Çərşənbə axşamı , 30 Aprel 2024

Dünya

“PKK-nın bayrağını əlində tutan adam necə müstəqil ola bilər?” – VİDEO

İnterpress.az-ın məlumatına görə, bunu Türkiyə perzidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident əlində tutduğu fotoları göstərərək bildirib: “Bunlar ATƏT-in xalq səsverməsini araşdırmaq barədə tapşırıq verdiyi terror təşkilatının nümayəndələridir. PKK-nın bayrağını əlində tutan adam necə müstəqil ola bilər? Bunun hazırladığı hesabat həqiqətən müstəqil olarmı?”

Read More »

Bilik Fondunda “Danışan tarix: erməni xisləti – 24 aprel” filminin müzakirəsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Klubunun növbəti yığıncağı olub. Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, tədbirdə İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Bilriyinin aparıcısı tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli, Klubun üzvləri olan müxtəlif universitetlərin tələbələri, Bilik Fondunun əməkdaşları iştirak ediblər. Bilik Fondunun aparat rəhbəri …

Read More »

Polis Nardaranda daha bir əməliyyat keçirib

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 42-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən bir neçə gün əvvəl yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxladığı üçün tutulan Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun ətrafında daxil olmuş əməliyyat məlumatı əsasında növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu zaman onun yaşadığı evin həyətindəki su quyusundan nömrəsi silinmiş “Makarov” markalı tapança, …

Read More »

Suriya və İraqda 2700 Şimali Qafqaz sakini döyüşür

Şimali Qafqaz Federal Dairəsinin təqribən 2700 nəfər sakini Suriya və İraqda terror təşkilatlarının tərkibində döyüşür. Trend-in məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib. O, regional hakimiyyətləri profilaktik işləri gücləndirməyə, internet resurslarının monitorinqini aparmağa çağırıb: “Eyni zamanda, miqrant axınına nəzarəti gücləndirmək, miqrantlar arasında radikal dini görüşə malik şəxsləri aşkar etmək lazımdır”.

Read More »

Bakı Şopinq Festivalının “Fashion Pavilion”u açılıb

Bakı Şopinq Festivalının “Fashion Pavilion”u fəaliyyətə başlayıb. “Barkers”də yerləşən “Fashion Pavilion”a gəlməklə 16-sı milli, ümumi olaraq 23 müəllifin brend geyim, aksesuar və mebel əşyaları arasında seçim edə bilərsiniz. “Fashion Pavilion” istənilən tərzdə ekslüziv brendlərin tikiliş və satışını həyata keçirir və festival müddətində, həftənin 7 günü səhər saat 10-dan 21-dək yolunuzu gözləyir. Bütün nümayiş olunan mallar əl işi olmaqla bərabər yüksək …

Read More »

Prokuror Yunusların məhkəməyə gəlmələrini tələb etdi

Bu gün Bakı Apelyasiya Məhkəməsində Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barələrində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Yunusların vəkili Elçin Sadıqov hakimdən cinayət işində olan sənədlərin surətini istəyib. Vəkil bildirib ki, həmin sənədlər 300 səhifədən ibarətdir və onlarla tanış olmaq istəyir. Dövlət ittihamçısı Abbas Abbaslı isə bildirib …

Read More »

Azərbaycan vətəndaşları gələn ildən şəxsiyyət vəsiqəsi ilə xaricə gedə biləcəklər

Gələn il yanvarın 1-dən Azərbaycan vətəndaşları bəzi ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə bilərlər. Trend-in məlumatına görə, “Azərbaycanın Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Bu dəyişikliyin 2018-ci il yanvarın …

Read More »

Nazir: “İşğal olunmuş ərazilərdə qazıntı işləri aparan xarici şirkətlərin adı “qara siyahı”ya salınacaq”

“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələrimizdə hər hansı qazıntı, bərpa işlərinin aparılmasında iştirak edən hər hansı xarici şirkət Azərbaycanda “qara siyahı”ya daxil ediləcək”. APA -nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, bu sahədə narahatıq yaradan faktlar aşkarlanıb: “İşğal olunan ərazilərdə bizim tarixi abidələri guya yenidən təhlil etmək üçün qazıntılar aparılır, tarixi uydurma …

Read More »

Varşava Türkiyədə referendumun nəticələrinə münasibətini bildirib

Polşa Xarici İşlər Nazirliyi məlumat verib ki, Varşava bazar günü Türkiyədə keçirilən referendumun nəticələrini nəzərə alıb və bu nəticələrin rəsmi surətdə təsdiq olunmasını gözləyir. Polşa XİN qeyd edir ki, Türkiyə Polşa üçün NATO üzrə və bütün təhlükəsizlik strukturunda strateji tərəfdaş olaraq qalır. XİN-in məlumatında deyilir: “Ənənəvi yaxşı ikitərəfli münasibətlərimizin daha da inkişaf edəcəyini, habelə Avropa İttifaqı ilə münasibətlərin möhkəmlənəcəyini gözləyirik”. …

Read More »