Çərşənbə , 29 Mart 2023

Sələfi məscidlərinə kütləvi basqın…- FOTOLAR

Almaniyada məscidlərə basqın olub.
 
Moderator.az Alman xəbər agentliklərinə istinadən xəbər verir ki,  Almaniyanın Aşağı Saksoniya əyalətinin Hildesheim kəndindəki sələfilərə aid məscid, həmçinin, onun ətrafında olan ev və dərnəklərə polis tərəfindən basqın olub.
 
Radikal qrupun mərkəzi sayılan Hildesheimdəki məscidə orada fəaliyyət göstərən dərnəyə, eləcə də ətrafdakı sələfilərə məxsus evlərə də bu gün polis tərəfindən basqın edilib.
 
Alman polisi axtarış aparılan məscidlərin uzun müddətdir ki, izlənildiyini bildirib.
Berlindəki Noel festivalına TIRla soxulan Anis Amrinin Hildesheimdəki radikal Sələfi qrupun üzvü olduğu bildirilir.
 
Reuters xəbər agentliyi səkkiz ayrı dairədə də axtrış aparıldığını bildirir. 
 
Almaniya Daxili İşlər Nazirliyi Hildesheimdəki sözü gedən məscidin radikal sələfilərin ölkədəki mərkəzi olduğunu bildirib.

 

Check Also

Keçmiş Mədəniyyət naziri Anar Kərimovun kadrı Səxavət…

Ağdaş Regional Mədəniyyət idarəsi Ağdaş, Ucar, Göyçay, Zərdab rayonlarındakı mədəniyyət obyektlərinə nəzarəti həyata keçirtməli olan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir