Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »İraqda xaos: PKK fürsətdən istifadə edir – Türkman lider
İraq gündən-günə xaosa sürüklənir. Bu sözləri İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi deyib. Onun sözlərinə görə, Əbdülmehdi istefaya getməsə, daha ağır nəticələr ola bilər: “Kürd qüvvələr xaosdan istifadə edərək yenidən öz sərhədlərini genişləndirməyə çalışır. Bu, məmləkətimiz və türkmanlar üçün böyük bir təhdiddir”. Qeyd edək ki, İraqda etiraz aksiyaları 1 oktyabrdan başlayıb. İddialara görə, hökumət qüvvələri ilə toqquşmalar nəticəsində 82 nəfər …
Read More »Mitinqlər olmazsa, Əli Kərimli də olmaz…
19 oktyabr “şou”su o qədər güclü eyforiyaya səbəb olub ki… ƏLİSAHİB HÜSEYNOV /DADP sədri/ Bəli, bu adam nə özünü, nədə ki bizləri çox gözlətmədi, 19 oktyabr icazəsiz mitinq cəhdinin söz-söhbəti hələ səngiməmiş, yeni mitinqin təyin edildiyini bəyan etdi. Söhbət radikal müxalifətin “əbədi lideri” Əli Kərimlidən gedir. 19 oktyabr “şou”su Əli Kərimlidə o qədər güclü eyforiyaya səbəb olub ki, adam adrenalini …
Read More »Azərbaycanın üzən, qaçan, uçan deputatları…
Son hadisələr bir daha sübut etdi ki, bir çaya iki dəfə baş vurmaq olmur. Heraklit bunu eramızdan əvvəl 554-483 illərdə deyib. Dəqiq hansı ildə deyib, bu, tarixə məlum deyil. Tarixə məlum olan isə odur ki, “məclisdən üzü sulu” getmək lazımdır. Çünki hər şey dəyişir və təzələnir. Zaman isə keçir. İstefa ərizələrini Cənab Prezidentə təqdim edən yüksəkçinli məmurlardan sonra ağsaqqallar arasında …
Read More »Güləşçimiz dünya çempionu oldu
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycan idmançısı Turan Bayramov finalda Yaponiya güləşçisinə 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Azərbaycan Güləş Federasiyası xəbər verir ki, mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov ilk görüşdə kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala adlayıb. Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. T.Bayramov ilk …
Read More »Kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi mövzusunda tədbir keçirilib
Boyukmillet.com xəbər verir ki, oktyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən muxtar respublikanın kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi mövzusunda tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Təhminə Babayeva muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının 2019-cu ilin ötən dövründəki fəaliyyəti …
Read More »Amaşov Aslan İsmayılovu reket jurnalistlərlə müqayisə etdi – YAZI
Buna görə heç vaxt dediklərinə reaksiya verməmişəm. “İt hürər, karvan keçər” deyimi köməyimə çatıb Hər insanın uşaqlığında gələcək xarakterinin formalaşmasına təsir göstərən müəyyən həyat epizodu olur. Məndə də olub. Məktəblikən möhkəm dalaşmışdım. Hadisə böyük səs-küy doğurmuşdu. Yadımdan çıxmaz, özümə bəraət qazandırmaq istəyirdim ki, rəhmətlik babam dilləndi: yoldan keçəndə çəpərdən çıxan it sənə hürsə, sən də ona hürəcəksənmi?! Təəccüblə “yox” dedim. …
Read More »Ağacan Abiyev: “Qaçıram, duş qəbul edib, oluram cavan oğlan”
Deputat Ağacan Abiyev həmkarı Arif Rəhimzadənin “50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram, niyə deputat olmayım ki?” açıqlamasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Abiyev “Ölkə.Az”-ın əməkdaşı ilə söhbətində bildirib ki, fiziki hazırlığın yaşla əlaqəsi yoxdur: “Fiziki hazırlığın yaşla məncə, əlaqəsi yoxdur, bir növ adət etməkdən asılıdır. Əgər cavanlıqdan məşq edibsə, bu, ona çox kömək olacaq. Praktiki məşğul olmaq lazımdır. …
Read More »Daha bir Bakı məktəbində qalmaqallı səsyazısı: “20 manat nə olan şeydir ki, onu vermək istəmirsiniz?”- AUDİO
Daha bir məktəblə bağlı qalmaqallı səsyazısı yayılıb. Söhbət Nərimanov rayonu, M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdən gedir. Boyukmillet.com bildirir ki, Cebhe.info-ya daxil olan səsyazmadan aydın olur ki, dil-ədəbiyyat müəllimi və sinif rəhbəri olan Toyzu Mustafayeva valideynlərdən pul tələb edir. Müəllim valideynlərlə təmas qurduğu “votsap” qrupuna səsli mesaj göndərərək, fond, süpürgə, jurnal, təmir və s. üçün pul istəyib. Hətta şagirdləri …
Read More »Prezidentdən keçmiş nazirlə bağlı – Sərəncam
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Heydər Əsədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com sərəncamın mətnini təqdim edir: Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilsin. Qeyd edək ki, H.Əsədov Azərbaycanın keçmiş kənd təsərrüfatı naziridir. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
