Çərşənbə , 1 Aprel 2026

Dünya

Ölkə daxilində sürət və sərnişin qatarlarında gediş haqqı artırılır

27 iyul 2018-ci ildən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək. “Report” bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. Belə ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş …

Read More »

Türkiyə prezidenti: “Suriyanın Menbiç bölgəsində yeni bir mərhələyə başlayırıq”

“Fərat qaxlanı” və “Zeytun budağı” əməliyyatı nəticəsində 4 min kv km-ə yaxın ərazini suriyalı qardaşlarımız üçün təhlükəsiz bölgəyə çevirmişik”. “Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında bildirib. Dövlət başçısı vurğulayıb ki, Ankara terrorçuluğa qarşı mübarizəsini davam etdirəcək: “Bizim üçün kimin dediyi deyil, ölkəmizin nəyə ehtiyacı olması əhəmiyyətlidir. Təhlükəsizlik qüvvələrimizin bir …

Read More »

Çavuşoğlu: “Türkiyə İrana qarşı sanksiyalara qoşulmayacaq”

“Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq”. APA-nın Türkiyənin “Dünya” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Amerikadan heyət gəlmişdi. Biz onlara dedik ki, bu sanksiyaların tətbiqində iştirak etməyəcəyik. Biz rahat şərtlərlə neft alırıq. Sizin dediyinizi etməyəcəyik”, -deyə Çavuşoğlu qeyd edib. Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, İranın neft sektoruna qarşı …

Read More »

İstanbulda fırtına var, təyyarələr gecikmə ilə uçur – VİDEO

Hazırda qardaş Türkiyə ərazisində yağışlı və küləkli hava şəraiti hökm sürür. İstanbulda isə fırtına müşahidə olunmaqdadır. Musavat.com xəbər verir ki, bu səbəbdən hava limanlarında bəzi gecikmələr müşahidə olunur. Bakıdan iki saat gecikmə ilə Türkiyəyə uçan müxbirimiz Aygün Muradxanlı eniş zamanını videoya alıb. Buradan da görünür ki, İstanbulun üstünü sis duman və qatı buludlar örtüb. Aygün Muradxanlı deyib ki, pis hava şəraiti …

Read More »

Adnan Oktarın sonunu gətirəcək ŞOK ƏRDOĞAN DETALI: sən demə, çevrilişə cəhd günü o “kediciklərinə”…

İstanbul Respublika Prokurorluğunda özünü din xadimi kimi təqdim edən bir müddət əvvəl saxlanılan Adnan Oktarın 15 iyul hadisələrində (FETÖ-nün Türkiyədə çevrilişə cəhd etdiyi gün – red.) necə davranması ilə bağlı bəzi detalları açıqlayıb. A.Oktar həmin gecə “Tayyibi asarlar indi” deyib. A.Oktarla polis və prokurorluqdakı ifadələrinə əsasən hazırlanan məqalədə bildirilir ki, onlar 15 iyuldan sonra sürətli şəkildə çevrilişə qarşı olduqları ilə …

Read More »

Tanınmış professor Kamal Abdullayevin əllərini bağlayıb başına silah dirədilər – YENİ XƏBƏR

Tanınmış professor Kamal Abdullayevə qarşı quldurluqda təqsirləndirilən dəstə üzvləri – Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəməsi başa çatıb. Boyukmillet.com “lent.az”a istinadən xəbər verir ki, Bak Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Anar Əmirov 12 il 6 ay, Natiq Musayev 12 il 6 ay, Bəhruz Hacızadə …

Read More »

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, gəmilər Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku – 2018” beynəlxalq müsabiqəsində iştirak edəcək.

Read More »

XİN: “Bütün beynəlxalq ictimaiyyəti Azərbaycanın təqdim etdiyi digər fundamental hüquqi hesabatları nəzərə almağa çağırırıq”

“Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva MDB dövlətləri daxili işlər nazirləri şurasının üzvlərini qəbul edərkən əhatəli və əsaslı şəkildə ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi əməlləri qeyd edib. Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər əməllər haqqında hesabat və “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” kimi …

Read More »

Hüseyn Abdullayevlə gizli əlbir olan məmurlar vəzifələrdən qovulur – yeni gəlişmələr

Eks-deputat istintaqla əməkdaşlığa gedib; azadlığa çıxmaq üçün bütün gizli məlumatları, əlaqə xəritəsini paylaşır; Avropadakı əmlakını dövlətə qaytarmaq üçün bazarlıqlara başlayıb… Keçmiş deputat, hazırda həbsdə olan Hüseyn Abdullayevin həbsə 2-ci “gedişi” gözlənilməz olduğu kimi, özünün 4 divar arasındakı davranışları da heyrətamizdir. Hər halda, gələn məlumatlar, iddialar eks-deputatın “təki azadlığa buraxsınlar” istəyinin gerçəkləşməsi üçün nələrə hazır olduğunu ortaya qoyur. Əlbəttə ki, həbsə …

Read More »

Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan-Türkiyə Evi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxaq Media Forumu keçiriləcək. İnterpress.az xəbər verir ki, tədbirə Türkiyə, Avropa və Azərbaycandan millət vəkilləri, jurnalistlər, köşə yazarları və QHT sədrləri qatılacaq. Türkiyədən qırx nüfuzlu …

Read More »