Cümə , 27 Fevral 2026

Dünya

Fransada iğtişaşçılar brend dükanları taladılar – “Dior” 1 milyon zərərdədir

Fransada davam edən etiraz aksiyalarında 3 nəfər ölüb. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, Fransa polisi ötən həftə sonu paytaxtda iğtişaşlar törədən 378 nəfəri saxlayıb. Onlardan 200-ü bu gün və sabah məhkəmə qarşısına çıxarılacaq. Saxlanılanlardan bəzilərini yeddi ilə qədər həbs cəzası gözləyir. Prezident Emmanuel Makron da iğtişaş törədən bütün iştirakçıların məhkəməyə çıxarılacağına söz verib. “Sarı jiletlilər” adı altında hərəkatlanan nümayişçilər …

Read More »

Vasif Talıbov nazir müavini təyin etdi – Sərəncam

Naxçıvan Muxtar Respublikası (MR) əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. Boyukmillet.com-un məlumatına görə, bununla əlaqədar Naxçıvan MRAli Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Nicat Babayev Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Read More »

Millət vəkilindən Aslan İsmayılova ağır sözlər: “Bu, hüququn və insanlığın ən aşağı nöqtəsidir”

Adil Əliyev: “Parlament seçkisi arxada qalıb, sən mənə 3 dəfə məğlub olmusan; bunu bizim dairədə və ölkədə bilməyən yoxdur; Sən isə məktəb direktoru ilə idmançı arasındakı qovğanı da gətirib ikimizin arasındakı seçki yarışına dürtürsən” Azərbaycanda böyük işlər görülür, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkənin sənaye inkişafı, sosial problemlərin həlli üçün müxtəlif proqramlar reallaşdırırlar. Yeni müəssisələr tikilir, …

Read More »

Eldar Mahmudovun ifadəsi yayıldı – 30 milyon ölkədən çıxarılıb

Eldar Mahmudovun şəriki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılan Sahib Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hakim Samir Əliyevin sədrlik etdiyi prosesin qapalı keçirilməsinə qərar verilib. Bildirək ki, bu iş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir. Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində cinayət işinin əsas diqqət çəkən məqamı …

Read More »

Hava ilə bağlı xəbərdarlıq: sabah güclü yağış yağacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.   Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.   …

Read More »

Saakaşvili gürcü xalqına müraciət etdi: “Nə zaman çağırsanız, gələcəyəm”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili prezident seçkilərinin yekunlarına etiraz edərək Tiflisdə keçirilən aksiya iştirakçılarına müraciət edib. Saakaşvili “Güc birlikdədir” birləşmiş müxalifətin tələblərini dəstəkləmək barədə çağırış edib. Boyukmillet.com xəbər veir ki, Gürcüstanın birləşmiş müxalifət qüvvələri 28 noyabrda ölkədə keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadıqlarını bəyan edərək, etiraz aksiyaları keçirir. Müxalifət hakimiyyətdən təcili olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Etiraz aksiyasını …

Read More »

Azərbaycanda 9 kredit ittifaqının lisenziyası ləğv olunub – EKSKLÜZİV

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 9 kredit ittifaqının lisenziyası ləğv olunub. “Report” xəbər verir ki, bunlar Şərur rayonundakı “Cavid”, Beyləqan rayonundakı “Ekonom” və “Şahsevən”, Bərdə rayonundakı “Fermer-Marketinq”, Şəki şəhərindəki “Göyçə” və “Nicat”, Bakı şəhərindəki “M.F.”, İmişli rayonundakı “Mirqasım” və Salyan rayonundakı “Üç qardaş” kredit ittifaqlarıdır. Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 70-dən 61-ə …

Read More »

Maksim Medvedev: “Bundan da çətin qrupa düşə bilərdik” – MÜSAHİBƏ

Azərbaycan milli komandasının futbolçusu, vitse-kapitan Maksim Medvedevin 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü ilə əlaqədar “Report”a müsahibəsi… – AVRO-2020-nin seçmə mərhələsinin püşkatması nəticəsində düşdüyünüz qrupu necə dəyərləndirirsiniz? – Normal qrupa düşmüşük. Bundan da çətin qrupa düşə bilərdik. Bütün komandalarla sonadək mübarizə aparmalı və onlara çətinlik yaratmağa çalışmalıyıq. Qrupun autsayderi olmadığımızı sübut etməliyik. Yaxşı oyun nümayiş etdirməli və güclü rəqiblərlə …

Read More »

“Azadlığa çıxsam İlhamla Fərizənin məzarı başında “Yasin” oxuyacam” – Fədayə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar – “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçmasına görə təqsirləndirilənlərin məhkəməsi keçirilib.  “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə təqsirləndirilən şəxslər son söz deyib. Fədayə Laçın son sözündə əməlindən peşman olduğunu bildirib: “İstəyirəm hər kəsi inandırım ki, mən bu əməli həqiqətən bilmədən etmişəm. Həyatda çox talehsiz bir …

Read More »

Bu ilin 10 ayında Azərbaycan 1,4 mlrd. dollarlıq qeyri-neft məhsulu ixrac edib

2018-ci ilin yanvar-oktyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 351 milyon ABŞ dolları təşkil edib. “Report” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin noyabr sayına istinadən xəbər verir ki, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 132 milyon ABŞ dolları və ya 11% artıb. Cari ilin 10 ayı ərzində Rusiyaya 467,1 milyon, Türkiyəyə 293,8 milyon, İsveçrəyə 114,4 milyon Gürcüstana 106,5 milyon və Qazaxıstana 38,4 milyon …

Read More »