Çərşənbə , 1 Aprel 2026

Dünya

Anar Xəlilov: Azərbaycan polisinə əl qaldıran cinayətkarlar layiqli cəzalarını alacaqlar

İyulun 10-da Gəncədə baş vermiş iğtişaşlar birmənalı olaraq cinayət hadisəsidir. Azərbaycan mükəmməl qanunvericilik bazası, Konstitusiyası olan dövlətdir. Buna görə də istənilən halda baş verən cinayət hadisəsi qanunun tələbi ilə araşdırılır və hüquqi qiymətini alır. Bu fikirləri Gəncədə törədilən iğtişaşlarla bağlı AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov …

Read More »

Hərbi yönümlü təşkilatlardan Gəncədəki iğtişaşları pisləyən BƏYANAT

Bir qrup hərbi yönümlü qeyri-hökumət təşkilatı (QHT) iyulun 10-da Gəncədə iki polis əməkdaşının şəhid olması ilə nəticələnən hadisə bağlı bəyanat verib. Lent.az-ın verdiyi xəbərə görə, bəyanatda ilk olaraq iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad xatırlanıb. Bildirilib ki, bu hərbi parad ordu quruculuğu sahəsində görülən işlərin hesabatı olmaqla yanaşı, …

Read More »

Yüz yaşlı güvənc və iftixar mənbəyimiz

Сümhuriyyətin dəyərli mirası olan səfərbərlik və hərbi xidmətə çağırış sistemimiz bir əsrə uğurla yekun vurur Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə keçirilərkən bir daha yəqin etdik ki, müstəqil dövlətçiliyimizin ən köklü tərkib hissələrindən biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış qurumudur.  Bu qurum yeni elan olunan Cümhuriyyətin vətənin müdafiəsi, ölkənin ərazi …

Read More »

“Hər bir şəxs sabitliyin müdafiəsində, milli müstəqilliyimizin keşiyində durmalıdır” – Samir Adıgözəlli

“Açıq-aşkar ölkəmizdə vətəndaş qarşıdurmasına, sabitliyin pozulmasına rəvac verən addımlar atılır. Heç şübhəsiz ki, bu məqsədyönlü hərəkətlər Azərbaycan əleyhinə bəzi dairələr tərəfindən idarə olunur”.  Bu sözləri Mia.az-a siyasi məsələlər üzrə ekspert Samir Adıgözəlli deyib.   O, açıqlamasında təəssüflənib ki, bəzi vətəndaşlarımız aldadılaraq bu qaranlıq dairələrin məqsədləri üçün istifadə edilir:    “Bu gün məmur özbaşınalığından danışan və ona qarşı sərt mövqeyini bildirən ən birinci cənab …

Read More »

“20 ekstremist Azərbaycana qayıdarkən saxlanılıb” – DTX

“Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aidiyyəti orqanlarla birgə ölkədə ekstremizm və radikallıq meyllərinin qarşısını almaq məqsədilə ardıcıl və sistemli iş aparır”.Azinforum.az  xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda deyib.Onun sözlərinə görə, DTX radikallıq mənbəyinə çevrilən qüvvələrlə mübarizənin açıq və gizlin metodlarının koordinasiyası, əməliyyat …

Read More »

“Xalq artistinin erməni mahnısına qol götürüb rəqs etməsi rüsvayçılıqdır” – Hərbi ekspertdən sərt mövqe

ARB telekanlında yayımlanan “Səhər-səhər” verilişində xalq artisti Brilliant Dadaşovanın bacısı İradə Dadaşovanın oğlu Cəlil Dadaşov ermənilərə məxsus mahnı ifa edib və verilişin qonağı olanlar isə həmin mahnıya oynayıblar.Sözügedən məsələ isə sosial mediada sərt tənqidlərlə qarşılanıb. İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Üzeyir Cəfərov üzünü xalq artistlərinə və həmin erməni mahnısına rəqs edən şəxslərə tutaraq onlara …

Read More »

Dövlət başçısı: “Türkiyə Qarabağ məsələsində daim Azərbaycana dəstək verir”

“Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycana dəstək verir”. APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.  Dövlət başçısı deyib ki, Ermənistan BMT qətnamələrinə əməl etməlidir, Azərbaycan əraziləri işğaldan azad edilməlidir: “Türkiyənin mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Azərbaycan da daim Türkiyəni dəstəkləyir”. …

Read More »

Ərdoğan: “Qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram”

“Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşım İlham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik”. APA-nın xəbərinə görə, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan AZƏRTAC-a və Azərbaycan Televiziyasına müsahibəsində deyib. R. T. Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan qardaşlıqlarını “bir millət, iki dövlət” anlayışı ilə bu günə qədər …

Read More »

Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdi – FOTOLAR,VİDEO

İyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib. AZƏRTAC xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi. Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin …

Read More »