Cümə , 17 May 2024

Dünya

Xalq Artisti İsmayıl Dağıstanlı yad olunacaq

Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq Artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatrı Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə unudulmaz sənətkarın kino və teatr fəaliyyətindən danışılacaq, …

Read More »

Ueyn Runi tarixə düşdü

İngiltərə Premyer Liqasında “Stok Siti”yə qarşı keçirilən oyun “Mançester Yunayted”in futbolçusu Ueyn Runi üçün əlamətdar olub. Trend-in məlumatına görə, oyunun 94-cü dəqiqəsində Ueyn Runi “Mançester Yunayted”-ın heyətində 250-ci qoluna imza atıb. Runi bununla klub tarixinin ən yaxşı bombardiri Bobbi Çarltonu (249 qol) qabaqlayıb. Qeyd edək ki, futbolçu 2004-cü ildən “Mançester Yunayted”də çıxış edir. Oyun 1:1 hesabı ilə başa çatıb.

Read More »

Gömrükdə 3600 ədəd siqaret müsadirə edilib

Gömrükdə 3600 ədəd siqaret müsadirə edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin ön oturacaqlarının və ehtiyyat təkər üçün nəzərdə tutulan qurğusunun altından gömrük nəzarətindən gizlədilən 3600 ədəd “NZ Gold Compact” markalı …

Read More »

Bakı Nəqliyyat Agentliyi marşrut sahiblərinə GPS-lə bağlı xəbərdarlıq etdi

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən bütün fiziki və hüquqi şəxslərə GPS-lə bağlı məktub göndərilib. Bu barədə Trend-ə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, BNA bütün daşıyıcılara fevralın 10-na qədər vaxt verib: “Biz hər zaman məsələləri liberal şəkildə həll etməyə çalışırıq. Yəni, kimlərisə cərimələmək inzibati şəkildə cəzalandırmaq …

Read More »

Türkiyədə partlayış törətməyi planlaşdıran 5 nəfər saxlanılıb

Türkiyənin Şanlurfa bölgəsində partlayış törətməyi planlaşdıran 5 nəfər həbs edilib. “Report” “Haber7″yə istinadən xəbər verir ki, onlar terrorçu PKK-nın Suriyadakı qolu “PYD”nin üzvləridirlər. Məlumata görə, terrorçular Türkiyəyə Suriyadan keçiblər. Xəbərdə bildirilib ki, şübhəlilər Şanlıurfada insanların çox olduğu küçə və meydanlarda, eləcə də dövlət orqanlarının yerləşdiyi binalarda partlayış törətməyi planlaşdırdıqlarını etiraf ediblər.

Read More »

Xızıda yol qəzası baş verib, 2 nəfər ölüb

Xızı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.“Report”un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Giləzi qəsəbəsində Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən Elçin adlı şəxs hadisə yerində ölüb, özü və 4 sərnişini xəstəxanaya yerləşdirilib. B.Məmmədqasımov isə xəstəxanada ölüb.Xızı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Read More »

İqtisadiyyat Nazirliyi: 2016-cı ildə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat naziri, kollegiyanın …

Read More »

Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsinə namizədliyi Senatın beynəlxalq münasibətlər komitəsi tərəfindən təsdiqlənib

Prezident Trampın ABŞ dövlət katibi vəzifəsinə təklif etdiyi “ExxonMobil” şirkətinin sabiq prezidenti Reks Tillersonun namizədliyi yanvarın 23-də Senatın beynəlxalq münasibətlər komitəsi tərəfindən təsdiqlənib. Komitədə çoxluq təşkil edən respublikaçı senatorlar Tillersonun namizədliyinin lehinə 11 səs, demokrat senatorlar isə onun namizədliyinin əleyhinə 10 səs veriblər. Trampın və Tillersonun əleyhdarlarından biri, ABŞ prezidenti vəzifəsinə keçmiş namizəd respublikaçı senator Marko Rubionun Tillersonun “xeyrinə” səs …

Read More »

Azərbaycan yığmasının yeni velosipeçisi: “Əlimdən gələni edəcəyəm”

“Azərbaycan vətəndaşlığına keçmək mənim üçün böyük şərəfdir”. “Report”un məlumatına görə, bunu “Synergy Baku” kontinental velosiped komandasının üzvü Kirill Pozdnyakov syclingnews-a açıqlamasında bildirib. 27 yaşlı idmançı bildirib ki, vətəndaşlığını dəyişdikdən sonra Azərbaycan millisinin üzvü kimi qatılacağı yarışları səbirsizliklə gözləyir: “Hazırda Azərbaycan adına reytinq xalları əldə etmək üçün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) keçirdiyi yarışların intizarındayam. Azərbaycan xalqına minnətdarlıq əlaməti kimi əlimdən gələni edəcəyəm”. Komandada yaxşı velosipedçilərin …

Read More »

Dövlət Duması Azərbaycanda səyyar iclas keçirəcək

Rusiya Dövlət Duması 2017-ci il üçün beynəlxalq səfərlər planında dəyişikliklər edib. Trend-in məlumatına görə, qərar bu il üçün Rusiya federal büdcəsinin qəbul olunmasından və AŞPA qış sessiyasında iştirakdan imtina etdikdən sonra qəbul olunub. Məlumata görə, Dövlət Dumasının 2017-ci ildə fəaliyyət prioritetləri MDB və BRİKS ölkələri ilə parlamentlərarası əməkdaşlıq olacaq. Bu il Dövlət Dumasının Rusiya xaricində səyyar iclasları keçiriləcək. Bu iclasların …

Read More »