Cümə axşamı , 26 Fevral 2026

Dünya

Prezident İlham Əliyev: İşğal edilmiş torpaqlarda erməni vəhşiliyi təkcə Azərbaycana deyil, bütün müsəlman aləminə qarşı törədilib

İşğal edilmiş torpaqlarda erməni vəhşiliyi təkcə Azərbaycana deyil, bütün müsəlman aləminə qarşı törədilib. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib. Dövlətimizin başçısı deyib: “Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri vardır. Biz ikitərəfli formatda fəal əməkdaşlıq edirik və beynəlxalq arenada da bir-birimizi daim dəstəkləyirik. Xüsusilə …

Read More »

Energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilib

Bu gün energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilib. Trend-in məlumatına görə, vida mərasimi Bakı Mədəniyyət Mərkəzində keçirilib. Mərasimdə dövlət və hökumət təmsilçiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış iş adamları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak ediblər. Mərhum nazirin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti və Vitse-prezidenti adından əklil qoyulub. Mərhum nazir N.Əliyev II Fəxri xiyabanda dəfn olunub.

Read More »

İtalyan tədqiqatçı-jurnalist Nalbandyanın bəyanatlarını alt-üst etdi

Cənubi Qafqazda həll olunmamış münaqişələr üzrə ixtisaslaşan italyan tədqiqatçı-jurnalist Ciorcia Pilar Ciorci İtaliyaya səfəri zaman Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana İtaliya Xarici İşlər Nazirliyində və İtaliya Beynəlxalq Təşkilat Cəmiyyətində (SİOİ) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş suallara cavab olaraq erməni nazirin səsləndirdiyi bəyanatlara münasibət bildirib. İtaliyanın “eurasianews.it” və “russianews.it” xəbər saytlarında dərc olunmuş “Ermənistanın xarici işlər nazirinin İtaliyaya səfəri …

Read More »

İranda icmalar arasında baş verən toqquşmalar zamanı azı 22 nəfər həlak olub

İranın Xuzestan əyalətinin Ramxormoz bölgəsində iyunun 9-u icmalar arasında baş verən toqquşmalar zamanı azı 22 nəfər həlak olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Reyter agentliyi xəbər verir. Yerli icra hakimiyyətinin nümayəndəsi Hedayatolla Xademi bildirib: “Təəssüf ki, ötən gecə baş verən toqquşmada müasir ordu silahdan istifadə olunub və 22 nəfər həlak olub”. Onun sözlərinə görə, insidentin səbəbi …

Read More »

İraqda İŞİD-in hücumu nəticəsində 30 nəfər ölüb

İslam dövləti terror təşkilatının yaraqlıları Mosuldan 100 kilometr cənubda yerləşən Şirkət şəhərinə hücum edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Reyter agentliyi xəbər verir. Məlumata görə, hücum nəticəsində 30 nəfər ölüb, daha 40 nəfər yaralanıb. Ölənlər arasında hərbçilər və dinc sakinlərin olduğu bildirilir. İraqın silahlı qüvvələri hücumu dəf etməyə müvəffəq olublar, onlarla yaraqlı məhv edilib.

Read More »

Mövlud Çavuşoğlu: Qətərdə Türkiyə hərbi bazası bütün regionun təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub

Türkiyə üçün Fars Körfəzi regionunda təhlükəsizlik və sabitlik onun öz sabitliyi və təhlükəsizliyinə bərabərdir. Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Bəhreynli həmkarı Xalid bin Əhməd Bin Al Xəlifə ilə birgə mətbuat konfransında deyib. Türkiyə Xarici İşlər naziri deyib: “Türkiyə bu günə qədər bölgədə qardaşlıq münasibətlərinin bərqərar olunması üçün çox səylər göstərib. Qətərdə yaradılan Türkiyə hərbi bazası …

Read More »

Tehranda törədiən terror hücumlarının rəhbəri öldürülüb

Tehran şəhərində terror hücumlarının rəhbəri öldürülüb. Trend-in in PressTV-yə istinadən verdiyi məlumata görə, bu haqda İranın kəşfiyyat naziri Mahmud Ələvi televiziya müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, terror qrupunun başçısı İran kəşfiyyat qüvvələri tərəfindən öldürülüb. O qeyd edib ki, terrorçu hücumdan sonra təhlükəsizliyin təmin edilməsi üzrə əməliyyatların sonra ölkəni tərk edib. Lakin xarici dost ölkələrin kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda aradan …

Read More »

Rus bölməsi abituriyentləri bu gün “Azərbaycan dili”ndən imtahan verirlər

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir. Mərkəzdən Trend-ə verilən məlumata görə, bu imtahanda aprelin 9-da keçirilmiş 1-ci imtahandan “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən, aprelin 1-dən 11-dək elektron ərizəsini təsdiq edən, həmçinin 4-24 may tarixlərində elektron ərizə təqdim etmiş rus bölməsinin abituriyentləri iştirak edirlər. İmtahanda 1809 abituriyentin iştirak edəcəyi …

Read More »

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər bu gün sınaq imtahanları verir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün (11.06.2017) ali məktəblərin I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanları keçirir. Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanlar respublikanın 11 şəhərində – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmazda keçiriləcək. İmtahanlar ümumilikdə 30 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün qeydiyyat internet vasitəsilə aparılıb …

Read More »

İranda terror aktları ilə əlaqədər daha 6 nəfər saxlanılıb

İranın paytaxtı Tehranda törədilən iki terror aktı ilə əlaqədər daha 6 nəfər saxlanılıb. Trend-in “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin ədliyyə naziri Əliakbar Qarousi bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 17 nəfər həlak olub, 52 nəfər yaralanıb.

Read More »