Çərşənbə axşamı , 15 Sentyabr 2026

Dünya

“Bizi yola verməyin, evdə balalarımız ağlayır” – “Diqlas”da malları yanan sahibkarlar

Nizami rayon icra hakimiyyətinin rəsmi şəxsləri “Diqlas” TM-də malları yanan sahibkarları qəbul edir. Hazırda İcra Hakimiyyətinin qarşısında yüzlərlə sahibkar var. Sahibkarlar icra hakimiyyətinin binasında rəsmi şəxslər tərəfindən qəbul ediləcək və şikayətləri dinləniləcək. Hazırda icra hakimiyyətinin akt zalında yüzlərlə sahibkar var.

Read More »

Ermənistan XİN-in yeni Qarabağ təxribatı – qondarma “DQR”in tanınmasından danışırlar…

Elşən Mustafayev: “Bu cür pozucu bəyanatlarla bağlı beynəlxalq qurumlar və münaqişənin həlli ilə bağlı vasitəçi öhdəliyi olan ölkələr kəskin mövqe ortaya qoymalıdırlar” Ermənistan xarici işlər nazirinin müavini Avet Adonç yenə öz ölkəsinin ruhuna uyğun olan məsuliyyətsiz bəyanat verib. Erməni KİV-ləri bildirir ki, yeni seçilən parlamentin komissiyalarından birinin iclasında deputat Tiqran Urixanyanın sualına cavabında o bildirib ki,  Dağlıq Qarabağın müstəqilliyinin tanınması …

Read More »

Vətəndaşın təhlükəyə atılaraq yanğını söndürməsi yolverilməzdir – VİDEO

  Bu gün Bakıdakı “Diqlas” ticarət mərkəzində baş verən yanğın zamanı yayılan videolardan biri ciddi müzakirə mövzusuna çevrilib. Görüntülərdə ticarət mərkəzinin ikinci mərtəbəsində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürəni ilə yanaşı mülki geyimli şəxslərin də olduğu əks olunub. Maraqlı məqam isə ondan ibarətdir ki, mülki geyimli şəxslər yüksək təzyiqli yanğın şlanqını yanğınsöndürənin əlindən alır və yanğını özləri söndürməyə çalışırlar. Həmin şəxslərin ticarət mərkəzində …

Read More »

Elmədddin Behbud QHT Şurasının tətbiq etdiyi yenilikləri açıqladı

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud QHT Şurasının tətbiq etdiyi yenilikləri açıqlayıb. O bildirib ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2019-cu il birinci qrant müsabiqəsinin nəticələrini 18 martda elan edib: “Qalib olan bütün QHT-ləri bu münasibətlə təbrik edirəm. Birinci qrant müsabiqəsində qalib gəlməyən QHT-lər isə Şuranın …

Read More »

Əliyev və Paşinyan martın 29-da Vyanada görüşəcəklər

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ nizamlanması üzrə görüşü martın 29-da Vyanada olacaq. Bunu “İnterfaks Azərbaycan” agentliyinə Avstriya paytaxtındakı diplomatik mənbədən bildiriblər. “Görüş 29 martda Vyanada olacaq və ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçəcək”, – agentliyin həmsöhbəti qeyd edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 14-də bildirmişdi ki, Bakı və Yerevan Azərbaycan Prezidenti …

Read More »

Azərbaycan təhlükəsizlik orqanlarının 100 ili – VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx hazırlanıb.  Belə ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb.  Daha sonra Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti 1919-cu il iyun ayının 11-də Dövlət Müdafiə Komitəsi yanında xüsusi xidmət orqanı olan – Əks-inqilabla Mübarizə Təşkilatının yaradılması barədə qərar …

Read More »

Azinforum.az İnformasiya Portalı 5 yaşına çatdı

2014-ci ildə fəaliyyətə başlayan Azinforum.az saytı bu gün 5 yaşını tamamlayır. Bu müddət ərzində saytımız heç də hamar olmayan yolları qət edə bilib. Dəfələrlə məhkəmələrə verilsək də, hamısından qalib ayrılmışıq. İnformasiya Portalı 2018-ci ildə Mətbuat Şurasına üzv qəbul edilib. Bəzi texniki xətaları nəzərə almasaq, bu beş il ərzində sayt bir gün də olsun fəaliyyətini dayandırmayıb. Hər halda, özümüz-özümüzü tərifləsək yaxşı …

Read More »

Azərbaycan hərbçiləri Pakistanda paradda ayaqda alqışlandı – Qürurlu görüntülər + Video

Bu gün İslamabad şəhrində Pakistan Silahlı Qüvvələrinin hərbi paradı keçirilib. Paradda Pakistan Ordusunun bölmələri ilə yanaşı Azərbaycan Ordusunun bir piyada bölməsi ayrıca kalonla, Azərbaycan bayrağını tribuna önündən keçib. Azərbaycan Ordusunun hərbçiləri tribuna önündən keçərkən Pakistan dövlət rəhbərliyi ayağa qalxaraq heyəti salamlayıb. Paradın aparıcısı Azərbaycan dilində “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan-Pakistan dostluğu!” ifadələri ilə ordumuzun hərbçilərini təqdim edib. Müdafiə naziri Zaki Həsənov …

Read More »

Ərdoğan od püskürdü: “Əsla izn verməyəcəyik, oradakı türkmən qardaşlarımız…”

ABŞ Prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı açıqlaması bölgədə yeni böhranının əsasını qoydu. Boyukmillet.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısında çıxışı zamanı deyib. O, sözünə belə davam edib: “Bu ərazi 1967-ci ildən İsrailin işğalı altındadır. Bununla təkcə ərəblər yox, türkmənlər də oradan köçməyə məcbur olub. Belə bir həssas …

Read More »