Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Separatçıların keçirdiyi “referendum” qanunsuz və beynəlxalq hüquqa ziddir”ATƏT PA-nın VİTSE-PREZİDENTİNDƏN SƏRT AÇIQLAMA

Bir etnosu etnik təmizlənməyə məruz qoyaraq, işğal olunmuş ərazilərdə   “referendum” keçirmək məntiqə və beynəlxalq hüquq normalarına zidd hərəkətdir.
 
 Bunu Gununsesi.info-ya açıqlamasında ATƏT Parlament Assambleyasının ( PA)  vitse-prezidenti Azay Quliyev  Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin “referendum” keçriməsinə mövqeyini açıqlayarkən deyib.
 
Onun sözlərinə görə,  Dağlıq Qarabağ  Ermənistan tərəfindən işğal olunub və orada yaşayan azərbaycanlılar etnik təmizləmə siyasətinə məruz qalıblar.
 
“Dünyanın heç bir ölkəsində belə bir praktika yoxdur ki,  bir bölgə etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra orada referendum keçirilsin. O baxımdan da, separatçıların Dağlıq Qarabağda keçirdiyi “referendum” qanunsuz və  beynəlxalq hüquqa ziddir.  Elə məhz buna görə də ATƏT belə bir separatçı rejimi tanımadığı üçün   “referendum”u rədd edib. Bunu təkcə ATƏT deyil, digər beynəlxalq təşkilatlar, Avropa  İttifaqı da tanımır”- deyə,  vitse-prezident vurğulayıb.
 
A.Quliyev əlavə edib ki,  bu, Ermənistanın  növbəti təxribatıdır:
 
“Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki  düşünülmüş təxribat xarakterli hərəkətləri, heç şübhəsiz ki, danışıqlar  prosesinə böyük zərbədir. Bu, bir daha Ermənistanın münaqişənin həllində nümayiş etdirdiyi  qeyri-konstruktiv  mövqenin göstəricisidir”.
ATƏT PA-nın  vitse-prezidenti bildirib ki,  Ermənistan da  nə etdiyinin fərqindədir və onlar nə etdiklərini çox gözəl anlayırlar:
 
“Onlar sadəcə, bununla imitasiya edirlər.  Ermənistan hakimiyyətinin bu hərəkəti daxili ictimayi rəyi sakitləşdirməyə yönəlik  hərəkətidir. Onlar bununla qısamüddətli də olsa, daxildə cəmiyyəti ovundurmaqla divident əldə etmək istəyirlər. Bir daha deyirəm ki,  bunların hamısı qanunsuz fəaliyyətdir və bunun heç bir hüquqi qüvvəsi yoxdur”.
 
A.Quliyev onu da bildirib ki, Azərbaycan  münaqişənin sülh yolu ilə həlli istiqamətində hazırda  ATƏT Minsk qrupu həmsədrləri  səviyyəsində danışıqları davam etdirir:
 
“Aparılan danışıqlarda da adıçəkilən “referendum”  danışıqlar predmeti olmadığından, Ermənistanın bu hərəkəti təxribatdır və beynəlxalq hüquqa ziddir”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir