Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Erməni oliqarxın məclisində Azərbaycan rəqsi – Buzova oynadı +Video

Rusiyanın məşhur pop ulduzu Olqa Buzova erməni oliqarx Boris Avakyanın xanımı Yuliya Avakyanın ad günündə iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, aparıcılar Gera İvasçenko və Kseniya Borodina Olqanı səhnəyə dəvət ediblər. Onlar sənətçiyə “Erməni milli rəqs hərəkətlərini bilirsinizmi” deyə sual ünvanlayıblar.

Elə bu zaman Buzova səsləndirilən musiqinin sədaları altında rəqs etməyə başlayıb. Erməni rəqsi kimi təqdim edilən həmin musiqi isə Azərbaycanın qədim oyun havası olan “Şalaxo” (Şələqoy) olub.

Qeyd edək ki, “Şalaxo”nun ritmi 6/8-lik dir. Bu rəqs azərbaycanlı bəstəkar Əfrasiyab Bədəlbəylinin «Qız qalası» (1940) baletində də yer alıb.

Mahnı Azərbaycanla yanaşı, Gürcüstanda da populyardır.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir