisna etməmişdi. Qəza nəticəsində yaralıların sayı isə onlarla qeyd edilir. Məlumata görə, qatar Pəncab əyalətinin cənub hissəsinə yola düşərkən yanğın baş verib. Qaz balonunun partlaması nəticəsində meydana gələn alov …
Read More »Bu aydan pensiyası 200 manat olanlar üçün VACİB XƏBƏR – VİDEO
Bu aydan etibarən minimum pensiya məbləğinin 200 manata çatdırılması pensiyaya çıxmaq üçün tələb edilən minimum pensiya kapitalına təsir göstərib. Boyukmillet.com Xəzər TV-yə istinadən xəbər verir ki, mövcud qaydalara əsasən pensiyaya çıxmaq üçün vətəndaşın hesabında minimum 28800 manat vəsait olmalıdır. Yaxud da vətəndaşın 25 il sığorta stajı olmalıdır.Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz İsmayılov bildirib ki, nəzərdə tutulan meyarlardan birinin olmaması …
Read More »Məhmət Emin Kiraz: “Naxçıvan gerçəkdən türkün qapısıdır” – VİDEO
Türkiyənin Naxçıvandaki Baş Konsulu Mehmet Emin Kiraz Türkiyə Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü ilə əlaqədar təşkil edilən tədbirdən sonra müsahibə verib. Müsahibəni izləyicilərimizə təqdim edirik:
Read More »DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun Mətbuat xidmətləri müxalifətin noyabrın 2-nə təyin etdiyi mitinqlə bağlı birgə məlumat yayıb. “Xəbər verildiyi kimi, Demokratik Qüvvələrin Milli Şurası adlandırılan quruma daxil olan partiya və birliklər, o cümlədən özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli tərəfindən oktyabrın 19-da “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nümayişkəranə və kobud şəkildə pozularaq Bakı …
Read More »“Ermənilərə yəhudi lobbiləri kömək ediblər” – MÜNASİBƏTLƏR KƏSKİNLƏŞƏCƏK
Həm Azərbaycan, həm də Türkiyə üçün gələn il də ABŞ prezidentinin Respublikaçılar partiyasından olması vacibdir. Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov açıqlamasında ABŞ Nümayəndələr Palatasında Demokratlar partiyasının səyi nəticəsində erməni “soyqırımı”nın tanınmasına münasibət bildirib. Politoloq hesab edir ki, erməni diasporuna bu işdə iki yəhudi lobbisi də yaxından kömək etdi: “ABŞ-da parlamentin güclü siyasi institut olması ABŞ-Türkiyə münasibətlərinə müstəsna təsir edir. Tramp …
Read More »SON DƏQİQƏ! ABŞ-dan dollarla bağlı VACİB QƏRAR
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iclası başa çatıb. Boyukmillet.com -un məlumatına görə, FED uçot dərəcəsini 1,5-1,75%-ə qədər endirib. Xatırladaq ki, FED iyul iclasında faizləri 25 bənd azaldaraq 2,25% – 2,50% aralığından 2% – 2,25% aralığına, Sentyabr ayındakı iclasında isə 25 bənd azaldılaraq 2% – 2,25% aralığından 1,75% – 2% aralığına endirmişdi.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
