Şənbə , 20 Aprel 2024
Drone Cameras

Naxçıvan şəhərində yeni park yaradıldı – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 7-də Naxçıvan şəhərində “Sahil Parkı”nın yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir: 

“Naxçıvan Muxtar Respublikasında həyata keçirilən yenidənqurma və abadlıq tədbirləri Naxçıvan şəhərinin simasını dəyişmiş, şəhərsalma mədəniyyəti tarixilik və müasirlik ənənələri əsasında inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. İstirahət və xidmət sahələrinin fəaliyyətinin yaxşılaşdırılması əhalinin asudə vaxtının səmərəli təşkilinə şərait yaratmışdır.

Naxçıvan şəhərində ətraf mühitin mühafizəsi və əhalinin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi məqsədiləNaxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan şəhərinin Naxçıvançay sahilində 20,6 hektar ərazini əhatə edən “Sahil Parkı” yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …