Cümə , 22 Oktyabr 2021
Home » Dünya » “Lotu Quli”nin yeznəsinin vəkili Akif Çovdarovla görüşdə olub

“Lotu Quli”nin yeznəsinin vəkili Akif Çovdarovla görüşdə olub

“Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yeznəsi Vidadi Hüseynov növbəti dəfə Bakıda hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, V.Hüseynov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə V.Hüseynovun vəkili Kamandar Nəsibov iştirak etməyib. Buna səbəb Kamandar Nəsibovun hüquqlarını müdafiə etdiyi və həbsdə olan MTM generalı Akif Çovdarovun yanında olmasıdır.

K.Nəsibov hakim Ramella Allahverdiyeva ilə telefon danışığında təcridxanada Akif Çovdarovla görüşdüyü üçün məhkəməyə gələ bilmədiyini bildirib.

Növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.

İttiham aktına əsasən, V.Hüseynov 2016-cı ilin aprel ayının 30-da saxlanılıb.

V.Hüseynov barəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən il Səbail rayonunda “Bulaq” restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. Vidadi Hüseynov və onlarla kriminal aləmə yaxın olduğu deyilən şəxsin saxlanılması həmin ərəfəyə təsadüf edir.

Musavat.com

Check Also

Türkiyə Ombudsmanı Ermənistanın törətdiyi cinayətlərlə bağlı hesabatı açıqlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyəyə səfəri çərçivəsində Türkiyə İnsan Hüquqları və …