Beynəlxalq Diaspor Mərkəzi (BDM) Ramazan bayramı münasibətilə Azərbaycan Uşaqlar Birliyinin Pre-İnteqrasiya Uşaq Mərkəzinin balaca sakinlərini ziyarət edib. Bu haqda məlumatı boyukmillet.com-a BDM-in departament rəhbəri Vidadi Nuriyev verib. O bildirib ki, bayram münasibətilə uşaqları təbrik edərək, onlara ərzaq və hədiyyələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib. boyukmillet.com
Read More »Səhənd dağının zirvəsində Azərbaycan bayrağı ucaldıldı – FOTO
Azərbaycanlı alpinistlər tərəfindən Təbriz şəhərinin cənub tərəfində yerləşən Səhənd dağının zirvəsində Azərbaycan bayrağı ucaldılıb. İnterpress.az-ın əldə etdiyi məlumata görə, Güney Azərbaycanda yaşayan azərbaycanlı alpinistlər Səhənd dağının zirvəsinə qalxıblar. Vulkan mənşəli Səhənd dağının zirvəsində Azərbaycan bayrağı dalğalandırılıb. Qeyd edək ki, dəniz səviyyəsindən 3700 m hündürlükdə yerləşən Səhənd dağı və qolları ilə birlikdə Təbriz şəhərini əhatə edir. Səhənd dağı öz əsrarəngiz gözəlliyi …
Read More »Türkiyə ordusu Menbicdə
İyunun 18-də Türkiyə ordusu hissələri Suriyanın şimalında kürdlərin nəzarətində olan Menbic rayonuna daxil olub. Yayılan ilk görüntülərdə Türkiyə ordusuna məxsus zirehli avtomobillərin bölgədə patrul gəzintisi apardığı görünür. Qeyd edək ki, Türkiyə və ABŞ arasında iyunun 4-də əldə olunmuş razılaşmaya əsasən Menbic 6 ay ərzində tədricən Türkiyə ordusunun nəzarətinə keçəcək, YPG silahlıları bölgədən çıxarılacaq. Bu anlaşma xarici işlər naziri Çavuşoğlu və …
Read More »Zorlandığı deyilən 13 yaşlı qızın atası danışdı: “Mən nə desəm, qızım onu edəcək”
Dünən sosial şəbəkələrdə Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı məlumat yayılıb. Məlumata görə, 7-ci sinif şagirdi məmurun qohumu tərəfindən zorlanıb, onun videosu çəkilib. Qız hazırda 4 aylıq hamilədir. AZXEBER.COM hadisəni araşdırmaq məqsədilə qızın atası Rasim Təhməzovla əlaqə saxlayıb. – Bir neçə gündür sosial şəbəkədə Lerik rayonunda “Azərişıq”-ın Lənkəran regionu üzrə rəis müavini Aydın Məmmədovun qardaşı oğlu, Elnur Məmmədovun qızınızı …
Read More »Elçibəy həftəsinə start verildi
İyunun 24-ü Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı ziyarət olunacaq “Elçibəy 80″ İctimai Təşkilat Komitəsinin təşəbbüsü ilə Elçibəy həftəsinə start verilib. Bu barədə komitənin sədr müavini, zamanında Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov məlumat verib. Onun sözlərinə görə, Təşkilat Komitəsinin planladığı əsas tədbir 22 iyun saat 10:30-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçiriləcək: “Təntənəli yığıncağa dəvətlilərdən başqa, hər kəsə giriş sərbəst olacaq. Tədbirin …
Read More »Gürcüstanın Azərbaycana dönüklüyünün pərdəarxası
Elçin Mirzəbəyli: “Rəsmi Tiflis bu addımları könüllü atmır” Gürcüstan Azərbaycana qarşı xəyanətkar mövqe sərgiləməkdə davam edir. Son günlərdə rəsmi Tiflisin ölkəmizi ciddi şəkildə narahat edən bir sıra addımlar atması narahatlıq yaratmaya bilmir. Marneuli rayonunun azərbaycanlı icra başçısı Temuz Abazovun saxlanılması və ardınca Gürcüstan Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanova qarşı cinayət işinin açılması Azərbaycana qarşı qonşu ölkənin əsl …
Read More »Sərdar Cəlaloğludan ona hücum edənlərə sərt cavab
Son günlərdə gündəmdə olan əsas şəxslərdən biri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. Prezident seçkiləri ərəfəsində irəli sürdüyü Azərbaycan-Türkiyə konfederasiyasının yaradılması təklifi partiya sədrini hədəf nöqtəsinə gətirib. Sabiq prezident Ayaz Mütəllibov, AMİP lideri Etibar Məmmədov, deputatlar Tahir Kərimli, Araz Əlizadə, Tahir Rzayev, Musa Musayevin konfederasiya təklifinə sərt mövqelərinin ardından son olaraq, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadəməsələyə …
Read More »“Rusiya Türkiyənin kosmik dövlətə çevrilməsinə kömək edə bilər” – Amur Hacıyev
Bir müddət əvvəl türkiyəli jurnalistlər Moskvada Yuri Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzində olublar. Mərkəzin əməkdaşları türkiyəli tələbələrin kosmonavtikaya böyük maraq göstərdiklərini bildiriblər. Məkanda jurnalistləri qarşılayan kosmonavt Sergey Revin isə Ankaranın istəyəcəyi təqdirdə Türkiyə üçün kosmonavt hazırlamağa, o cümlədən türk kosmonavtla kosmosa uçmağa hazır olduğunu deyib. Qeyd edək ki, Türkiyə tarixində ilk dəfə olaraq, Rusiyanın köməyi ilə AES tikilir. Tanınmış türkoloq, …
Read More »“Ordumuz döyüş əmrini yerinə yetirməyə tam hazırdır” – Zakir Həsənovdan mesaj + FOTOLAR
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib. APA-ın məlumatına görə, Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub. “Mexanikləşdirilmiş tağım hücumda” mövzusu üzrə məşğələnin keçirilmə planına uyğun olaraq, kursantlar tağım və manqa komandirləri rolunda çıxış edib, məşğələ zamanı yaradılmış taktiki …
Read More »Azərbaycanın Baş naziri Parisdə Fransa Prezidentinin diplomatik müşaviri ilə görüşüb
Parisə səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Fransa Prezidentinin diplomatik müşaviri Filip Etiyen ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdəki əlaqələr, eləcə də Dağlıq Qarabağ məsələsi, Azərbaycan-Aİ münasibətləri, həmçinin regional geosiyasi vəziyyət müzakirə edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyəti vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bildirilib. Qeyd edilib …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar