Cümə axşamı , 2 May 2024

Dünya

Bakıda liseydə yanğın olub

Bakıda liseydə yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli lisey binasının 4-cü mərtəbəsində ümumi sahəsi 90 m2 olan akt zalında kondisioner və 8 ədəd bir-birinə bitişik oturacaqlar yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən liseyin müəllim və şagird heyəti təxliyə olunub. Lisey binası yanğından mühafizə edilib, yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən …

Read More »

Avropa Parlamentində “Rusiyanın Cənubi Qafqazda artmaqda olan təsiri” müzakirə olunacaq

Bu gün Avropa Parlamentinin Təhlükəsizlik və müdafiə alt komitəsində “Rusiyanın Cənubi Qafqazda artmaqda olan təsiri” mövzusunda müzakirə keçiriləcək. APA-nın məlumatına görə, müzakirədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Salber, Gürcüstanın Aİ-dəki səfiri Natalie Sabanadze və Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Pol iştirak edəcəklər. Toplantı Bakı vaxtı ilə 18:00-20:30-da olacaq.

Read More »

İrandan gələn vətəndaşın daxili orqanında heroin aşkar edilib

Gömrükçülər İrandan gələn vətəndaşın daxili orqanında beş ədəd bükümdə heroin aşkar ediblər. Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı, həmin vətəndaşın daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə, ümumi xalis çəkisi 93,411 qram olan narkotik vasitə – heroin aşkar …

Read More »

Sabah havanın temperaturu artacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-3° isti, gündüz 8-13° isti, Bakıda gecə 1-3° isti, gündüz 10-12° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 764 mm civə …

Read More »

XİN: “İnsidentlərin qarşısını almağın yeganə yolu Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır”

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun “Nezavisimaya qazeta”da dərc olunan və Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif etdiyi qərəzli məqaləsinə cavab verib.  “Report”un məlumatına görə, “Nezavisimaya qazeta”da nəşr olunan “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Vladimir Kazimirovun əyri güzgüsündə” sərlövhəli məqaləsində H.Hacıyev Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini …

Read More »

Bu gün Qara Qarayevin xatirəsi anılacaq

Fevralın 6-da saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə görkəmli bəstəkar, xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Trend-in məlumatına görə, tədbir çərçivəsində böyük sənətkarın həyat və yaradıcılığından danışılacaq, milli musiqi xəzinəmizin zənginləşməsindəki xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam …

Read More »

Rayan: Amerika Suriyaya əlavə hərbi kontingent göndərməlidir

Amerika Suriyaya İŞİD terror qruplaşması ilə mübarizə üçün əlavə hərbi kontingent göndərməlidir. Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ konqresinin nümayəndələr palatasının spikeri Pol Rayan “NBC News” telekanalına müsahibəsində deyib. Rayan bildirib ki: “Biz İŞİD-ə Suriyanı sığınacaq kimi istifadə etməyə imkan verə bilmərik. Bu bizim milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır. Biz Suriyada İŞİD-i məhv etməliyik”. Spiker qeyd …

Read More »

Tovuz rayonunda intihar hadisəsi baş verib

Tovuz rayonunda intihar hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə fevralın 5-də axşam saatlarında rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd sakini, 2000-ci il təvəllüdlü Qəmbərova Aliyə Habil qızı ozünü yaşadığı evdə asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Read More »

“Bakı 2017” İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilk tərəfdaş şirkətlə müqavilə bağlayıb

“Bakı 2017” İslam Həmrəyliyi Oyunları ilə BP şirkəti arasında tərəfdaşlıq sazişi imzalanıb.  “Report”un məlumatına görə, anlaşmaya gənclər və idman naziri, “Bakı 2017” İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru Azad Rəhimov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imza atıb. Saziş Oyunlarda BP-nin rəsmi neft və qaz tərəfdaşlığını nəzərdə tutur. Şirkət Oyunlara və sonrakı yarışlara hazırlaşdığı müddətdə 7 …

Read More »

Azərbaycan Premeyer Liqasında 6 klubdan 7 futbolçu və 1 baş məşqçi cəzalı duruma düşüb

Azərbaycan Premyer Liqasında mübarizə aparan 5 klubun ümumilikdə 7 futbolçusu və bir baş məşqçi cəzalı duruma düşüb. “Report” xəbər verir ki, bu, ölkə çempionatın XVI turunun oyunlarından sonra məlum olub. “Zirə” – “Kəpəz” görüşündə meydan sahiblərinin üzvü Sezar Meza Kolli və qonaq komandanın oyunçusu Renan da Silva birbaşa qırmızı vərəqə aldıqları üçün ən azı növbəti 2 oyunu buraxacaqlar. “Qarabağ”la ev qarşılaşmasında 2-ci …

Read More »