Şənbə , 13 Dekabr 2025

Dünya

BDM-dən yeni təyinat

Bugün Beynəlxalq Diaspor Mərkəzinin ofisində Rusiya Federasiyası Xantı-Mansi Muxtar Dairəsində Radujnıy şəhərində yaşayan, uzun illərdir bu ayalətdə diasporumuzun feəliyyətində yaxından iştirak edən vətənpərvər xanım Sara Soltanla görüş olmuşdur. Görüşdə Rusiyada Azərbaycan diasporunun movcud durumu müzakirə edilmişdir. BDM-nin sədri İsmayıl Ağayev ümumrusiya Azərbaycanlıları Kongresi haqqında Rusiya orqanlarının qərarını ədalətsiz olduğunu bildirərək, bu hadisələrdən soydaşlarımızın ruhdan düşməməyə əksinə daha fəal olmağa çağırmış. BDM-dən …

Read More »

Rəsulzadənin xatirəsinə bulaq tikildi – Ucqar kənddə/ FOTO

Yardımlı rayonunun ucqar kəndlərinin birində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmiş Məmmədəmin Rəsulzadənin xatirəsinə bulaq kompleksi tikilib.    Boyukmillet.com xəbər verir ki, bulağı həmin kəndin müəllimi öz həyətində inşa edib. Daşdan qurulan abidənin üzərində Rəsulzadənin şəkli əks etdirilib və onun XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarına çevrilən “Bir kərə yüksələn bayraq, bir daha enməz!” sözləri yazılıb.  …

Read More »

“Azərbaycan bayrağına bürünmək arzum idi” – VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyə adına yarışan azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında finişə birinci çatıb. Boyukmillet.com-ın məlumatına görə, o, 200 metr məsafəyə qaçışda finişə 20.09 saniyəyə çatmaqla qızıl medala sahib çıxıb. Dünya çempionu qızıl medal sevincini Azərbaycan və Türkiyə bayraqlarına bürünməklə qeyd edib. Bu idman növündə Türkiyəyə ilk qızıl medalı qazandıran Quliyev, zəfəri belə şərh …

Read More »

Rusiyada azərbaycanlı iş adamı yandırılaraq öldürüldü

Rusiyanın Tümen vilayətindəki Neftyuqansk şəhərində azərbaycanlı iş adamı İlyasov Fəzail Eldar oğlu vəhşicəsinə qətlə yetirilib. Bu barədə “Basta”ya mərhumun dayısı oğlu Mərdan Mehdili məlumat verib. Mərdan Mehdilinin bildirdiyinə görə, Fəzail İlyasov iki gün əvvəl naməlum şəxslər tərəfindən oğurlanıb. “Rusiya polisi iki gün idi ki, itkin düşmüş şəxs kimi onu axtarırdı. Bu gün səhər isə onun dükanı yandırılıb. Hadisə yerinə gələnlər …

Read More »

Azərbaycanlı “qanuni oğru”ların sayı açıqlandı – Adlar

Hazırda dünyada 17 azərbaycanlı “qanuni oğru” var. Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın kriminal mətbuatı məlumat yayıb. Məlumata görə, onların bəziləri həbsxanada, bir neçəsi axtarışda, qalanları azadlıqdadır. “Zaur Naxçivanski”, “Tolik Noqinski”, “Albert Piterski”, “Rüfət Gəncinski”, “Emin Hacıqabulski”, “İlqar Bakinski” Rusiyada həbsxanadadırlar. “Lotu Quli” isə Azərbaycanda cəza çəkir. İki nəfər “Rəşad Gəncinski” və “Yusif Şamxorski” Rusiya, “Rafət Əlibayramlinski” isə …

Read More »

“Türkiyə işğal planı ilə üz-üzədir, Ermənistanın Azərbaycana etdiyi hücumlara cavab olaraq türk ordusunun…” – Bi Smitin sensasiyalı yazısı

Türkiyənin “Haber Seyret” saytının köşə yazarı Bi Smit son günlər Türkiyə sərhədlərində cərəyan edən hadisələri şərh edərək ölkəsinin hər tərəfdən mühasirəyə alındığını qeyd edib. Boyukmillet.com Bi Smitin “Kuşatılıyoruz” yazısını təqdim edir: “ABŞ və Rusiya gələn il PKK-nı SDF adı ilə rəsmi ordu kimi qəbul etməyi planlaşdırır. Planın sonrası qanlı olacaq. Suriyada kanton olaraq tanıdığımız rayonlar HHM sistemlərindən tutmuş, tank əleyhinə sistemlərə …

Read More »

Keçmiş erməni səfir: “Əliyev İcevanla Zəngəzuru almaq istəyir. Bu da olacaq”

Erməni politoloq, “Modus Vivendi” mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan hesab edir ki, Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmadan Dağlıq Qarabağda istədiyinə nail olur. Onun sözlərinə görə, Azərbaycan sərhəddə lokal hərəkətlərlə yorucu müharibə aparır. “Bunun nəticəsi odur ki, ötən il Ermənistandan və Qarabağdan miqrasiya güclənib. Bu, Azərbaycanın ən böyük qələbəsidir. Torpaq, ərazi ikincidir, ilk olan xalq və həmin …

Read More »

Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı türk dilində çap edilib

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq millət vəkili, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının kitabı türk dilində çap olunub. Boyukmillet.com xəbər verir ki, müəllifin Gəncənin sonuncu xanı – Cavad xana həsr etdiyi “Ölüm zirvəsi” adlı tarixi romanı türk dilində dərc edilib. Roman gəncəli Cavad xanın həyatını, mübarizəsini əks etdirir. Əsəri türk dilinə məşhur yazıçı, tərcüməçi, Azərbaycan ədəbiyyatının dostu İmdat Avşar çevirib. İmdat …

Read More »

Samir Əsədli ABŞ səfirliyinin rəsmisi ilə görüşüb

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri Villiam Solley ilə görüşüb.Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, VHP-nin qurultay hazırlıqları və insan hüquqları ilə bağlı məsələlər müzakirə edilib.VHP rəsmisi gənclər siyasəti və bölgələrdəki vəziyyət barədə də danışıb.

Read More »

Ərdoğan azərbaycanlı idmançının qələbəsinə sevindi: “Hamımızı qürurlandırdı” – Video

Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda yüngül atletika üzrə dünya çempionu olub. Boyukmillet.com xəbər verir ki, 2011-ci ildə ölkəmizi tərk edən Ramil Quliyev 2013-cü ildən Türkiyə yığmasının şərəfini qoruyub. Azərbaycanlı idmançı Londanda keçirilən yarışlarda 200 metr məsafəyə qaçışda fərqlənib. O, bütün rəqiblərini arxada qoyaraq tarixi uğura imza atıb. Məsafəni 20,09 saniyəyə qət edən qaçışçımız ən yaxın izləyicilərini 0,02 saniyə qabaqlayıb. …

Read More »