Cümə , 12 Dekabr 2025

Dünya

Bakıda tanınmış güləşçilər etiraz aksiyası keçirdilər: “Maaşlarımız verilmir, yol pulumuz yoxdur” – FOTOLAR

Bu gün güləşçilər qarşılaşdıqları problemlər ilə bağlı açıq havada brifinq keçiriblər. Boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, jurnalistlərlə biraraya gələn idmançılar öz şikayətlərini dilə gətiriblər. Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev bildirib ki, 1 ildir təlim-məşq toplanışı keçmirlər:“Dövlətimiz bizim üçün hər bir şəraiti yaradırdı, biz də yarışlarda qalib gəlirdik. Prezidentimiz daim dəstək olub. Bir ildir ki, federasiya tərəfindən bizə …

Read More »

Qarabağda yüksək müharibə riski: Azərbaycan bu dəfə aviasiyasını işə salacaqmı

Bu gün Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağın statusu və ərazilərin qaytarılması məsələsində ziddiyətlər o qədə dərindir ki, üfüqdə heç bir nizamlanma əlamətləri görünmür. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor”un məruzəsində bildirilir. “Stratfor” təhlilçiləri qeyd edirlər ki, Fransa bu yaxınlarda Əliyevlə Sərkisyan arasında sammit təşkil etməyə çalışıblar, lakin bu səylər nəticə verməyib. “Rusiya sülh prosesinin …

Read More »

İlham Əliyev Ali mükafata layiq görüldü

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın yalnız dövlət xadimlərinə, prezident və baş nazirlərə təqdim olunan ən önəmli mükafatı – “Beynəlxalq İsa bəy İshakoviç 2017” mükafatına layiq görülüb. Boyukmillet.com-ın məlumatına görə, bu barədə Bosniya KİV-ləri məlumat yayıb. İsa bəy İshakoviç Beynəlxalq Mükafat Komitəsinin sədri, akademik Lyubomir Berberoviç məlumatı təsdiq edərək bildirib ki, qərar səs çoxluğu ilə qəbul edilib. Məlumata görə, …

Read More »

“Prezident həmişə bütün sosial layihələrə müsbət yanaşıb”

“Azərbaycan prezidenti İlham Əliyevin 2003-cü il prezident seçiləndən bu günə kimi həyata keçirdiyi bütün layihələr sosial siyasətin genişlənməsinə və inkişaf etməsinə yönəlib”. Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, dövlət büdcəsinin müzakirələri zamanı həmişə diqqət sosial sahələrə ayrılıb: “Milli Məclisdə bəzi layihələrin müzakirəsi saxlanılsa da, sosial sahələr həmişə müzakirələrdə öndə olub. Onların arasında əmək haqqları, …

Read More »

Nabran: ərəb turist qıtlığı, inəkli sahillər və kasıb istirahəti -FOTOLAR

Əməkdaşımız Nabranda istirahət şərtləri və seçimlər haqda yazır  Azərbaycan insanı istirahət etməyi sevir. Seçimlərdən və lüks istirahət anlayışından da xəbəri var. Amma təbii ki, əksəriyyət cibinə uyğun olanı seçir. İldə bir dəfə Bodruma, Antalyaya gedib, 10-12 ay boyu o istirahətin kreditini ödəyənlərdən danışmıram, təbii ki. GÜNÜ 6 MANATLIQ EVDƏ İSTİRAHƏT – ƏGƏR BUNA İSTİRAHƏT DEMƏK OLARSA… Azərbaycan daxilində istirahət edənlərin …

Read More »

Azərbaycanlı müğənni Ermənistana niyə gedir – Ququşun həyat hekayəsi

Ay camaat, muştululuğumu verin. Həsrətindən burnumuzun ucu göynədiyi dünya şöhrətli müğənni Ququş, nəhayət…nəhayət Qafqaza gəlir bu il. 31 avqust 2017-ci ildə o, Yerevanda konsert verəcək. 3 sentyabr tarixində isə bu konsert turu öz coğrafi ərazisinə Tiflisi də qatacaq. Ancaq əfsus, turnenin növbəti mənzili kimi bizim Bakı göstərilmir. Qastrol səfəri barədə qısa məlumatları müğənninin İnstaqram səhifəsindən öyrənə bilərsiz. 67 yaşlı müğənni …

Read More »

Deputat İqbal Məmmədov partlayış baş verən toyuq fermasına getdi, köməkçisi danışdı

Köməkçi: “Kəsim sexində aparatda qaz sızması olub, nəticədə aparatın qapağı yerindən qopub və orada işləyənlərdən birinə dəyib” Deputat İqbal Məmmədov ona məxsus olduğu bildirilən və bir neçə saat əvvəl partlayış baş verən toyuqçuluq fermasına gedib. Olay Lerikin Piran kəndində ərazisindəki “Lerik Broyler” MMC-də meydana gəlib. Partlayış zamanı orada çalışan Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını …

Read More »

Millət vəkili: Bu cür çörək qazanmaq kişiliyə sığan bir işdirmi?

“Bizdə belə bir düşüncə var ki, adamın çörəyinə bais olmayım. O zaman bir sualı da belə düşünənlər cavalandırsın: Leş ətini, at və eşşək ətini insanlara sırıyanlar, onları zəhərləyənlər adamdırlarmı? Hər halda insanlarımız bir az təşəbbüskar və prinsipial olarlarsa, gördükləri faktlarla bağlı bu idarəyə aktiv şəkildə üz tutsalar, ən azı bu kimi bədnam əməlləri törədən insanları qorxutmuş və çəkindirmiş olarlar”. Millət …

Read More »

Metroda gediş haqqı artacaq?

“İctimai nəqliyyatda gediş haqqlarının qaldırılması məsələsinə Tarif Şurasında baxılır” Bunu AzNews.az-a açıqlamasınsa “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metroda gediş haqqlarının qaldırlması məsələsinə münasibət bildirərkən deyib. Nəsimi Paşayev qeyd edib ki, aidiyyatı qurumdan gediş haqqının qaldırılması ilə bağlı Tarif Şurasına hər hansı müraciət göndərilməyib: “Tarif Şurası gediş haqqını artıra da bilər, azaldada bilər. Amma, “Bakı metropoliteni” bununla bağlı Tarif …

Read More »

Sabir Rüstəmxanlı ev alan jurnalistləri təbrik etdi

Sabiq deputat Sabir Rüstəmxanlı Milli Mətbuat Günü ilə əlaqədar prezident İlham Əliyevin ev hədiyyə etdiyi 255 jurnalisti təbrik edib Sabir Rüstəmxanlı ev sahiblərinə təzə mənzildə gözəl əsərlər yazmağı arzu edib: “Mətbuat günü ərəfəsində jurnalistlər üçün tikilən ikinci binanın istifadəyə verilməsi, 255 qələm və söz sahibinin mənzil alması və ya mənzil şəraitini yaxşılaşdırması, köhnə jurnalist kimi, məni ürəkdən sevindirdi. Qələm əhli …

Read More »