Çərşənbə , 1 Aprel 2026

Dünya

Şamaxının yeganə alim məktəb direktoru niyə və kimlərin əli ilə şantaj olunur?

Bir neçə gün əvvəl, sosial şəbəkələrdə edilən bir paylaşım diqqətimi çəkdi. Gördüm ki, orta məktəb müəlliməsi olan bir xanım filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görüldüyü diplomun alınması ilə bağlı sevincini izləyiciləri ilə bölüşüb. Müəllimənin adı mənə tanış gəldi. Araşdırdıqda məlum oldu ki, həmin xanım son bir neçə ay ərzində ardıcıl informasiya basqısına məruz qalan əyalət məktəblərindən birinin direktorudur. …

Read More »

Samir Adıgözəlli: “… insanları təhqir etdirməyin ilkin müəllifi Əli Kərimli olub”

“Bu da o anlama gəlir ki, dediyiniz kateqoriyaya aid olan müxalifət söyüş söyənlərlə eyni sırada durur” Samir Adıgözəlli: “Onların münasibəti belə olub ki, həmin adamlar fikirlərini ifadə etməklə bağlı məsələdə sərbəstdirlər” Bir müddətdir Azərbaycan ictimai rəyində sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edən bəzi mühacirlərin əməlləri müzakirə olunur. Söhbət indiyə qədər siyasi arenada olmayan, sonradan yaxşı, komfortlu həyat axtarışı üçün, müxtəlif …

Read More »

Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla görüşüb. “Report” xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırki durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub. Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. O, martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Read More »

Seçkidən sonra Məmmədyarov istefaya gedir – iddia

Prezidentliyə namizəd xarici işlər nazirini sərt tənqid etdi; son illər “DQR”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti XİN-in “dişsiz siyasətinin” nəticəsi hesab olunur 11 aprel prezident seçkisi yaxınlaşdıqca, mediada ən çox müzakirə edilən məsələlərdən biri də yeni formalaşacaq komanda ilə bağlıdır. Belə iddialar var ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq 7 illik  hakimiyyətin başlanğıcında bir sıra …

Read More »

Deputat Azay Quliyev seçiciləri ilə görüşdü

Milli Məclisin deputatı Azay Quliyev bu gün YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib. Deputat seçicilərini ayrılıqda dinləyərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən məşğulluq, mənzil-kommunal, hüquq, təhsil, əfv, əmlak məsələləri və digər mövzuları əhatə edib. Azay Quliyev seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını və onların həlli üçün müvafiq addımlar atacağını qeyd edib. Deputat görüşdə vurğulayıb …

Read More »

Söyüşü silah kimi vətənə və dövlətə tuşlayanları qınayaq!

Emin HƏSƏNLİQHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq  “…Bu və ya digər yad təsirlər, şəxsi və ya siyasi uğursuzluqlar üzündən yaranmış hər hansı kin-küdurət hissi azərbaycanlıların öz dövlətinə düşmən kəsilməsi üçün səbəb ola bilməz… Unutmaq olmaz ki, biz azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var. Siyasi mübarizəni də həmin çərçivədə, cəmiyyətimizə, vətəndaşlarımıza utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi dəyərlərimizə uyğun …

Read More »

Azərbaycanlı müğənninin bu mahnısı İranı bir-birinə qatdı – VİDEO

Təbrizdə yaşayan müğənni Əli Pormehrin 2016-ci ildə İranın Germi şəhərində ifa etdiyi mahnı yenidən səs-küyə səbəb olub. Əslən azərbaycanlı olan Ə.Pormehri Gərmidə baş tutan konsertində ifa etdiyi mahnılarla Güneydə yaşayan soydaşlarımız tərəfindən sevilir. Müğənninin Cənubi və Şimali Azərbaycandan bəhs edən “Salam yetir” mahnısı soydaşlarımız arasında dillər əzbərinə çevrilib. Ancaq türk dilində mahnılar oxuyan müğənni buna görə də müəyyən qədər basqılarla …

Read More »

“Zeytun budağı” əməliyyatının bilinməyən detalları açıqlandı

“Türkiyə və təhlükəsizlik” konfransında çıxış edən Baş Qərargah rəisi Hulusi Akar Suriyanın Afrin bölgəsində gerçəkləşdirilən “Zeytun budağı” hərəkatının maraqlı detallarını bölüşüb. H.Akar konfransda 2015-ci ildə Diyabəkir şəhərinin mərkəzi nöqtələrindən birində PKK terror təşkilatına qarşı aparılan hərəkatı xatırladıb. O həmin hərəkat zamanı dinc sakinlərə göstərilən həssaslıqdan danışıb. Akar bir uşaq səsinin eşidilməsi ilə “Sur” hərəkatının 15 gün təxirə salındığını bildirib: “Bir …

Read More »

Keçmiş səfir Yaşar Əliyev ilk dəfə Müstəqillik Aktından DANIŞDI

“Müstəqilliyimizin əldə edilməsi xalqımızın  əhval-ruhiyyəsinə çox müsbət təsir etdi. Biz illərdir ki, müstəqilliyə möhtac idik”.  Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev 1991-ci ildə müstəqillik elan olunan günün səhəri yaşananlara münasibət bildirərkən deyib. Yaşar Əliyev həmin günləri çox yaxşı xatırladığını da dilə gətirib. “Hər birimiz azadlığa çıxacağımız günü səbirsizliklə gözləyirdik. O zaman millət fədailəri …

Read More »

Hara gedirsən, Azərbaycan futbolu?

Futbolun vətəni İngiltərədirsə, Azərbaycan da onun məzarıdır. İngilislər də 20 komandalı çempionata Premyer Liqa deyir, biz də. Halbuki bu yaxınlarda haqqın rəhmətinə qovuşan məşhur ingilis fizik-nəzəriyyəçisi Stiven Hokinqin vətənindəki liqaların sayı, bizim Premyer Liqadakı klubların sayından çoxdur. Əslində bizimki Premyer yox, PremYERSİZ, yəni mənasız Liqadır. Onlarda futbol mədəniyyəti var, bizdəkini isə mədə niyyətində olanlar idarə edir. Təsəvvür edin, mövsümün ortasında …

Read More »