Cümə axşamı , 2 May 2024

Dünya

Zakir Həsənov ATƏT-in nümayəndəsi ilə Azərbaycan hərbçisinin nəşinin qaytarılması məsələsini müzakirə edib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə görüşüb.Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Görüşdə qoşunların qarşıdurma xəttində son vəziyyət və atəşkəs rejiminin pozulması halları müzakirə olunub.Müdafiə naziri keçən ilin dekabr ayının 29-da dövlət sərhədində düşmən təxribatının qarşısı alınarkən şəhid …

Read More »

Cibuti parlamenti Xocalı soyqırımını tanıyıb

Cibuti Respublikasının Milli Assambleyasının (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edilib. Azərbaycanın Əddis-Əbəbədəki səfirliyindən “Report”a verilən məlumata görə, qətnamə Cibuti Respublikasının Milli Assambleyasının spikeri ilə görüş zamanı parlamentin sədri Məhəmməd Əli Huməd tərəfindən səfir Elman Abdullayevə rəsmən təqdim olunub. Cibuti Parlamentinin sədri ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və yanında olduğunu bir daha vurğulayıb. Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən …

Read More »

“Washington Times”: Donald Tramp Dağlıq Qarabağ münaqişəsini həll etməklə Nobel Sülh Mükafatını ala bilər

“Birləşmiş Ştatların 44-cü prezidenti seçildikdən az müddət sonra Nobel Sülh Mükafatı alan Barak Obamanın buna layiq olub-olmadığına tarix qərar verəcək. Prezident Trampın isə bu nüfuzlu mükafatı həqiqi olaraq qazanması üçün tarixi şansı var. O, keçmiş Sovet İttifaqının ən mürəkkəb münaqişələrindən birinin, məhz Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsinə görə yaranan problemin nizamlanması üçün öz əqdlərin bağlanması sahəsindəki bacarığından istifadə …

Read More »

Nazir: “Əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq”

“Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq”.“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.O bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslərə onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür: “Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. …

Read More »

“Kim bizim aramızda münasibətləri pozmaq istəsə də, onlarda heç nə alınmaz”

Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatının sədri, “Dərbənd” qəzetinin əməkdaşı Telman Tahirli ilə müsahibəni təqdim edirik:   Telman müəllim, Dağıstanın cənubunda, xüsusilə də, Dərbənd şəhərində ictimai-siyasi vəziyyət necədir?   Dağıstan  biznesmenlər üçün potensial olan  respublikadır. Burada biznes qurmaq və yaşamaq üçün hər şərait yaradılıb. Buna baxmayaraq  respublikaya  hələ də investisiyalar qoyulmur. Baxmayaraq ki, respublikanın başçısı Ramazan Abdulatipov  Azərbaycan Respublikası ilə sıx əlaqə …

Read More »

“Zəngəzurun Azərbaycana qaytarılması – tarixi həqiqətlər və reallıqlar” adlı elmi-praktik konfrans keçirilib

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə “Zəngəzurun Azərbaycana qaytarılması – tarixi həqiqətlər və reallıqlar” adlı elmi-praktik konfrans keçirilib. İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra konfransı giriş sözü ilə açan BDM sədri Dr. İsmayıl Ağayev konfransın mahiyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, BDM tərəfindən illərdir Qərbi Azərbaycanla bağlı silsilə tədbirlərin həyata keçirildiyini, …

Read More »

Bakıda yağış, rayonlarda sulu qar yağacaq – XƏBƏRDARLIQ

Sabah, yanvarın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 6-8 …

Read More »

Kremldən Bakıya həmlə – Azərbaycandan cavab gecikmədi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Moskvada ilin yekunlarına həsr olunmuş geniş mətbuat konfransı keçirib. Erməni əsilli nazir Dağlıq Qarabağ mövzusunda da danışıb və bır sıra maraqlı açıqlamalar verib, yeni detallara toxunub. Eyni zamanda Qarabağa dair böyük anlaşmanın təxmini şərtlərini bəyan edib. Lavrov öncə Azərbaycan jurnalistlərinin “Azərbaycan işğal olunan ərazilərdə antiterror əməliyyatına, Qarabağı işğalçı qüvvələrdən və digər kriminal elementlərdən …

Read More »

Şamaxıda tapılan top mərmisi partladılıb

Şamaxı rayonunun Sağıyan kəndində torpaq sahəsində 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi (PS-34) aşkar edilib.Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata görə, Topmərmisinin daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.Qeyd edək ki, ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən 16-dək Füzuli və Şamaxı rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, dəniz kənarına və avtobaza …

Read More »

Məmmədyarov Malayziyaya gedəcək – İƏT-in iclasında iştirak etmək üçün

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XİN Şurasının iclasında iştirak etmək üçün Malayziyaya səfər edəcək. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. İclas yanvarın 19-u Kuala-Lumpurda keçiriləcək. Səfər çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Read More »