Cümə axşamı , 2 May 2024

Dünya

Farer adalarında müstəqillik haqqında referendum keçiriləcək

Danimarkanın muxtar bölgəsi olan Farer adalarında 2018-ci ildə yeni Konstitusiya ilə əlaqədar referendum keçiriləcək. Danimarka KİV-lərində verilən məlumata görə, yeni Konstitusiyaya əsasən, bu adaların vətəndaşları təyini-müqəddərat hüququ əldə edəcəklər. Farer adalar qrupu Atlantik okeanının Şimalında Şotlandiya, Norveç və İslandiya arasında yerləşir. 1948-ci ildən etibarən bu adalara Danimarka krallığından tam muxtariyyət verilib. Əhalisinin sayı 48 min nəfər olan Farer adaları qrupu …

Read More »

İqtisadiyyat naziri Qırğızıstanın Azərbaycandakı səfiri ilə müzakirələr aparıb

İqtisadiyyat naziri Şahin Mustafayev Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovu qəbul edib.İqtisadiyyat Nazirliyindən “Report”a verilən xəbərə görə, görüşdə Azərbaycan və Qırğızıstan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Həmçinin, görüş zamanı keçirilməsi nəzərdə tutulan iki ölkə arasında İqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına və Azərbaycan-Qırğızıstan biznes-forumuna dair fikir mübadiləsi aparılıb.

Read More »

Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz ölçü qovşaqlarında aparılan təmir-bərpa işləri ilə əlaqədar fevralın 13-də saat 09:30-dan 17:00-dək Bakının Sabunçu və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. “Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün …

Read More »

Ermənilərin diversiya qrupu məhv edilib

Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb.Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.“Düşməni izləyən bölmələrimiz tərəfindən diversiya qrupu əvvəlcədən müəyyən edilərək atəşlə məhv edilib.Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir”, – nazirliyin məlumatında qeyd olunub.

Read More »

Sabir Rüstəmxanlı Araz Əlizədani “türk düşməni” adlandırdı

“Nifrət hədəfi Səyavuş Novruzov kimi mövqeyini bəyənmədiyimiz, lakin öz mövqeyində sabitqədəm, milli təfəkkürü yerində olan adamlar yox, Araz Əlizadə kimi bütün mahiyyəti xəyanətdən ibarət olan türk düşmənləri olmalıdır.” Bunu sabiq millət vəkili, Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milli Məclisin deputatı Siyavuş Novruzovun xəstəliyi ilə bağlı məlumatı şərh edərkən bildirib. O, Siyavuş Novruzovun xəstəliyi ilə bağlı son günlərdə davam …

Read More »

Xaricdəki azərbaycanlı iş adamı Cocuq Mərcanlıya 3 milyon manat yardım edəcək

1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu “Horadiz əməliyyatı” nəticəsində isə azad edilmiş Cəbrayılın nəzarətimizdə olan yeganə yaşayış məntəqəsində – Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra tezliklə əsaslı bərpa işləri başlayacaq. Qeyd edək ki, 2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə erməni işğalından azad edildi və Cocuq Mərcanlıya təhlükə …

Read More »

Lətif Hüseynov Avropa İnsan Haqları Məhkəməsində hakim vəzifəsində fəaliyyətə başlayıb

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycandan olan yeni hakimi Lətif Hüseynov vəzifəsinin icrasına başlayıb.“Report”un xəbərinə görə, L.Hüseynov hazırda Strasburqda yaşayır.Onun aylıq maaşı 10 min avroya qədərdir.Xatırladaq ki, AİHM-ə hakimlər 9 il müddətinə seçilir. Azərbaycanın AİHM-dəki əvvəlki hakimi Xanlar Hacıyev olub. Onun səlahiyyət müddəti başa çatıb.L.Hüseynov bu təyinata qədər Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.

Read More »

Ermənistan ordusunun içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi məhv edilib

Fevralın 9-da axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qarşı tərəf itkilər barədə məlumatı yenə də gizlədir.

Read More »

Ötən il Dövlət Ekspertiza İdarəsinə 6423 müraciət daxil olub

Ötən il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə ümumilikdə 6423 müraciət daxil olub. İl ərzində idarədən çıxan rəy, məktub və müraciətlərin sayı 4862 təşkil edib. Hesabat müddətində daxil olmuş müraciətlər müvafiq qaydada baxılaraq cavablandırılıb. İdarədən AZƏRTAC-a verilən məlumata görə, təqdim olunmuş müraciətlərin böyük əksəriyyəti respublikada həyata keçirilən tikinti quruculuq, neft-qaz, şəhərdaxili təsərrüfat, su-kanalizasiya xidməti sahələri, təbii ehtiyatlardan istifadə, …

Read More »

600 kq mənşəyi məlum olmayan ət müsadirə edilib

Sabirabad rayonunda mənşəyi məlum olmayan ət aşkarlanıb. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, fevralın 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru, Sabirabad RPŞ və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Xəlfəli kənd sakini Əlifxan Şahverdiyevin həyətinə baxış zamanı ümumi çəkisi 600 kiloqram …

Read More »