Cümə , 27 Fevral 2026

Dünya

XIX əsrə qədər ermənilər xalq kimi mövcud olmayıb – Fotofakt

Ukraynalı tədqiqatçı, tarixçi, məşhur erməni əsilli bloger Filipp Ekozyants etibarlı mənbələrə əsasən “erməni” etnoniminin kökləri ilə bağlı apardığı araşdırma haqda yeni bir video paylaşıb. Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, tarixçi bir neçə gün bundan əvvəl öz sosial şəbəkə hesabında paylaşdığı materialda yalnız dini icma və qrupların erməni adlandırıldığını qeyd edib. “Məndən sözügedən paylaşımıma sübut gətirməyimi istədilər. Məhz bu səbəbdən mən XVII …

Read More »

Pakistanla müharibə başlasa… – Hindistandan şok etiraf

Hindistanla Pakistan arasında mübahisəli Kəşmir bölgəsində baş verən insident iki nüvə gücünün hərbi potensialına dair müzakirələrə səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb. Nəşrin yazdıqlarına görə, Hindistan hökuməti müharibə başlayacağı halda cəmi 10 gün bəs edəcək sursata sahib olduğunu açıqlayıb. Hindistan Məclisinin Daimi Müdafiə Komitəsinin üzvü Qaurav Qoqoy ölkənin hərbi təchizatının 68 faizinin köhnə olduğunu …

Read More »

Xalq şairi Sabir Rüstəmxanlının yeni kitabı işıq üzü görüb – FOTO

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlının yeni kitabı nəşr olunub. Boyukmillet.com xəbər verir ki, yeni çapdan çıxan “Özümüzdən böyük Sözümüz” adlı kitabda müəllifin ədəbi düşüncələri əks olunub. Eyni zamanda, kitabda S.Rüstəmxanlının Azərbaycan dili, ədəbiyyatı, və cəmiyyəti haqqında fikirləri, görkəmli sənətkarlarla bağlı portret-oçerkləri də yer alıb. Qeyd edək ki, “Özümüzdən böyük Sözümüz” adlı kitab “Qanun” nəşriyyatında çap olunub.

Read More »

Azərbaycan Ermənistanın regionda bütün qaz təminatı manevrlərini bağlayıb

Xarici siyasətdə, o cümlədən də iqtisadi münasibətlərdə böyük problem yaşayan Ermənistan hazırda enerjiyə olan tələblərinin ödənilməsində də getdikcə daha böyük problemlər yaşayır. Xüsusən də Rusiyanın bu ilin əvvəlindən etibarən Ermənistana satdığı qazın qiymətini artırması Ermənistanda ciddi problemlərə rəvac verib. Yaranmış vəziyyətdə İrəvan qaza olan tələbini İran vasitəsilə ödəməyə çalışsa da, bu xüsusda da ciddi problemlər müşahidə olunur. Erməni ekspertlər özləri belə …

Read More »

Prezident İlham Əliyev Rasim Balayevə zəng vurdu: “Məndən soruşdu ki…”

Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb.Bu barədə “Ölkə.Az”a Rasim Balayev özü məlumat verib. “Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bidirdim. Bildirdi ki, bu il kino sahəsinə 5 milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki,  görüşdə iştirak etsəydin, …

Read More »

Nazir Rasim Balayevin prezidentlə görüşə çağırılmaması haqda: “Üzr istəyirəm”

“Mən Rasim Balayevə çox yaxşı münasibət bəsləyirəm. Hesab edirəm ki, biz kifayət qədər dost münasibətində olmuşuq”. Bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycanda 270-dən çox xalq artistləri, 1300-dən çox əməkdar incəsənət xadimləri var. “Onların hamısını bir yerə toplasaq Heydər Əliyev sarayında da yerləşdirmək olmazdı. Həmçinin orada açıq söhbət aparmağa imkan olmayacaqdı. Gələn dəfə digər …

Read More »

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə konsert olub

  Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası kollektivlərinin konserti olub. Boyukmillet.com xəbər verir ki, xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpus nümayəndələri, deputatlar, ölkəmizin incəsənət xadimləri və ictimaiyyət nümayəndələri konsertdə iştirak ediblər.Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək deyib ki, ötən 95 …

Read More »

İş icraçıları “Xırdalan Xəz”i təmir etdirən sahibkar Akif Rəhimovu məhkəməyə verdilər: “Pulumuzu ala bilmirik…” – FOTO

  Bir qrup sahibkar “Xırdalan Xəz” ASC-nin əsas rəhbərlərindən olan və həmin zavodda aparılan kompleks təmir-tikinti işlərinə rəhbərlik etmiş Rəhimov Akif Şəmiddin oğluna qarşı  məhkəmə iddası qaldırıb. İş hazırda Abşeron Rayon Məhkəməsinin  hakimi Elman Məmmədovun icraatındadır. Məhkəmənin son iclası mart ayının 1-də olub. Növbəti məhkəmə prosesi isə martın 14-ü saat 11.10-na təyin edilib. Məhkəmədə iddia qaldıran şikayətçilər Azinforum.az İnformasiya Portalına …

Read More »

Abbazsadə – Vartanyan – Geyikyan – Əylisli – Azər Həsrət yazır..

https://www.facebook.com/groups/1110444829106515/   Gördünüz, yenə də necə sinxron işlədilər? Azərbaycan vətəndaşı, Rusiyada gizlənib ermənilərlə açıq işbirliyində olan, guya Azərbaycanda sıxışdırıldığını iddia edən Fəxrəddin Abbaszadə əməllərinə görə saxlanıldı. Əslində, dünyanın diqqətini cəlb edəcək heç nə yox idi burada. Bu adam öz ölkəsinə qarşı xəyanət yolu tutmuş, Azərbaycanı parçalamaq, xalqımızı milli-etnik mənsubiyyətinə görə bölmək üçün çalışırdı. Özü də bu əməlini ermənilərlə açıq işbirliyi …

Read More »

Polşada MiQ-29 qırıcısı qəzaya uğrayıb

Polşa Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb. Boyukmillet.com RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Respublika Silahlı Qüvvələrinin Baş Komandanlığının nümayəndəsi Marek Pavlak jurnalistlərə bildirib. Onun sözlərinə görə, qəzaya uğrayan MiQ-29 döyüş təyyarəsinin pilotu xilas olub, xəstəxanaya aparılıb: “Pilot xilasetmə xidməti əməmkdaşları tərəfindən tapılıb, ümumiyyətlə, yaxşı vəziyyətdədir və xəstəxanaya aparılıb”. Baç Komandanlığın nümayəndəsi deyib ki, təyyarə 

Read More »