Çərşənbə axşamı , 20 May 2025
Drone Cameras

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının yarışlarına baxır

Sentyabrın 26-da Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan idmançısı Uşanqi Kokauri finala yüksəlib.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında dünya çempionatının yarımfinalına baxıblar.

Yüz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri yarımfinalda Özbəkistan idmançısı Bekmurod Oltıboevə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə cüdoçumuz gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşacaq.

Qeyd edək ki, 2016-cı ildə Avropa kubokunun qalibi olan Uşanqi Kokauri həmin il Kazanda keçirilən Avropa çempionatının bürünc medalını qazanıb.

İnterpress.az

Check Also

Əvəz Zeynallının səhhəti qəfildən pisləşdi – VİDEO

Həbsdən azad olunduqdan sonra müalicə üçün Türkiyə paytaxtına yollanan tanınmış jurnalist Əvəz Zeynallının səhhəti kəskin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir