Cümə , 17 May 2024

Dünya

“Qarabağ”ın tarixində yeni rekord

Ağdamın “Qarabağ” futbol klubu tarixinin yeni rekordunu müəyyənləşdirib. AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, komanda evdəki məğlubiyyətsizlik seriyasında Premyer Liqadakı ən yaxşı nailiyyətinə imza atıb. Qurban Qurbanovun yetirmələri buna Topaz Premyer Liqasının XVII turunun “Zirə” ilə matçında nail olublar. Matçda 2:0 hesabı ilə qalib gələn “Qarabağ” öz meydanındakı yenilməzliyini 32 oyuna çatdırıb. Ağdamlılar sonuncu dəfə 2015-ci il fevralın 28-də …

Read More »

Bloger Mehman Hüseynovun məhkəməsi başlayıb

Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayevin bloger Mehman Hüseynovun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası başlayıb. “Report”un məlumatına görə, hakimi Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynov vəkili Elçin Sadıqov məhkəmədən vaxt istəyib. O, polis rəisinin şikayəti ilə tanış olmadığını bildirib. Məhkəmə vəsatəti təmin edib. Növbəti iclas fevralın 17-nə təyin edilib. Xatırladaq …

Read More »

Ağ ev Donald Trampın telefon danışıqlarının dinlənilməsi məsələsini araşdırmağa başlayıb

Ağ ev ABŞ prezidenti Donald Trampın telefon danışıqlarından məlumatların sızamsı ilə bağlı araşdırmaya başlayıb. “Report” “The Hill”ə istinadən xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Şon Spayser bildirib. “Bəli, çox narahatıq və məsələni araşdırırıq. Bu sayaq sızıntılarda mövcud protokol və qanunlar pozulub”, – deyə o, vurğulayıb. Mətbuat katibinin sözlərinə görə, D.Tramp yüksək vəzifəli şəxslərlə danışığının detallarının aşkarlanmasından narahatdır.

Read More »

Stolüstü tennisçilərimiz “Çexiya Open” turnirində uğurla çıxış edirlər

Çexiyanın Xodonin şəhərində Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq yarışlarına daxil olan “Çexiya Open” turnirində şəxsi oyunlar başa çatıb. Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildirilib ki, 36 ölkədən 301 idmançının qatıldığı çempionatda oğlan tennisçilərimiz qızıl və gümüş medal qazanıblar. Tennisçilərimiz Yang Xinyu və Vanq Çenxi dörddəbir finalda Danimarka və Çexiya, yarımfinalda isə Almaniya və Moldova idmançılarına qalib gələrək finala çıxıblar. Final oyunu …

Read More »

“Azərişıq” iki illik hesabatını açıqladı

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) iki illik fəaliyyəti dövründə gördüyü işlərlə bağlı hesabat açıqlayıb. Qurumdan Trend-ə verilən məlumata görə, 2015-ci il fevralın 10-dan Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycan ərazisində qurum istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün iri miqyaslı layihələr həyata keçirlb. “Azərişıq” ASC fəaliyyətə başladığı gündən 16 ədəd 110 kV-luq, 53 ədəd 35 kV-luq …

Read More »

Türkiyədə 33 065 təhsil işçisi vəzifəsindən azad edilib

Türkiyə Milli Təhsil Nazirliyindən 33 065 nəfər işdən azad edilib.“Report” xəbər verir ki, bunu təhsil naziri İsmət Yılmaz “Anadolu”a müsahibəsində bildirib.“Onları işdən çıxarmaqdan məmnun deyilik. Ancaq bundan başqa çarə yoxdur. Əgə siz onları qanunsuz elan etməsəniz, o zaman Rusiyanın Türkiyədəki səfirinə edilən sui-qəsd kimi hadisələr, hətta daha faciəli hadisələrlə qarşı-qarşıya qala bilərsiniz”, – deyə o vurğulayıb.Nazir deyib ki, 7 210 …

Read More »

Bəşər Əsəd: “Əsirlikdə olan bütün hərbi və dinc vətəndaşlar azad olunacaq”

Suriya prezidenti Bəşər Əsəd bütün hərbi əsirlərin və girov götürülən dinc sakinlərin azad olunacağına söz verib. “Report” SANA-ya istinadən xəbər verir ki, o bunu terrorçulardan azad edilən onlarla qadın və uşaq əsirlə görüşü zamanı bildirib. Görüşdə prezidentin həyat yoldaşı Əsma Əsəd də iştirak edib və hökumətin əsirlikdən azad olunan qadın və uşaqların lazımi bərpa prosesini keçmələrinə kömək rdəcəyini deyib. “Biz …

Read More »

XƏBƏRDARLIQ: Qeyri-sabit hava fevralın 14-dək davam edəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 3-5° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 3-5° isti …

Read More »

Dövlət Sərhəd Xidmətinin səlahiyyətləri artırılır

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlara dəyişiklik edilir. Trend-in məlumatına görə, dəyişikliklər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirə edilib. “Dövlət sərhədi haqqında” qanunun 12-ci maddəsinin ikinci və üçüncü hissələri yeni redaksiyada verilir. Dəyişikliklərə görə, nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitələri barəsində səlahiyyətli olan digər şəxslər və ya onların …

Read More »

Bəyanat: Rəsmi Bakı ATƏT-in Yerevan Bürosunun mandatı üzrə konsensusu dəstəkləməyəcək, əgər…

ATƏT-in Yerevan Bürosunun mandatı ilə bağlı məsələ böhran həddinə çatdırılıb. Bu isə rəsmi Bakının bu təşkilata və onun nəzdində fəaliyyət göstərən digər qurumlara etimadını ciddi şəkildə sarsıdıb. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Azərbaycan nümayəndəliyinin bəyanatında deyilir. Bəyanatda qeyd olunur: “Son bir neçə ay ərzində keçirilən məşvərətlər zamanı bizim nümayəndə heyətimiz ATƏT-in Yerevan Bürosunun mandatının bir neçə aspektdən pozulduğu barədə …

Read More »