Cümə , 17 May 2024

Dünya

Məmmədyarov Malayziyaya gedəcək – İƏT-in iclasında iştirak etmək üçün

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XİN Şurasının iclasında iştirak etmək üçün Malayziyaya səfər edəcək. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. İclas yanvarın 19-u Kuala-Lumpurda keçiriləcək. Səfər çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Read More »

Ötən gün baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 67 cinayət faktından 27-nin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli …

Read More »

NİDA üzvü 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Qəhrəmanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, E.Qəhrəmalı Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (qanunsuz …

Read More »

“Neft Daşları” yatağı üçün yeni platforma tikilib

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında ”Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında yeni 620A saylı stasionar dəniz platformasının tikintisi başa çatdırılıb. Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi sahəsi 2520 kvadrat metr, çəkisi isə 2398 tondur. İstehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata …

Read More »

Heydər Əliyev Sarayında tanınmış müğənnilərin iştirakı ilə konsert keçiriləcək

Fevralın 14-də Heydər Əliyev Sarayında tanınmış müğənnilərin iştirakı ilə “Sevgilim” adlı konsert proqramı keçiriləcək. Trend-in məlumatına görə, konsertdə Rpublikanın Xalq artisti İlham Namiq Kamal, Əməkdar artist Ədalət Şükürov və sevilən müğənnilər Nazənin, Niyam Səlami, Ceyla, Vüqar Əbdülov, Könül Məmmədli, Yaşar Cəlilov, Elvin Abdullayev, Yaşar Yusub, Məryəm Şabanova, Elcan Rzayev, Kamil Cəfərov, Sadiq Məmmədov, Günay İmamverdiyeva, Sədaqət, Vüsalə Əliyevə, Sevinc Musayeva, …

Read More »

Paraqvay əsilli hücumçu “Neftçi”də baxışdadır

Antalyada qış təlim-məşq toplanışını davam etdirən Bakının “Neftçi” klubunun düşərgəsinə baxışa yeni futbolçu cəlb edilib. Klubdan AZƏRTAC-a bildiriblər ki, Paraqvay əsilli hücumçu Ramon İdalesio Kardozo komandamızla birgə məşqlərdə iştirak edir. Onun son yoxlama oyununda iştirakı gözlənilir. Qeyd edək ki, Kardozo karyerası ərzində Paraqvayın “Takuaru”, “Serro Porteno”, “Nasional”, “Deportivo Kapiata”, Portuqaliyanın “Penafiel”, “Vitoria Setubal”, “Moreirense” və Perunun “Leon Huanuco” klublarının şərəfini qoruyub.

Read More »

Bişkekdə qəzaya uğrayan təyyarənin “qara qutu”su aşkar edilib

Qırğızıstanda Bişkekin “Manas” hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus “Boeing 747-400” təyyarəsinin “qara qutu”su aşkar edilib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir. Məlumata görə, hadisə yerində aşkar olunmuş “qara qutu” qəzanı araşdıran xüsusi hökumət komissiyasına təhvil veriləcək. Qeyd edək ki, qəzanın səbəblərinin araşdırılması üçün Bişkekə Dövlətlərarası Aviasiya Komitəsinin ekspertləri gələcəklər. Qeyd edək ki, bu gün səhər saatlarında …

Read More »

Akif Çovdarovun məhkəməsində kürəkəni və qohumu ifadə veriblər

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.“Report”un məlumatına görə, …

Read More »

Prezident İlham Əliyev Almazbek Atambayevə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə başsağlığı məktubu göndərib.“Report”un xəbərinə görə, məktubda deyilir:“Hörmətli Almazbek Şarşenoviç,Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi.Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

Read More »