Çərşənbə , 1 Aprel 2026

Dünya

Aşura günündə qan verən 289 nəfərdə təhlükəli infeksiya aşkarlanıb – QİÇS, Hepatit B, Hepatit C

Aşura günü qan verən 1 nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanların infeksiyalara görə müayinəsi aparılıb. Aşura günü qan verən 5 min 539 nəfərin qanının yoxlanılması B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya …

Read More »

Xəzərdə nə qədər balıq tutmaq olar? – Kvota açıqlandı

Bu ilin yanvar ayından indiyə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili su hövzələrində 10 hüquqi və 126 fiziki şəxs üçün 1087 ton kilkə, 88,7 ton siyənək və 397,1 ton axçalı balıqların ovuna kvota ayrılıb və balıqovlama biletləri verilib. Boyukmillet.com-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Suğra İbrahimli deyib. Onun …

Read More »

Vyanada görkəmli yazıçı Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş anım tədbiri və film nümayişi keçirilib (FOTO)

Sentyabrın 28-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş anım tədbiri və film nümayişi keçirilib. “ADDIM” Gənclər Təşkilatından Trend-ə verilən məlumata görə, tədbiri açan Mərkəzin direktoru Leyla Qasımova XX əsrdə Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında əvəzsiz rol oynamış Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıb, bu il yazıçının 110 illik yubileyi münasibətilə …

Read More »

Zakir Qaralov korrupsiya ilə bağlı cinayət işlərindən danışdı

Ötən ilin 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramından sonrakı dövrdə 195 prokurorluq işçisi xidməti qaydada həvəsləndirilib, intizam məsuliyyətinə cəlb edilmiş 38 işçidən 25 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 6 nəfər vəzifədən azad edilib, 5 nəfər isə prokurorluq orqanlarından xaric olunub. Boyukmillet.com-in məlumatına görə, bunu Baş prokuror Zakir Qaralov deyib. O qeyd edib …

Read More »

İşləyən və işsizlər üçün icbari tibbi sığorta haqqı dəqiqləşdi

Sığorta paketinə 1806 növ tibbi xidmət daxildir Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə başlanması nəzərdə tutulur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanovun verdiyi məlumata görə, pilot rayonlarda qeydə alınan təcrübədən çıxış edərək, sığorta olunanlara təklif ediləcək tibbi xidmətlərin baza zərfinə bəzi dəyişikliklər ediləcək. Agentliyin KİV üçün təşkil etdiyi təlimdə çıxış …

Read More »

Özil Lövlə görüşməkdən imtina etdi

Arsenal-ın futbolçusu Məsut Özil Almaniya millisinin baş məşqçisi Yoahim Lövlə görüşməkdən imtina edib. Boyukmillet.com Britaniya mətbuatına istinadən xəbər verir ki, FİFA-nın tədbiri üçün Londona gedən 58 yaşlı mütəxəssis Almaniya millisindəki karyerasının başa vuran yarımmmüdafiəçi ilə danışmaq üçün İngiltərə klubunun bazasına gedib. Ancaq Özil Y.Lövlə görüşməkdən imtina edib. Qeyd edək ki, Özil şəxsi “Twitter” hesabından millidəki karyerasını başa vurduğunu açıqlamışdı. Arsenal-ın yarımmüdafiəçisi …

Read More »

Qurban Qurbanov məşhur məşqçiləri qabaqladı

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Goal.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla reytinq cədvəlində 461-ci sırada qərarlaşıb. “Neftçi”nin çalışdırıcısı Roberto Bordin isə Qurbanovu qabaqlayıb. Bordin 1116 xalla 447-cı sırada yer alıb. Qurbanov və Bordin PSJ-nin çalışdırıcı Tomas Tuxel, “Napoli”nin baş məşqçisi Karlo Ançelotti kimi mütəxəssisləri reytinq sıralamasında qabaqlayıb. Tuxel 477-ci, Ançelotti isə 481-ci pillədə …

Read More »

Bakının kanalizasiya sistemi yenə “boğuldu” – səbəblər

“Azərsu” ASC-yə ayrılan 8,6 milyardı “sel apardı”; qurum ona həvalə edilən milyardlarla manatı elə xərcləyib ki, hələ istismar müddəti bitən xətlərin yarısı belə təzələnməyib… Bir neçə gün əvvəl Bakıya yağan yarım saatlıq yağış yenidən paytaxtın bir sıra ərazilərində sellərin, gölməçələrin yaranmasına səbəb oldu. Xüsusilə şəhərin mərkəzi ərazilərində bu halın müşahidə olunması diqqətlərin yenidən paytaxtın yağış sularını ötürmə sisteminə cavabdeh olan …

Read More »

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə Azərbaycan xalqını təbrik edib. Azərbaycanın “Azerspace-2” peyki sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edib. Dövlət başçısı deyib: “-Əziz həmvətənlər. Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün “Azərspace 2” peykimiz orbitə çıxarıldı. Bu münasibətlə …

Read More »

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının yarışlarına baxır

Sentyabrın 26-da Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan idmançısı Uşanqi Kokauri finala yüksəlib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında dünya çempionatının yarımfinalına baxıblar. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri yarımfinalda Özbəkistan idmançısı Bekmurod Oltıboevə qalib gələrək finala …

Read More »