Çərşənbə axşamı , 15 Sentyabr 2026

Dünya

Əcəmi yadigarı olan türbə yenidən bərpa edilir – VİDEO

Orta çağ Naxçıvan memarlıq məktəbinin yetirməsi olan Əcəmi Naxçıvaninin yadigar qoyduğu abidələr Naxçıvan üçün təkcə gözəllik nümunələri deyil. Bu abidələr həm də xalqımızın qurub yaratmaq eşqinin, istedadının təcəssümüdür. Bu günə qədər Naxçıvan şəhərində qorunub saxlanan və Əcəmi yaradıcılığının  incisi sayılan Yusif Küseyroğlu türbəsi yenidən bərpa olunur. Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı reportaj hazırlayıblar.

Read More »

“SAXTA SƏNƏDLƏŞMƏ, ÇİRKLİ PULLARIN YUYULMASI…” – “Biznesmen-məmurlar “Azərpoçt”dan istifadə edirlər…”

Ötən ilin aprel ayında “Azərpoçt” MMC-nin rəhbərliyində edilən dəyişiklikdən sonra bu qurumun ətrafında baş verən neqativ hallarla bağlı çoxsaylı şikayətlər eşidilməyə başlandı. Son iş yeri 2015-2018-ci illərdə qalmaqallı Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə filialında idarə heyətinin sədri vəzifəsi olan Emin Əfəndiyevin adı “Azərpoçt”a baş direktor təyin ediləndən sonra kütləvi ixtisarlar, çoxlu sayda insanın işsiz qoyulmasından tutmuş iş yerlərinin, ştatların …

Read More »

Rayon başçısının kafedə yeyib-içəndən sonra avtomat çıxaran oğlu Qarabağı niyə yada salıb?

Xəbər verildiyi kimi ötən gün Rusiyanın Krasnodar vilayətində, Belaya Qlina kəndindəki kafelərdən birinin qarşısında “Kalaşnikov” avtomatından havaya atəş açan iki nəfərin görüntüsü yayılıb. Daha sonra onlardan birinin Beloqlinsk rayonunun bələdiyyə başçısı Aleksandr Koklinin eyni adlı oğlu olduğu məlum olub. Maraqlıdır ki, o, “Kalaşnikov”dan atəş açarkən “Qarabağda belə atırlar” deyib. Videoçəkiliş aparan şəxs isə kadr arxasından “bəlkə sizə qumbaraatan verək?” deyib. …

Read More »

Bakıda poliklinikada FACİƏ: 6 yaşlı uşaq öldü

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 6 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib. “Report”a istinadən xəbər verir ki,  2013-cü il təvəllüdlü Ayan Şahbazlı vəfat edib. Uşaq şəkərli diabet xəstəsi imiş. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Məşhur kriminal avtoritet “Bülbülə Tahir” Türkiyədə niyə dünyasını dəyişdi ?

Kriminal aləmin tanınmış simalarından olan – İbrahimov Tahir Abbas oğlu dünən gecə saatlarında Türkiyədə dünyasını dəyişib. “Bülbülə Tahir” ləqəbi ilə tanınan şəxsin yaxın qohumları Azinforum.az-a bildiriblər ki, mərhum qəfil ürəktutmasından dünyasını dəyişib. Kriminal avtoritetin nəşinin bu gün Bakıya gətiriləcəyi gözlənilir. “Bülbülə Tahir” kriminal aləmdə çox nüfuzlu şəxslərdən olduğu üçün, onun yasında dünyanın bir çox ölkələrindən olan kriminal avtoritetlərin iştirakı gözlənilir.

Read More »

Əlil Təşkilatları İttifaqının prezidenti: “Əlilliyi əldə bayraq tutaraq bu kimi hərəkətlərin edilməsi yaxşı hal deyil”

“Özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərini pisləyirik”. “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli deyib. O vurğulayıb ki, narazılıq varsa, bu qanuni yolla həll edilməlidir: “Əlillik və ya hər hansı digər sosial vəziyyət qanun pozuntusu zamanı üstünlük gətirmir. Hansısa addan və nədənsə istifadə edib kiməsə xəsarət yetirmək düzgün deyil. …

Read More »

Əliməmməd Nuriyev “Bank of Baku”-nu yıxıb -sürüdü: “Tam özbaşınalıqdır” – VİDEO

27 sentyabr 2019-cu ll tarixdə Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev Azərbaycan Açıq Hökumət Platformasının Feysbuk səhifəsində yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının hazırlanması prosesi, nəzərdə tutulan tədbirlər, vətəndaş cəmiyyətinin və vətəndaşların bu prosesdə iştirakı imkanları barədə canlı yayımda sualları cavablandırıb.Canlı yayım vaxtı “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov fərdi sahibkar kimi ABŞ-ın Azərbaycandakı Səfirliyi …

Read More »

Əflatun Amaşov: “Azərbaycanda diffamasiya dekriminallaşsın!”

“İstərdim ki, Azərbaycanda diffamasiya dekriminallaşsın. Təbii ki, bu, əsasən ayrıca qanunun qəbulu ilə mümkün ola bilər. Belə bir qanun yanlız təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılmasını nəzərdə tutmur. Əgər diffamasiya qanunu olacaqsa, biz tamamilə yeni məsuliyyət mühitinə qədəm qoymuş olacağıq. Təbii ki, məsuliyyət artacaq”.Bunu Milli Məclisin plenar iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O qeyd edib …

Read More »

Azay Quliyev “Sosial sifarişlər haqqında” qanun layihəsini müzakirə etməyə ÇAĞIRDI

“Bizə təqdim olunan Milli Məclisin qanunuvericilik işləri planı çox maraqlı və məzmunludur. Çox maraqlı və əhəmiyyətli layihələr haqqında təşəbbüslər var. Bu siyahıda olan bir neçəsini ayrıca vurğulamaq istəyirəm. Bunlardan birincisi keçən dəfə müzakirəyə çıxardığımız “Peşə birlikləri haqqında” qanun layihəsidir. Hesab edirəm ki, bu dəfə də biz “Sosial sifarişlər haqqında” qanun layihəsi məsələsinə daha ciddi yanaşmalı və önəm verməliyik”. Bunu Milli …

Read More »