Cümə axşamı , 2 May 2024

Dünya

Ukraynalı deputatlar Azərbaycana gəlir

Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri fevralın 19-da Azərbaycana səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko məlumat verib. Onun sözlərinə görə, səfərdə əsas məqsəd iki ölkənin parlamentləri arasında əməkdaşlığı canlandırmaqdır. Deputat qrupunun Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşləri planlaşdırılır.

Read More »

Ceyhan limanından 322 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb

2017-ci ilin yanvar ayı ərzində 2 mln. 48 min 786 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. SOCAR-dan “APA-Ecoonmics”ə verilən məlumata görə, bu həcmin 1 mln. 398 min 440 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan kəməri istismara verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər Ceyhan limanından 321 mln. 883 min 385 ton Azərbaycan …

Read More »

Xaçmaz sakini dəm qazından zəhərlənib

Xaçmazda 35 yaşlı qadın dəm qazından zəhərlənib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini Hüseynova Ramilə İsaməddin qızı dəm qazından zəhərlənib. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan R. Hüseynovanın vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırma aparılır.

Read More »

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçiriləcək

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçiriləcək. APA-nın məlumatına görə, ikinci dəfə baş tutacaq marafon bu il də “Küləyə qalib gəl” şüarı altında təşkil olunacaq. İdmanın inkişafına dəstək vermək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil ediləcək, layihənin icrasını isə Sport …

Read More »

Rejissor Rafiq Dadaşov vəfat edib

Rejissor Rafiq Dadaşov dünyasını dəyişib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, Rafiq Dadaşov fevralın 5-də vəfat edib. O, bu gün Bakıda dəfn olunacaq. Qeyd edək ki, Rafiq Dadaşov 20 iyul 1946-cı ildə Bakıda anadan olub. 1963-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb. 2002-ci ildə Azərbaycan …

Read More »

Lionel Messi daha bir rekorda imza atıb

Lionel Messi La Liqanın XXI turunda “Atletik”lə oyunda (3:0) daha bir dəfə cərimə zərbəsindən fərqlənib. Apasport.az saytının məlumatına görə, bu, argentinalının “Barselona” formasında vurduğu 27-ci belə qoldur. 29 yaşlı super ulduz bununla da əfsanəvi Ronald Kumanı geridə qoyub və komandanın rekordçusu olub. Hazırda “Everton”un baş məşqçisi olan hollandiyalı Kuman katalonların heyətində cərimə zərbəsindən 26 qol vurmuşdu.

Read More »

ABŞ prezidenti: “İran dünyada bir nömrəli terrorçu dövlətdir”

İran dünyada bir nömrəli terrorçu dövlətdir. APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib. “İran dünyada bir nömrəli terrorçu dövlətdir. Bu ölkə ABŞ-a qətiyyən hörmət etmir. Eyni zamanda, İran silahlanmaya külli miqdarda pul xərcləyir”, deyə D.Tramp bildirib. O, həmçinin İrana qarşı tətbiq edilən sanksiyların bundan sonra gücləndiriləcəyinə söz verib. Bundan əvvəl D.Tramp özünün “Tvitter” …

Read More »

Tramp və Stoltenberq Donbasdakı vəziyyəti müzakirə ediblər

ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir. Məlumata əsasən, söhbət zamanı tərəflər Donbasdakı vəziyyəti müzakirə ediblər. “Prezident Tramp və NATO baş katibi münaqişənin sülh yolu ilə həlli imkanlarını müzakirə ediblər”, məlumatda qeyd olunur. Qeyd edək ki, ötən gün ABŞ və Ukrayna prezidentləri Donald Tramp …

Read More »

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.EURCümə günü əmək bazarı ilə bağlı açıqlanan statistik göstəricilər Amerikada işsizliyin son 1 ilin orta səviyyəsində olduğunu göstərib. Lakin Amerika iqtisadiyyatında inflyasiyanın 2%-ə kimi artması fonunda əmək bazarında vəziyyətin daha da yaxşılaşması gözlənilir. Əmək bazarı üzrə gözləntilərin yanvar ayında isə özünü …

Read More »

Düsseldorfda azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş fotosərgi açılıb

Almaniyanın Düsseldorf şəhərinin tarixi Rheinbahn deposunda məşhur almaniyalı fotoqraf Filip Ratmerin “Evə Aparan Beş Yol” (“Five Roads Back Home”) adlı fotosərginin açılışı olub. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, sərgi Sərbəst Fotoqraflar və Film Dizaynerlərinin Peşəkar Təşkilatı (Berufsverband Freie Fotografen und Filmgestalter – BFF) tərəfindən “Jump # 04: RAW – The Decisive Moment” sərgisinin bir hissəsi kimi təşkil …

Read More »