Şənbə , 20 Aprel 2024
Drone Cameras

AMİP Lideri Etibar Məmmədov tanınmış şair-publisist Bilman Qüdrəti təbrik etdi

AMİP Lideri Etibar Məmmədov tanınmış şair-publisist Bilman Qüdrəti təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Bilman bəy!

Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Siz Azərbaycanın istiqlalı və azadlığı uğrunda aparılan mübarizədə həmişə öndə olan ziyalılarımızdan biri kimi böyük xidmətlər göstərmisiniz. Siz həm meydanlarda, həm də qələmi silaha çevirən bir şair kimi sözün qüdrətinə söykənib xalqın düşmənləri üzərinə getmisiniz. Vətəndən, Xalqdan, Millətdən ilham alaraq yaratdığınız bədii nümunələr sevilə-sevilə oxunmaqla yanaşı, həm də gənc nəslin gələcəyə doğru addımladığı yoluna ışıq salır. Yaradıcılığınızda itirilmiş topqalarımıza, əzəli tarixi yurdlarımıza təkcə nisgil deyi, böyük ümid və inam geniş əksini tapıb.

Müxtəlif vaxtlarda işıq üzü görən “Ağrıdağ ağrısı”, “Sinəmin çarpaz dağı”, “Qızlar eşqə düşəndə”, “Ömürdən düşən illər” “Ömrün əlli birinci baharı” adlı kitablarınızın bu gün stolüstü kitab olması və geniş oxucu sevgisi qazanması sizin fitri istedadınızın və zəhmətinizin bəhrəsidir.

 

Siz eyni zamanda ölkənin və millətin taleyinə heç vaxt biganə qalmayan vətənpərvər ziyalısınız. Üzərinizə götürdüyünüz məsuliyyətin ağırlığını dərindən dərk edərək ictimai-siyasi proseslərdən kənarda qalmamısınız. Ölkənin ilk siyasi partiyası olan AMİP sıralarında demokratiya, hüquqi dövlət və azad cəmiyyətin qurulması üçün mücadilələrdəsiniz. Sizə partiyada böyük etmad göstərilərək dəfələrlə seçkili orqanlara seçilmiş və müxtəlif vəzifələrə irəli çəkilmisiniz. Partiya üzvləri Sizə bir təcrübəli ağsaqqal və ziyalı kimi həmişə böyük sayğı, hörmət göstərmiş, tövsiyyələrinizə diqqətlə yanaşmışlar.

 

Sizin qəlbinizdə Azərbaycançılıq, Türkçülük, Turançılıq, İstiqlalçılıq, kimi ideyalar daima yaşayıb. Azərbaycanın çiçəklənməsi, bütövləşməsi və daha qüdrətli olması üçün canınızdan keçməyə hazır olmağınızı əməlinizlə, fəaliyyətinizlə göstərmisiniz.

 

Sizi bir daha təbrik edir, Ulu Tanrının verdiyi ömürnüzün qalan hissəsini də mənalı, xalq, millət və dövlət üçün yazıb-yaratmağa və səmərəli fəaliyyətə həsr etməynizi arzulayıram.

 

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir