İnterpress.az xəbər verir ki, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib. “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Cuma Əhmədzadə burada yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, Qax şəhərindən 8,5 kilometr məsafədə yerləşən mehmanxana, İlisu kəndində ümumi sahəsi 3,3 hektar olan “Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilib. Kompleksin tikinti sahəsi 2100 kvadratmetrdir. Yüz yerlik, üçmərtəbəli mehmanxana binasında müxtəlif …
Read More »Zəngilanın işğalından 25 il ötür
Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il ötür. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb. Əks təqdirdə ikinci bir …
Read More »Yeni nüvə erası: Supergüclər üz-üzə
Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya arasında yaşanan gərginlik artır. Bugünlərdə ABŞ Rusiya ilə bütün ipləri qoparacaq daha bir qərar verib. Belə ki, ABŞ prezidenti Donald Tramp 1987-ci ildə Sovet İttifaqı ilə imzalanan, sonradan isə Rusiya ilə yenilənən “Orta və yaxın mənzilli raketlərlə bağlı” müqavilədən geri çəkiləcəklərini bəyan edib. Tramp bu qərarı Rusiyanın müqavilənin şərtlərinə əməl etməməsi ilə əlaqələndirib. Qeyd …
Read More »“Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov Türkiyədə yenidən saxlanıldı
Türkiyənin Miqrasiya xidməti Azərbaycanın məşhur kriminal avtoriteti Nadir Səlifovu (Lotu Quli) yenidən saxlayıb. Virtualaz.org Lotu Qulinin qohumlarına istinadən bildirir ki, saxlanılmanın səbəbi açıqlanmır. Ancaq etibarlı mənbələrin məlumatına görə, Türkiyə tərəfi kriminal avtoritetin deportasiyası imkanlarına baxır. Xatırladaq ki, Türkiyə məhkəməsi N.Səlifovun azad olunması haqda cəmisi bir neçə gün əvvəl qərar qəbul etmişdi… Son informasiyaya görə, N.Səlifov Bolqarıstanla sərhəddəki Miqrasiya xidmətinin izolyatorlarından …
Read More »Türkiyədə MHP-AKP ittifaqı başa çatdı
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə ittifaqın başa çatdığını bildirib. İnterpress.az-ın məlumatına görə, ittifaqın başa çatmasına səbəb amnistiya ilə bağlı partiyalar arasındakı fikir ayrılıqları olub. D.Bahçeli bildirib ki, MHP-nin məhbusların əfv olunması təklifinə “yuxarıdan aşağı baxan partiya” ilə ittifaqa ehtiyacı yoxdur. Onun sözlərinə görə, 2019-cu ildə baş tutacaq bələdiyyə seçkilərində MHP …
Read More »Ərdoğan İlham Əliyevə təşəkkür etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 19-da İzmirin Əliağa rayonunda açılışı baş tutan STAR Neft Emalı Zavoduna görə İlham Əliyevə təşəkkür edib. İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident bu barədə AKP-nin məclis qrup toplantısında danışıb. “İzmirdə açılışını Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə həyata keçirdiyimiz STAR NEZ-in xeyirli olmasını diləyirəm. Zavod ölkəmizin cari büdcə kəsirini azaltmaqda böyük dəstək olacaq. Belə …
Read More »“Azərbaycan bunu etsə, Paşinyan həyasızcasına Qarabağa helikopterlə gələ bilməyəcək” — Etibar Məmmədov
“Azərbaycan təcili şəkildə ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlarda məskunlaşdırmasının qarşısını almalıdır. Bunun üçün konkret addımlar atmaq lazımdır”. Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədov bildirib. E.Məmmədov deyib ki, Ermənistanı nəzarətsiz buraxmaq olmaz: “Bu gün Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaşayış məskənləri salır, infrastruktur qurur, qanunsuz məskunlaşma siyasəti həyata keçirir. Bunun qarşısı mütləq …
Read More »Rusiya və Avropa mediasında Naxçıvanla bağlı məqalə yerləşdirilib
NUHÇIXAN xəbər verir ki, Rusiyanın 123ru.net və Avropanın webnewswire.com xəbər saytlarında naxçıvanlı jurnalist Sara Əzimovanın fransız dilində “Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə müəllif əvvəlcə “Planetin cinayətsiz regionu”, “Nuh peyğəmbərin yurdu”, “Şərqə açılan qapı”, “Kiçik Avropa” adlarını özündə qürurla daşıyan Naxçıvan Muxtar Respublikası haqqında oxuculara məlumat verib. Yazıda Naxçıvan Muxtar Respublikasının ibtidai icma, antik, orta əsrlər və yeni …
Read More »Temperatur 10 dərəcə aşağı düşəcək – Leysan, qar gözlənilir
Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti daha bir məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki, oktyabrın 26-dan 27-si axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. …
Read More »Erməni oliqarxın məclisində Azərbaycan rəqsi – Buzova oynadı +Video
Rusiyanın məşhur pop ulduzu Olqa Buzova erməni oliqarx Boris Avakyanın xanımı Yuliya Avakyanın ad günündə iştirak edib. “Qafqazinfo” xəbər verir ki, aparıcılar Gera İvasçenko və Kseniya Borodina Olqanı səhnəyə dəvət ediblər. Onlar sənətçiyə “Erməni milli rəqs hərəkətlərini bilirsinizmi” deyə sual ünvanlayıblar. Elə bu zaman Buzova səsləndirilən musiqinin sədaları altında rəqs etməyə başlayıb. Erməni rəqsi kimi təqdim edilən həmin musiqi isə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar