Çərşənbə , 1 Aprel 2026

Dünya

Emin Həsənli: Azərbaycanda peşəkar seçki institutu formalaşıb

Müstəqillik dövründə ümummili lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, hüquq və qanunvericilik sahəsində də böyük işlər görülüb. 1995-ci ildə Konstitusiya qəbul edilib.  Konstitusiyamızda prezident, parlament, bələdiyyə seçkiləri və refendumun keçirilmə qaydaları öz əksini tapıb.     QHT.az xəbər verir ki, bu fikirləri sechki-2018.az saytına açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” …

Read More »

Samir Adigözəlli: “Təəssüf edirəm ki, vaxti ilə bu hakimiyyəti söyən, dövlətçiliyimizə qarşı çıxanlar, bu gün Eynulla kimi meydan sulayırlar.”

Avropa Azərbaycanlıları Konqresinin Hollandiyada keçirilən qurultayından sonra, həmin tədbirin iştirakçısı olmuş jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi saytlarda xalq şairi Sabir Rüstəmxanlı barədə sərt ifadələrin yer aldığı məqalə yerləşdirilib. Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da həmin qurultayın iştirakçısı olub. Sözügedən saytlarda Sabir Rüstəmxanlı haqda yer alan fikirlərdə bildirilir ki,  Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin qurultayında diqqəti çəkən daha …

Read More »

Bakıda baş redaktor dəm qazından öldü

Bakıda baş redaktor dəm qazından boğulub ölüb. Trend-in məlumatına görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, “Femida 007” qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb. E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir. Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Read More »

Hadisənin şahidi danışdı: “25 nəfəri təkbaşına çıxartdım, yerdə qalanlar külə döndü”

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.   Yenicag.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə yanğın yataq xəstələrinin müalicə aldığı köhnə tikilidə baş verib. Hadisənin şahidi, adının çəkilməsini istəməyən mühafizəçinin sözlərinə görə, hər şey bir anda baş verib:   “Səhərə yaxın idi. Bir də gördüm ki, hər yeri …

Read More »

Ermənistanın başına yeni prezident gətirdilər – SON DƏQİQƏ

Ermənistan parlamentində bu gün prezident seçkiləri ilə bağlı səsvermə keçirilib. Yeganə namizəd – Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim Ermənistan Respublikası Partiyası tərəfindən, indiki dövlət başçısı Serj Sarkisyanın təklifi ilə irəli sürülüb.  Səsvermədə 101 deputat iştirak edib. A.Sarkisyanın namizədliyini 90 deputat dəstəkləyib, 10-u əleyhinə səs verib. Beləliklə də, Armen Sarkisyan Ermənistanın dördüncü prezidenti seçilib. Qeyd edək ki, 2015-ci ildə …

Read More »

​Çexiyadan böhrana səbəb olacaq SALEH MÜSLÜM AÇIQLAMASI

Boyukmillet.com xəbər verir ki, Çexiyanın daxili işlər naziri Lubomir Metnar Praqa polisinin ötən bazar günü PYD-nin keçmiş həmsədri Saleh Müslümü yaxalamaqla düzgün hərəkət edib-etmədiklərini araşdıracaqlarını bildirib.Çexiya parlamentinin vəkili Marek Vibornoyun, bundan əvvəl digər Avropa İttifaqı ölkələrində sərbəst şəkildə səyahət edən Müslümün niyə Praqada tutulduğu sualına cavab verən Metnar deyib: “Müfəttişlərimizə bu vəziyyəti təhqiq eləmək barəsində əmr vermişəm”.Nazir Müslümün tutulması qərarının Türkiyə …

Read More »

“AZƏRBAYCAN BAYRAGI” ORDENLI, KƏŞFIYYAT KOMANDIRI İBAD HÜSEYNLI: “SEÇIMIMIZ İLHAM ƏLIYEVDIR…”

Azərbaycanda növbədənkənar prezident seçkiləri elan olunmasından sonra siyasi proseslərdə aktivlik artmaqdadır. Bu işdə daha çox xaricə sığınmış bəzi blogerlərin radikal fəaliyyəti və buna hakimiyyət tərəfindən verilən lazımi cavablar nəzərə çarpır. Bu istiqamətdə tanınmış ictimai-siyasi xadimlər də öz fikir və təəsüratlarını bildirirlər. Onlardan biri də “Azərbaycan Bayragı” ordenli, kəşfiyyat komandiri olmuş Türk dünyasının qəhrəman oglu İbad Hüseynlidir. – İbad bəy, sosial …

Read More »

Leyla Yunus ermənilərlə geniş iş birliyi göstərdiyi üçün deşifrə olunub – VİDEO

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar anti-Azərbaycançı Leyla Yunusdan Xocalı qurbanları barədə nə üçün danışmadığını soruşublar. O, deputatların sualına cavab vermək əvəzinə Xocalı şəhidlərinə açıq şəkildə sayğısızlıq edərək gülməyə başlayıb. Leyla Yunus Azərbaycan xalqına qarşı Azərbaycanın faciəsinə qarşı saymazyana mövqeyindən dolayı hansısa formada cəzalandırıla bilərmi? BiG.AZ-a açıqlama verən beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva …

Read More »

“Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub

Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub.    qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov gənclərə sosial şəbəkələrdən səmərəli istifadə, sosial şəbəkələrin (facebook, twitter, Wikipedia) bütün parametrlərini gənclərə aşılamaq mövzusunda təlim keçib. Sənan Nəcəfov qeyd edib ki, informasiya savaşında atəşkəs olmur.   İnformasiya müharibəsi dövründə sosial şəbəkənin parametrlərini bilmək Azərbaycan …

Read More »