Cümə , 17 May 2024

Dünya

Maltada Avropa İttifaqı ölkələrinin liderlərinin sammiti keçiriləcək

Bu ilk dəfə keçirilən sammitdə dövlət və hökumət başçıları miqrasiya böhranı və İttifaqın Böyük Britaniyasız gələcəyini müzakirə edəcəklər. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, sammit hal-hazırda Aİ Şurasına sədrlik edən Maltanın paytaxtı Valettada keçiriləcək. Görüş, Aİ Şurasının sədri Donald Tusk tərəfindən hələ 2016-ci ilin sentyabrında Böyük Britaniyanın İttifaqı tərk etmək qərarı ilə bağlı çağırılıb və bu səbəbdən qeyri-rəsmi xarakter daşıyır.

Read More »

Rusiyanın peyk televiziya operatoru Azərbaycan bazarına girmək istəyir

Rusiyanın peyk televiziya operatoru olan “Orion Ekspress” şirkəti Azərbaycan və Ermənistan bazarına çıxmağı planlaşdırır. “Report”un “Comnews” saytına istinadən verdiyi məlumata görə, şirkət Cənubi Qafqaz regionunda 2017-ci ildən fəaliyyətini genişləndirmək niyyətindədir. Bundan başqa, şirkət Qazaxıstan və Ukrayna bazarı ilə maraqlanır. Lakin Ukrayna ilə siyasi vəziyyət, Qazaxıstanda isə bu bazarın tənzimləmə qaydaları şirkətin bu planlarına çətinlik törədir. Qeyd edək ki, 2016-cı ilin yazında “Orion Ekspress” …

Read More »

Azərbaycanda Ümumdünya Xərçənglə Mübarizə Günü ilə bağlı maarifləndirici tədbirlər keçiriləcək

Milli Onkologiya Mərkəzi 4 fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü ilə bağlı çoxsaylı maarifləndirmə tədbirləri keçirməyi planlaşdırır. Mərkəzdən “Report”a verilən məlumata görə, bununla bağlı Bakıda və ölkənin digər yerlərində xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi sahəsində geniş əhalinin məlumatlılığının artırılması məqsədilə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. Fevralın 4-də Bakının “Gənclik Mall” və “Park Bulvar” ticarət mərkəzlərində Azərbaycanda geniş yayılmış …

Read More »

Azərbaycan vətəndaşı Ukrayna Milli Bankının departament direktoruna külli miqdarda rüşvət verərkən saxlanılıb

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan vətəndaşı da daxil olmaqla onunla əlbir olan üç nəfəri saxlayıb. “Report” UNN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər.  Məlumata görə, onlar fevralın 2-də Ukrayna Milli Bankının departament direktoruna 25 min ABŞ dolları məbləğində rüşvət vermək istəyərkən saxlanılıblar. Belə ki, Ukrayna Milli Bankının Ödəniş Sistemləri Departamentinin direktoru “Platiservis” ölkədaxili ödəniş sisteminin …

Read More »

Sabunçuda Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Sabunçu rayon İcra Hakimiyyətinin və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər Günü münasibəti ilə Sabunçu rayon Gənclər Evində tədbir keçirilib. İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Yeni Azərbaycan …

Read More »

Daş karxanasında ölüm – gözətçini elektrik cərəyanı vurub

Daş karxanasında ölüm hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 1-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən daş karxanalarından birində gözətçi işləyən Hikmət Bəhmənov elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Read More »

Aleksandr Lukaşenko Rusiyanın yüksək vəzifəli məmuruna cinayət işinin açılması haqqında göstəriş verib

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Daxili İşlər Nazriliyinə Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Federal Xidmətnin başçısı Sergey Dankvertə qarşı cinayət işinin başlanması haqqında tapşırıq verib.  “Report” TASS-a istinadən bildirir ki, bunu dövlət başçısı Belarus istehsalı olan ərzaq məhsullarının Rusiyaya buraxılmaması məsələsinə münasibət bildirərkən açıqlayıb.  “Ərzaq məhsulları məsələsinə gəldikdə, biz bu məsələni araşdırmalıyıq. Dövlətə dəyən ziyana görə Dankvertə qarşı cinayət işi açmaq lazımdır. Bir məsələni …

Read More »

Bakıda II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək

Mayın 22-dən 24-dək Bakıda “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək. Azərbaycan Xalça Muzeyindən Trend-ə verilən məlumata görə, simpozium Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Məqsəd simpozium vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini zənginləşdirmək, …

Read More »

DİN və DTX Qəbələdə əməliyyat keçirdi – qanunsuz dini vəsaitlər götürülüb

Daxili İşlər Nazirliyi (DİN) Qəbələdə qanunsuz dini ədəbiyyatlarla bağlı əməliyyat keçirilməsi barədə məlumat yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, DİN-in Qəbələ RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Bum qəsəbə sakinləri Gülsurə Əliyevanın, Mahir Musayevin və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 ədəd kitab, 13 ədəd jurnal, 4 ədəd qeyd dəftəri, …

Read More »

Elmar Məmmədyarov: Azərbaycanla İsveçrə arasında əməkdaşlıq üçün geniş potensial var

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə isveçrəli həmkarına məktub ünvanlayıb. XİN-dən Trend-ə verilən məlumata görə, məktubda iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğu və müxtəlif sahələri əhatə edən tərəfdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb. O, tərəflər arasında dinamik siyasi dialoqun və parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayıb. İsveçrənin 70-dən artıq şirkətinin …

Read More »