Cümə , 12 Dekabr 2025

Dünya

“Gör, ədəbiyyatı Ziya Məmmədov yaxşı bilir, yoxsa…” – Sabir Rüstəmxanlı

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlının Lent.az-a müsahibəsi: – Sabir bəy, şair və yaxud siyasətçi olmaq insandan fərqli xarakterlər tələb edir. Bəs siz bunun ikisini də necə bacarırsınız? – Siyasətlə şairliyin arasında ciddi ziddiyyət görmürəm. Eyni şeyi siyasətçi də deyir, şair də. Sadəcə, siyasətçi fikrini çılpaq şəkildə çatdırır, şair estetik formada. Dədə Qorquddan üzü bəri …

Read More »

Həmsədrlər bəyanat yaydı – “Hərbi əməliyyatlar dayandırılmalıdır”

Boyukmillet.com “APA”ya istinadən xəbər verir ki, bu barədə həmsədrlərin ötən gün Füzuli rayonunun Alxanlı kəndində yenidən zorakılıq hallarının baş verməsi nəticəsində dinc sakinlər də daxil olmaqla itkilərin yaşanmasına dair bəyanatında deyilir. “Zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir. Uzun müddətdir, davam edən bu münaqişənin həllinin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır”, – deyə …

Read More »

“Erməni separatçılarının hərəkəti təxribatdır” – Rusiyalı deputat

Bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Ermənistan ordusunun Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində biri azyaşlı körpə olmaqla, 2 nəfərin öldürülməsi, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib. D. Savelyev bildirib ki, G-20 sammiti öncəsi Qarabağ separatçılarının bu cür fəaliyyətini ancaq açıq təxribat kimi qiymətləndirmək olar: “Hansı ki, bunun qurbanı günahsız dinc sakinlər, o …

Read More »

ATƏT PA-da Zəhranın qətlindən danışıldı: “Onları şəxsən tanıyırdım”

Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında ötən gün Füzulinin Alxanlı kəndində baş verən erməni təxribatı ilə bağlı məsələ qaldırıb. Boyukmillet.com xəbər verir ki, vitse-spiker Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilən təxribat nəticəsində həlak olan Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı barədə parlamentariləri məlumatlandırıb. O, erməni təxribatı nəticəsində bir kənd sakininin yaralandığını xatırladıb. “Ermənistan …

Read More »

Azərbaycanın Trampdan istəyi nədir? – ŞƏRH

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin başçısı Donald Trampa təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunub ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər diplomatik əlaqələrin qurulmasından sonra ötən 25 il ərzində dostluq və əməkdaşlıq zəminində dinamik və hərtərəfli inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:  “Enerji təhlükəsizliyinin təmin olunması …

Read More »

Sülh Platforması erməni vandalizmi ilə bağlı bəyanat yaydı

Ermənistan-Azərbaycan Sülh Platforması qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanat yayıb. Sülh Platformasının mətbuat xidmətindən Boyukmillet.com-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Sülh Platforması 4 iyul 2017-ci il tarixində cəbhə xəttinin Füzuli istiqamətindəki ayırmalar nəticəsində Quliyeva Sahibənin və onun nəvəsi 2 yaşlı körpə olan Quliyeva Zəhranın həlak olması, o cümlədən Quliyeva Sərvinazın ağır yaralanmasından təəssüf hissi keçirir:  “Bu hadisələrin baş verməsi iki …

Read More »

Ermənilər 194 azərbaycanlı uşağı qətlə yetirib

Ötən gün Füzulinin Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi ilə Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqların sayı 194 nəfərə çatıb. Boyukmillet.com-ın AzVision.az-a istinadən məlumatına görə , münaqişə müddətində dövlət tərəfindən 210 uşaq əsir və girovluqdan azad edilib. Buna baxmayaraq 61 uşaq hələ də itkindir, 27-i isə hələ də əsirlikdədir.  1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi …

Read More »

Metyu Brayza: “Həmsədrlərin bəyanatı yalnışdır”

“Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı vəziyyətə aydınlıq gətirmir. Bu, dünyanın istənilən nöqtəsində, istənilən yerində beynəlxalq vasitəçiliyin həyata keçirildiyi münaqişə zonasında zorakılığı pisləyən tipik, qeyri-formal bəyanatdır” Boyukmillet.com xəbər verir ki, bunu AzVision.az-a eksklüziv açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib. Ötən gün Füzuli rayonunun Alxanlı kəndində baş verən erməni təxribatı ilə bağlı həmsədrlərin …

Read More »

Elmar Məmmədyarov Füzulidəki hadisə ilə bağlı həmsədrlərlə danışdı

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınması gündəmdə olmasa da, bu məsələ kompleks şəkildə araşdırılmalı və qərar verilməlidir”. Boyukmillet.com-ın məlumatına görə İnterpress.az-a istinadən, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycanın danışıqlarda iştirakı imitasiya xarakteri daşımır. “Mövqeyimiz qəti xarakter daşıyır. Biz bu substantiv xarakterli danışıqlarda iştirak edirik”, – deyə H. Hacıyev vurğulayıb. …

Read More »

Türkiyə XİN: Ermənistanın xain hücumunu şiddətlə qınayırıq

Rəsmi Ankara bəyanat yaydı. Türkiyənin Xarici İşlər Nazirliyi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində iki nəfərin həlak olması, bir nəfərin yaralanması hadisəsi ilə bağlı bəyanat yayıb. Boyukmillet.com-in xəbərinə görə, bəyanatda deyiir: “Ermənistanın törətdiyi bu hadisəni şiddətlə qınayırıq. Bu xain hücumda həyatlarını itirən azərbaycanlı qardaşlarımıza Allahdan …

Read More »