Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Batabata qar yağır – FOTOLAR

Noyabrın 2-də səhər saatlarından başlayaraq Naxçıvan Muxtar Respublikası ərazisində yağmurlu hava şəraiti hökm sürür. Səhər saatlarından başlayan yağış yüksək dağlıq və dağətəyi ərazilərdə öz yerini sulu qara və qara veribdir. Artıq Batabat ərazisinə qar yağmağa başlayıb. Nuhçıxan İnformasiya Agentliyinin əməkdaşı xəbər verir ki,  bu saatlarda  qar yağıntısı intensiv hala çevrilib.

Qeyd edək ki, havanın temperaturu dünəndən etibarən kəskin aşağı düşüb. Hazırda Naxçıvan şəhərində havanın temperaturu 3-8 °-dir.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …