Bazar , 2 Aprel 2023

Türkiyədən AB-ni qorxudan açıqlama

Türkiyə miqrant razılaşması ilə bağlı hər şeyə əməl etdi, AB isə heç bir sözünü tutmadı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi İşləri üzrə naziri və baş müşaviri Ömər Çelik deyib.

“Türkiyə istədiyi vaxt, istədiyi şəkildə miqrant razılaşmasını nəzərdən keçirə bilər. Artıq bu razılaşmanın davam etdirilməsi üçün heç bir səbəb yoxdur. AB-nin Türkiyəyə maliyyə yardımı edəcəyi ilə bağlı bizə məlumat verilməyib. Nazirlər Şurasında Hollandiyaya sanksiyaların tətbiq olunması məsələsində böyük müzakirələr apardıq, yeni tədbirlər görəcəyik.

Hazırkı vəziyyətdə “fövqəladə vəziyyəti (OHAL) ləğv edin” demək “Türkiyə demokratiyasını və hüquq sistemini müdafiəsiz buraxın” deməkdir”, – Çelik bildirib.

Check Also

Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir